Xalq yazıçısı Anar Milli Ensiklopediyanın kollektivi ilə görüşdü

Dekabrın 28-də Xalq yazıçısı Anarın Azərbaycan Milli Ensiklopediyasının kollektivi ilə görüşü keçirilib.

 

Görüşdən öncə yazıçı Ensiklopediyanın tarixini, keçdiyi yolu əks etdirən muzeyi ziyarət edib. Muzeydə Milli Ensiklopediyanın tarixini əks etdirən eksponatlar, foto-şəkillər nümayiş olunub. Həmçinin muzeydə daha öncələr bura rəhbərlik etmiş şəxsiyyətlərin foto-şəkilləri, mühüm arxiv sənədləri saxlanılır. Ensiklopediyanın hazırkı rəhbəri, akademik Tofiq Nağıyev ilk sədr olan Rəsul Rzanın xidmətlərini xüsusi vurğulayıb. Onun rəhbərliyi ilə çıxan nüsxə haqqında məlumat verib.

 

Həmçinin yeni ensiklopediyanın nəfis şəkildə tərtib olunmuş, işıq üzü görmüş nüsxələri, hələlik nəşr olunmuş altı cild haqqında da məlumat verilib. Daha sonra Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin böyük akt zalında yazıçı kollektivlə görüşüb. Tədbiri giriş sözü ilə açan akademik Tofiq Nağıyev yazıçı Anarın həyatı, yaradıcılığı haqqında geniş məlumat verib, bu cür şəxsiyyətlərlə görüşün əhəmiyyətli olduğunu söyləyib: Bilirsiz, Anar müəllimin həyatı çoxşaxəli, qeyri-adidir, bu cür ziyalılarla görüş hamımız üçün vacibdir. Çünki onlar bir məktəbdirlər. Anar müəllim öz həyat təcrübəsini oxucuları ilə bölüşməlidir. Əlbəttə yazdıqlarında bu xeyli dərəcədə öz əksini tapıb, amma yenə canlı görüş, ünsiyyət lazımdır. Anar müəllimin filmləri, yaradıcılığı, əsərləri bizim ədəbiyyatımızın, kinomuzun inciləridir. Mən çox istərdim ki, bu görüşümüz səmimi bir şəkildə olsun siz istədiyiniz sualları ona ünvanlayasınız. Yazıçı Anar çıxış edərək bu görüşdən məmnun olduğunu Ensiklopediyanın ona doğma, yaxın olduğunu dilə gətirib: Bilirsiz ki, bu elm ocağının ilk rəhbəri atam Rəsul Rza olub. Ömrünün on ilini buraya sərf edib, o qalmaqallı cildi buraxıb başı çox bəlalar çəkib bununla bağlı. Atamın yaşadıqları, danışdıqları mənim çox yaxşı yadımdadı. Ona görə bu işin qədər böyük zəhmət tələb etdiyini bilirəm. Tədbirdən əvvəl muzeyi gəzdim ordakı məlumatlardan, deyilənlərdən sizlərin işinizə necə həssaslıqla, diqqətlə yanaşdığınızı gördüm. Ensiklopediyasız millət olmaz. Ensiklopediya millətin şəxsiyyət vəsiqəsi, pasportudur. Sizlər bu məsuliyyəti boynunuza götürmüsüz. Mən bu çətin işdə hamınıza uğur arzulayıram başda Tofiq müəllim olmaqla hamıya təşəkkürümü bildirirəm.

 

Şair Vaqif Bəhmənli Anarın təkcə ədəbiyyatın yox, həm tariximizin bir parçası olduğunu söyləyib: Anar müəllimlə çoxlu səfərlərdə olmuşam, müxtəlif şəhərlərdə onunla görüşlərdə iştirak eləmişəm belə görüşlərin əhəmiyyətini bilirəm. Bu gün Milli Ensiklopediyada görüşün böyük anlamı var. Çünki Anar müəllimsiz ədəbiyyatımızı, tariximizi təsəvvür etmək olar. O yazdıqlarıyla, yaratdıqlarıyla, həyatıyla təkcə ədəbiyyatın yox, həm tarixin bir parçasıdır.

 

Sonra Ədəbiyyat, dilçilik, mədəniyyət incəsənət şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Ziya Abdullayev çıxış edərək Anarın Azərbaycan ədəbiyyatının inkişafı, tanınması üçün gördüyü işlərdən danışıb: Anar müəllim hər zaman sevilən, oxunan yazıçı olub, bu gün belədir. Biz hələ çox gənc olanda onun Mən, Sən, O telefon hekayəsi işıq üzü görmüşdü məncə, bu hekayə ədəbiyyatımızda tamam yeni bir hadisə idi. Sonrakı əsərləri hamımızın diqqətini cəlb etdi, oxundu, sevildi. Bu əsərləri bu gün oxuyanda hər dəfə yeni bir ideya, məsələ tapmaq olur, çünki bu əsərlər çoxqatlıdır, genişdir, dərindir.

 

Daha sonra yazıçı kollektiv üzvlərinin suallarına cavab verib, sonda xatirə şəkli çəkdirib.

 

PƏRVİN

 

525-ci qəzet.- 2016.- 30 dekabr.- S.11.