Şəhid heykəltəraşın parlaq xatirəsinə...

 

SAMİR KAÇAYEVİN YARADICILIĞI XALQ BANKIN XALQ ƏMANƏTİ LAYİHƏSİNDƏ

 

Tarix boyu bir çox şair rəssamlar, bəstəkar ifaçılar müharibələrin qanlı girdabına düşüblər.

 

Xalqımız İkinci Dünya Müharibəsində qəhrəmancasına həlak olmuş mahir rəssam əfsanəvi partizan Mehdi Hüseynzadəni, bəstəkar Məmməd İsrafilzadəni, Hüseyn Natiq, Abdulla Faruq kimi ədibləri bir sıra başqalarını daima ehtiramla yad edir. Elə Qarabağ müharibəsində vuruşanlar arasında da sənət adamlarımız az olmayıb. Ölümündən sonra İgidliyə görə medalı ilə təltif olunmuş gənc istedadlı heykəltəraş Samir Kaçayev onlardan biri idi.

 

Son 7 il ərzində Xalq Bankın uğurla həyata keçirdiyi, misilsiz bir layihə olan Xalq Əmanəti Azərbaycan xalqının təsviri sənət, poeziya elm sahəsində yaratdığı nadir nümunələrin bir araya toplanmasına, nəfis şəkildə hazırlanmış rəngarəng rəsm albomlarının, poetik topluların nəşrinə, sevgiylə, həssaslıqla qorunan zəngin milli-mədəni irsin bir daha xalqımıza, gələcək nəsillərə çatdırılmasına yönəlib. Üç dildə - azərbaycanca, rusca, ingiliscə nəşr edilən kitablarla, albomlarla başqa millətlərin xalqların da nümayəndələri tanışlıq imkanı qazanıblar. Çünki bu nəşrlər təkcə ölkəmizdəki ali təhsil ocaqlarına, məktəblərə, fondlara, uşaq evlərinə, kitabxanalara, dövlət qurumlarına deyil, xarici ölkələrin səfirlik konsul nümayəndəliklərinə, həmçinin, ölkəmizin xaricdəki diplomatik təmsilçiliklərinə təmənnasız olaraq çatdırılır.

 

Xalq Əmanətinin növbəti nəşrinin yüksək milli vətənpərvərlik məzmunu daşıdığını inamla qeyd etmək olar. Ona görə ki, bu yeni nəşr 2016-cı ilin aprelində Qarabağ cəbhəsində erməni silahlılarının törətdikləri təxribatların qarşısı alınarkən şəhid olmuş gənc heykəltəraş Samir Kaçayevin həyat yaradıcılığına həsr edilib. Layihə üzrə 14-cü nəşr olan Samir Kaçayev. Heykəltəraşlıq albomu gənc sənətkarın qısa, lakin mənalı ömrünün bütün mərhələlərini özündə əks etdirir.

 

Dekabrın 16-da Xalq Bankın Baş ofisində Azərbaycan Rəssamlıq Akademiyasının magistri olmuş Samir Kaçayevin əsərlərinin sərgisi açıldı. Eyni zamanda, 22 yaşında şəhid olmuş nadir istedad sahibinin yaratdığı 50-dən artıq heykəltəraşlıq qrafika nümunəsini, rəsm eskizləri, fotoları yarımçıq işləri ehtiva edən bədii albomun təqdimatı keçirildi.

 

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov açılış nitqində bu fikirləri önə çəkdi: Bu sərgi və albomun təqdimatı Samir Kaçayevin ruhunun və istedadının möhtəşəm bayramıdır. Nə yazıq ki, bu mərasim onun özünün iştirakı olmadan keçirilirbu da tədbirin bayramsayağı ovqatına təbii bir hüzn və kədər çaları gətirir. Müharibə öz qurbanları arasında fərq qoymur. Qarabağ müharibəsindəki itkilərimizin ağrı-acısı heç zaman unudulmayacaq. Parlaq istedad sahibi olduğu əsərlərindən bilinən Samir Kaçayevbu müharibədə üzləşdiyimiz, yeri hər zaman bilinəcək və sızlayacaq itkimizdir. S.Kaçayevin əsrarəngiz təbiətə malik Çuxuryurdda, mehriban bir ailədə dünyaya gəldiyini deyən akademik R.Hüseynov gənc sənətkarın istedadının cilalanmasında, zövqünün formalaşmasında, heykəltəraş kimi yetişməsində onun düşdüyü qaynar yaradıcı mühitin, ustad sənətkarların çalışdığı Rəssamlıq Akademiyasının müstəsna rolu olduğunu qeyd etdi: Təsadüfi deyildi ki, Samirin diplom işi dünyanın dahi heykəltəraşlarından olan Ogüst Rodenə həsr edilibbu əsər monumentallığı, dərin mənası, yüksək plastikası ilə seçilir. Akademikin fikrincə, Xalq Əmanəti olaraq işıq üzü görən bu nəşrin başqa bir mühüm keyfiyyəti də var: Heç şübhəsiz, Azərbaycanın xaricdəki nümayəndələri bu albomu olduqları ölkələrdə dönə-dönə nümayiş etdirəcəklər. Qoy bütün dünya görsünbilsin ki, erməni təcavüzkarlar parlaq, orijinal bir istedada, hələ həyatının baharında ikən, amansızcasına qəsd ediblər.

