Son görüş

 

 

1924-cü il yanvarın 5-də Bakının Zabrat kəndində doğulmuşdu MƏŞƏDİXANIM.

 

Əvvəli əzab-əziyyətli, enişli-yoxuşlu, sonu zəhmətdən yoğrulmuş şərəfli bir ömür yaşamışdı bu əvəzolunmaz alim, gözəl insan ən əsası əsl cəngavər, dəyanətli Azərbaycan qadını. Onu yaxından tanıdığımız uzun illərin son 15 ili ərzində adı ilə bağlı tədbirlərin hamısında həm bir mətbuat işçisi, həm yaxın dost kimi iştirak etmişik. Bütün tədbirlərdə onun elmi fəaliyyəti haqqında deyilən fikirlərdən qürur duymuşuq, ona olan məhəbbətimiz qat-qat artıb, yeri düşdükcə onun həyatından misallar gətirməkdən yorulmamışıq. Yəqin ki, bundan sonra da belə olacaqdır...

 

Cəmi iki ay bundan əvvəl Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin çox da böyük olmayan zalında keçirilən tədbir (birinci dəfə idi ki, səhhətinə görə Məşədixanım tədbirdə iştirak etmirdi) AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, "Şöhrət" ordenli Məşədixanım Nemətin həyat elmi yaradıcılığına həsr olunmuş elmi-praktiki konfransa toplaşanlar əvvəlcə bir qədər məyus görünsələr , çıxışlardan böyük alimə həsr olunmuş sənədli filmə tamaşa etdikdən sonra (ssenari müəllifi Dilarə Quliyeva) - onun məğrur simasını gördükdən, duzlu-məzəli söhbətlərini eşitdikdən sonra zalda böyük canlanma yarandı. Həmin görüşdə çıxış edənlərin yazılarından ibarət olan kitabın - məqalələr toplusunun hədiyyə kimi verilməsi isə yaddaqalan hadisə oldu...

 

Bu gün işə gələrkən eşitdiyimiz ağır xəbər - Məşədixanım itkisi onu tanıyanların qəlbini kövrəltdi. Əlbəttə, o, Tanrının ona bəxş etdiyi ömür payını şərəflə, ləyaqətlə başa vurub. Amma bu yoxluq təkcə onun ailəsi, doğmaları üçün deyil, onu yaxından tanıyanların hər biri üçün böyük itkidir. Azərbaycanın ilk epiqrafist elmlər doktoru Məşədixanım Nemət sözün əsl mənasında öz xalqının əvəzolunmaz nemətlərindən biri idi.

 

Şair təbiətli Məşədixanım "Hicran" təxəllüsü ilə şeirlər yazardı. Məşədixanım öz kitablarını hər kəsə uyğun avtoqraflarla bağışlayardı. Bizə bağışladığı sonuncu kitabında - "Daşlaşan sirlərin sirdaşı"nda belə yazmışdı:

 

Elmi yaşadır həyat,

Elmsiz olmaz həyat.

Siz olmasaydınız əgər,

Yaşamazdı "Elm həyat".

 

Sağlığında şan-şöhrəti, süni münasibətləri xoşlamayan, bütün mənalı ömrünü yalnız elmi araşdırmalara ailəsinə həsr edən Məşədixanım son mənzilə ailəsinin arzusu ilə elə doğulduğu Zabrat kəndində - sevgili Vətəninin ən kiçik bir guşəsində torpağa tapşırıldı. Ruhu şad, yeri behişt olsun!

 

Məşədixanımın ruhunu şad etmək üçün ona həsr olunmuş kitabdan götürülmüş aşağıdakı sətirləri oxucuların diqqətinə təqdim edirik.

 

Ülkər Hüseynova

Maral Poladova

Mehparə Axundova

 

Akademik Teymur Bünyadovun "Yazılı abidələrin dili-dilmancı" məqaləsindən: Elm Çində olsa, arxasınca gedin (Məhəmməd Peyğəmbər) "Ulu peyğəmbərimizin bu müdrik kəlamı elmə verilən ən yüksək qiymətdir. Məşədixanım bu şərəfə layiq elm adamı olması ilə yaşayır, yaradır. Əminəm ki, bu xanım elmin dalınca nəinki Çinə, lap dünyanın o başına da gedər, gedib . Vətəni Azərbaycanla yanaşı Rusiyada, Orta Asiyada, İranda, Türkiyədə, Avropa ölkələrində, haralarda olmayıb, kimlərlə görüşməyib. Kimlərlə elmi söhbətlər aparmayıb".

 

Əməkdar incəsənət xadimi Ə.Əfqanın "Qeyrət abidəsi" məqaləsindən: "Məşədixanım Nemətə Allah-Təala qadını əzizləyən, sevdirən, müqəddəsləşdirən hər cür gözəllik versə , zamanın sərt üzü onu hazırın naziri yox, daşdan çörək çıxaran edib. Məşədixanım Nemət sanki evə, rahat şəhər həyatına etiraz edərək, hətta hər kişinin girişmədiyi bir işə can atmışdır.

 

Bütövlükdə, Məşədixanım Nemət əvəzsiz insandır. Müqəddəs sözlərdən biri qeyrətdirsə, Məşədixanım Nemət milli qeyrət abidəsidir..."

