Bir gülüstana aşiq oldum...

 

 

 

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın Həsrət, eşq sükut kitabı aybkitab layihəsi üzrə nəşr olunub.

 

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

 

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

 

Yuxusuzluq çətin deyil gözlərimə...

 

Bir gülüstana aşiq oldum ki, soruşmayın. Həm bülbülləri yalançı çıxardacaq qədər.

 

Əllərinə, barmaqlarına, alnına, bir dəfə görə bilmə şərəfinə nail olduğum üzünə saçlarına qalu-bəladan bəri vurğunam o gözəlin.

 

Heç atəş sevilərmi deməyin, sevilərmiş! Həm ölümünə.

 

Heç həsrətin həddindən artığı istənilirmi deməyin dahası varmı deyə düşünməyin, vardır çünki.

 

Əllərim, barmaqlarım, üzüm, gözüm, xülasə, bütün vücudum darıxmaqdan dəli kimi olmuş. Bu xəstəliyin bir dərmanı yoxdur hər halda dünyada.

 

Yuxusuzluq problem deyil gözlərimə. Əllərim eşq üçün yazmaqdan xoşbəxt. Dilim sevgini tərənnüm etməkdən sərxoş. Barmaqlarım atəşini tapdı sərməst oldular, lakin könlümə qəm vura bimirəm, hələ .

 

Gecənin səssizliyi içində düşüncələrimi yuxuya verə bilmirəm. Çarə olsun deyə nələrə cəhd etmədim ki. Atəşi su söndürərmiş, təcrübədə yoxladım bunu.

 

Atəş ancaq onu odlayanla dayandırılır sözə baxır, amma onsuz qalanda da olan olur gecə.

 

Şükür etmək səcdə yaxşı təsir edir həmişə. Təslim olmuşsan eşqə ən təsirli olandır şükür. Amma bəzən şükür çarə olmur könülə.

 

Sanki şükür böyüdür atəşi alışır, od tutur sevda. Uçurumlardan hər gün yıxılmaq kimidir bu həsrət. Öldükcə ölməyi gəlir insanın.

 

Doya bilməmək məsələsi ən dolaşıq mövzu imiş ki. Həsrətin səbəbkarı bu doya bilməməkmi, görəsən? Həm doya bilməmək, həm qıya bilməmək eşqin nəticəsidir, əlbəttə.

 

Qıra bilməmək əlavə olununca bunlara olacaqlar olur onda. Həsrət hər an sinə qəfəsini yumruqlayarmı insanın ürək döyüntüləri ilə? Qanı çəkilirmi sevdiyi gəlincə ağılına? Çəkilirmiş anladım.

 

Bu haldan şikayətçi deyiləm mən; sitəmkar da deyiləm. Yalnız halımı ifadə etdim, içimi tökdüm sözlərə. Bu qədər zorlanıb da şükrdən heç imtina etmədim ki mən.

 

Təslim oldum Rəbbimə, qədərə eşqə. Məhşərim onunla olsun; Sonsuzluğum onun olsun bu yetər mənə.

 

Baxışların qığılcım

mənə düşər har olur,

Son nəfəsdə son sözüm,

şübhəsiz ki, yar olur.

Sən dördüncü cəmrəsin

bir gülüşünlə belə

Könül gülüstanımda

hər mövsüm bahar olur.

 

Mehmet Nuri PARMAKSIZ

 

 

525-ci qəzet.- 2016.- 24 dekabr.- S.13.