 

Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov müstəqil yaradıcılıq yolunda yenicə addımlamağa başlayan, həyatsevərliyi ilə seçilən, böyük gələcək vəd edən bir gəncin həyatdan qəfil getməsinin çox ağır hadisə olduğunu bildirdi. O, milli mədəniyyətin inkişafına və təbliğinə verdiyi dəstək üçün Xalq Banka təşəkkürünü bildirdi, Xalq Əmanətinin bu baxımdan əvəzsiz bir layihə olduğunu vurğuladı.

 

S.Kaçayevin əsas müəllimi olmuş Xalq rəssamı Akif Əsgərov şəhid heykəltəraşın tələbəlik çağları, qeyri-adi istedadı, böyük gələcəkdən xəbər verən ilk yaradıcılıq uğurları barədə fikirlərini, onunla bağlı xatirələrini dilə gətirdi. Qeyd etdi ki, Samir Kaçayevin timsalında təkcə onun ailəsi, dostları, müəllimləri yox, bütövlükdə Azərbaycan mədəniyyəti və incəsənəti ağır itki verib. Lakin yaradıcılığı və nəsillərə nümunə olan vətənpərvərliyi Samirə ölməzlik qazandırıb, ailəsinə və xalqına başucalığı gətirib, onu hər birimizin qürur ünvanına çevirib.

 

Mərasimdə S.Kaçayevin yaxın dostu və tələbə yoldaşı Zamiq Rzayev, silahdaşı Müşfiq Bayramov, Müdafiə Nazirliyinin zabiti Faiq Qəribov da çıxış edərək şəhid heykəltəraşı ehtiramla andılar, onun yüksək insani keyfiyyətlərindən söz açdılar. Bildirildi ki, Samir hər zaman möhkəm xarakteri, alicənablığı, xeyirxahlığı və zəhmətsevərliyi ilə seçilib. O, vətən uğrunda rəşadətlə vuruşan qəhrəman əsgər kimi ad qazanıb, həyatını doğma torpaqların azadlığı naminə qurban verməkdən çəkinməyib.

 

Samir kimi bir övladı itirməyin hədsiz kədərini yaşasalar da, şəhid heykəltəraşın valideynləri - Ziyəddin müəllim və Əminə xanım mərasim boyu onun adına və xatirəsinə layiq dözüm və mətanət göstərdilər. İstər Samir haqqında çıxışları dinləyərkən, istərsə də salonda dolaşaraq ekspozisiyanı seyr edərkən onların hər ikisinin çöhrəsində hüznqarışıq bir qürur hissi sezilirdi. Əsərlərə diqqətlə baxır, sanki Samirin əlinin hərarətini duyacaqlarmış kimi, hərdən onları nəvazişlə oxşayırdılar...

 

Rəsmi hissə yekunlaşdıqdan sonra Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, professor Fuad SalayevS.Kaçayevin şəxsiyyəti və yaradıcılığı barədə düşüncələrini bölüşdü: Samir, həqiqətən, yüksək istedadadaxili mədəniyyətə malik bir gənc idi. Onun Akademiyada təhsil aldığı 4 il ərzində nail olduğu uğurları heç də hamı əldə edə bilməzdi. Samirdə nadir insanlara məxsus hüdudsuz yaradıcı təfəkkür vardı. Professor bu dəyərli layihədə, şəhid heykəltəraşın, gənc və istedadlı sənətkarın yaradıcılığının geniş təqdimatında əməyi olanlara minnətdarlığını ünvanladı.

 

Xalq Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşən Eynullayev layihə çərçivəsində, nəşrin və sərginin hazırlanması yönündə görülən işlərdən söz açdı, bu proses boyu aldıqları təəssüratları ifadə etdi: Layihə üzərində zamanı belə bir fikir yaranırdı ki, Samir həyatla erkən vidalaşacağını sanki öncədən duyurmuş. Buna görə də mümkün qədər çox çalışmağa, gözəl əsərlər yaratmağa can atıb. İstedadlı gənc heykəltəraş Samir Kaçayev doğma torpaqlarımız uğrunda canını qurban verdi. Xalq Əmanəti çərçivəsində təqdim olunan bu nəşr və sərgi vasitəsilə Samironun kimi qəhrəman, fədakar vətən oğullarının xatirəsinə ehtiramımızı ifadə etməyə çalışdıq. Bu bizim vətəndaşlıq borcumuzdur.

 

Samir Kaçayevin əsərlərinin sərgisi dekabrın 17-dən etibarən Xalq Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) nümayiş etdirilir. Fevral ayından isə heykəltəraşın doğulduğu rayonda - Xalq Bankın Şamaxı filialında (Ünvan: Şamaxı şəh., Şəhriyar küç.1) sərgilənəcək. Sərgini, günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

 

A.MƏMMƏDOVA

 

525-ci qəzet.- 2016.- 24 dekabr.- S.15.