 

Memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının "Azərbaycanın milli sərvəti" məqaləsindən:  "2001-ci ildə Tiflisdə 5 nəfər erməni aliminin iştirak etdiyi beynəlxalq konfransda Məşədixanımın öz epiqrafik tədqiqatlarına əsaslanaraq, ermənilərin nəinki Azərbaycana, hətta Qafqaza belə, gəlmə xalq olduqlarını, eləcə Qarabağda, Zəngəzurda indiki Ermənistan ərazilərində olan bütün tarix mədəniyyət abidələrinin məhz əzəli-əbədi Azərbaycana aid edildiyini sübut etməsi indi gözlərimin önündədir. Onun çıxışı ermənilərin üzərinə od kimi yağdı. O zaman Məşədixanım mənim gözümdə ahıl zəif qadın kimi deyil, əsl qəhrəman cüssəli, şir ürəkli vətən qızı kimi göründü, məndə qürur hissi yaratdı mən fəxr etdim ki, Azərbaycanın belə böyük alimi var".

 

Ülkər Hüseynovanın "Vətəni öyrənən qoruyan alim" məqaləsindən: "Əgər Məşədixanımın fəhmi, uzaqgörənliyi olmasaydı, qədim türk məskənlərimizin izləri birdəfəlik yer üzündən silinəcəkdi... O, erməni terrorundan qorxmayaraq, papazyanlara, akopyanlara, xaçikyanlara faktlarla tutarlı cavablar vermişdir...

 

Məşədixanım həyat yoldaşını vaxtsız itirsə , cəmiyyət üçün layiqli iki övlad böyütmüşdür".

 

Mehparə Axundovanın "Qərinələrə boylanan alim" məqaləsindən:  "Məşədixanım Nemətova canlı ensiklopediyadır. Tariximizin qədim dövrünü daş kitabələrdəki yazıların köməyilə oxuyan bu zəhmətkeş alim 12 monoqrafiyanın, 4 kitabçanın, 200-dən çox məqalənin müəllifidir. Onun tədqiqatlarının nəticəsi olaraq, VI-XX əsrləri əhatə edən dövrdə yaşayıb-yaradan xəttatların siyahısına daha 200 nəfərin adı əlavə olunub".

 

Məşədixanım Nemətin qızı, tarix elmləri doktoru Vəfa Quliyevanın dediklərindən: "Hələ 1991-ci ildə M.Nemətin "Azərbaycanın epiqrafik abidələri toplusu"nun 1-ci cildi çapdan çıxan zaman, Moskvada keçirilən konfransların birində şərqşünas alim Davidoviç həmin kitabı başının üstünə qaldıraraq demişdi: "Baxın, bu qadın sağlığında özünə abidə qoymuşdur..."

 

Maral Poladovanın "Şərəfli ömür sahibi" məqaləsindən: "1924-cü ildə Bakının Zabrat kəndində Sədulla kişinin ailəsində dünyaya göz açmış bu qıza nənəsi Məşədi Səadətin adı verilsə , elə sadəcə olaraq Məşədixanım çağrıldığına görə, 11 yaşı olanda doğum şəhadətnaməsinə adını Məşədixanım yazıblar. Doğum gününü isə pasport alanda məcburiyyət qarşısında qalaraq özü yazdırıb: 5 yanvar.

 

Məşədixanımın dediyinə görə, 1918-ci ildə ermənilər Bakıda soyqırım törədəndə Zabrat əhalisi kəndi tərk edərkən, xəstə babası evdən tərpənə bilməyib. Azğın ermənilər onu doğrayıb öz həyətində basdırıblarmış. Sonralar bu əhvalatdan çox təsirləndiyinə görə şəhid babası Nemətin adını özünə soyad götürüb..."

 

Məşədixanım Nemətin öz sözlərini burada vermək yerinə düşərdi: "Mən Vətənin güllü-çiçəkli, tər meyvəli ağaclardan yaşıl don geymiş sıldırımlı, uçurumlu dağ yollarından çox keçmişəm. Şahdağın ətəyində bəslənmiş qız bənövşədən, mahnılarda səslənən İsa bulağından, Laçının narzanlarından yanan ürəyə şəfa gətirən buz kimi bulaqlardan çoxlu su içmişəm.

 

Kürün gurultulu səsini çox dinləmişəm. Öz keçmiş möhtəşəmliyini itirmiş əzəmətli Şəmkirin incimiş ruhunu narahat etməsin deyə, onun xarabaları yaxınlığından lal-dinməz ötən Şəmkirçaya baxmış, Tərnəyüt, Şahbulaq qalaları yanından sakit axan Tərtərin Kəlbəcər dağlarına saldığı gurultuya çox qulaq asmışam. Kəpəzin qoynunda lətafətli Göygölün gözəlliyinə, nəcibliyinə heyran-heyran çox tamaşa etmişəm..."

 

Məşədixanım Nemət 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini qarış-qarış gəzərək, ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb, fars, türk dillərində daşlara həkk olunmuş daş salnamələrin səhifələrini vərəqləmiş, ölkənin iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi - sufizm, toponimika, etnogenezs. problemlərə dair külli miqdarda yeni və ən dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirmişdir. 2500-dən artıq epiqrafik abidəni toplayıb, oxuyub onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Bu elmi fəaliyyətin nəticəsi kimi 12-dən artıq monoqrafiyanın, 200 elmi məqalənin, o cümlədən, 6 cildlik "Azərbaycanın epiqrafik abidələri toplusu"nun müəllifi olmuşdur.

 

525-ci qəzet.- 2016.- 28 dekabr.- S.4.