Bədii sözün ironik gücü

 

Yazıçı-publisist Qəni Camalzadənin 60 yaşına

 

 

Hamı kimi ilk qələm təcrübələrini ötən əsrin 70-80-ci illərində Bakı kitabxanalarında fəaliyyət göstərən ədəbiyyat dərnəklərində oxuyub. 

 

Novellalarını, kiçik həcmli satirik hekayələrini Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Xurşud, Vidadi Məmmədov, Sirus Təbrizi dinləyib. Bəyəniləni olub, bəyənilməyəni . Qəni təcrübəli qələm sahiblərinin  rəy   təkliflərinə diqqətlə qulaq asıb. "Oğlum, yazılarının yığcamlığı müsbət cəhətdir, yəni az sözlə çox mətləbləri  xırdalamaq istəyirsən. Bax, bədii mətndə yumorun ironik gücü bundadır. Belə davam elə" - deyə "Kirpi" satirik jurnalına baş redaktorluq edən Seyfəddin Dağlı ilk şifahi xeyir-duasını verib.

 

Bu gün ədəbi  nəsildaş  kimi qürurla deyə bilərik ki, Qəni Camalzadə ümidləri  doğruldub:  yaxşı yazıçıdı, özü lap ciddisindən.  Mətbuatda da, yazı-pozu mühitində    az gözə  çarpır. Xaraktercə təvazökardı, redaksiyaların qapısından qovulub, pəncərədən içəri daxil  olanlardan deyil. İndiyəcən yeddi kitabı işıq üzü görüb. Əlbəttə, söhbət say çoxluğundan da getmir. Son vaxtlar  iki maraqlı  romanı "Azərbaycan"  jurnalının  səhifələrinə yol tapıb: "Qızıl  xotuğ" "Karxana".  Görkəmli nasir  Məmməd Oruc həmkarımızın hər iki irihəcmli  əsərini  ədəbiyyatımızda "hadisə"  adlandırıb.

 

Qəni Camalzadənin  yaşıdlarını,  necə deyərlər, az-çox ədəbi mühitdə  olanları, şair nasirləri xatırlamaq yerinə düşər: Vaqif Bəhmənli, Aydın Tağıyev, Tofiq Nurəli, Adil Cəmil, Sultan Mərzili, Mahirə Abdulla, Maarif  Soltan,  Akif Əhmədgil, Afaq Məsud, Əmrah Xanməmmədov, Sərvinaz  Həsənli, Rafiq Vəliyev, İslam Türkay, Tarıyel Ümid, Nizami Saraclı. Eyni zamnda mərhum Allahverdi Məmmədli, Aydın Səlimzadə başqaları. Hər yazarın isə bir dərnək dövrü olur o ilkin formalaşan dövr olduğundan sonra xeyli qisim  dərnək üzvü təbii surətdə sıradan çıxır. yaxşı ki, Qəni ilk qələm  təcrübələrindəcə hiss etdirdi ki, ötəri hiss   duyğuların əsir-yesiri deyil,  istedadı var,  sadəcə, kiçik həcmli  hekayələrinin  bir azca  cilalanmağa  ehtiyac var.

 

Yumor Qəni Camalzadənin hekayələrinin  ruhunda, içində, mayasındadır. Bu yaxınlarda müəllifin "Sonuncu yeznə"  kitabı əlimə  keçdi, müxtəlif  qəzet jurnal  səhifələrində oxuduğum yazıları   bir   təkrar-təkrar oxudum, söylədiklərimin əyani  şahidi  oldum. "Sonuncu yeznə"də maraqlı hekayə  nümunələri   çoxdur: "Qayçı", "Şorba", "Papaqçı oğlu", "Yalançı əmilər", "Xəzinə", "Hesab",  "Zəif damar",  "Düz xətt", "Ayın axırıncı cüməsi", "Abşeron bağlarının gecələri", "Nağıl gecəsi",    "Yol", "Qisas günü"  s.  Bu əsərlər üçün bircə cəhət əsasdır: yığcamlıq, az sözlə böyük mətləbləri ifadə etmək bacarığı.

 

"Qızıl xotuğ" isə bədii romandır.  Əsərin işlənmə mexanizmi  fərqli yenidir.  Romanda Ehsan baba, Molla Bala, Qardi əmi,  Höccət, Xudu kişi,  Gilə nənə, Sovet sədri,  Ağabala,  Gülzar, Əsvər, Məmi, Fərhad, Bağı, Cəmo, Gülər,Əbi, Bağır müəllim, Rəvan, Rəfiqə xanım, fransız jurnalisti s. adda çoxlu  yaddaqalan surətlər var.

 

lll

 

Qəni Camalzadə Yazıçılar BirliyininNatəvanklubunda 60 illik  yubileyinə toplaşanları özünəməxsus yumorla iki  hissəyə ayırdı: qələm dostları iman dostları. Məmməd  Oruc, Aydın Xan, Heydər Orucov, Fəxrəddin Ziya,  Maarif Soltan, Oqtay Rza, Tofiq Nurəli, Əsəd Cahangir, Xəyal Rza, Rauf Aslanov başqaları nasirin yaradıcılığını təhlil etdilər, maraqlı  əsərləri ətrafında fikirlərini bildirdilər.  Hacı Qəniylə  həcc ziyarətində  olmuş şəxslər   onun  bədii əsərlərini önə çəkdilər,  yazarı əqidəli, saf, bütöv, islami dəyərlərə   böyük önəm verən ziyalı kimi  fərqləndirdilər.

 

Maarif Soltan (şair, "Qobustan" toplusunun baş redaktor müavini): Qəni Camalzadə imzasına ilk dəfə 1977-ci ildə rast gəlmişəm. Sovet dönəmiydi. Mətbuatda çap  məsələsi ceyran belinə  çıxan vaxtlar  idi. O zaman  "Ədəbiyyat İncəsənət" (hazırkı "Ədəbiyyat" qəzeti)  qəzetinin sonuncu  səhifəsi satirik  guşə adlanırdı. Həmin sərbəst səhifədə  satirik şeirlər, yumoristik hekayələr, xırda novellalar, miniatürlər,  rəngli şəkillər tez-tez işıq üzü görürdü. Onda Qəni   qəzetdə  tez-tez kiçik  həcmli  əsərləri ilə görünürdü.  Sonra Şüvəlanda  gənc yazarların ilk seminarı oldu.  Dostumuz da tədbirə  qatılmışdı. Qəni Camalzadəni  o zaman necə görmüşdüm, yenə eləcədir. Sadəcə, saçları ağarıb.  Səmimiliyi, sadəliyi, düzlüyü, olduqca təvazökarlığı  yerində qalıb.  Xoşbəxtlikdən isə yazıçı-publisist  kimi çox inkişaf  edib, püxtələşib.  Əgər "Azərbaycan"  jurnalı kimi  möhtəşəm ədəbi  məcmuə  Qəninin son illər iki romanına  səhifələrində  yer ayırıbsa,  bu faktın özü ədəbi hadisədir.

 

Tofiq Nurəli (şair): Çox təəssüf edirəm ki, Qəni müəllimin  ancaq  kiçik hekayələrini  oxumuşam.  "Qızıl xotuğ" "Karxana" romanlarından xəbərim olmayıb.  Mütləq tapıb oxuyaram, müəllifin özündən  alaram.  Deyir, şair misrasından,  əsl nasir   cümləsindən bəllidi. Dilin materialı sözdü.  Qəni dostumuz bu ilkin  materialdan  düzgün, yerindəcə istifadə etməyi bacarır.  Özü peşəkarcasına.  Bu məsələdə qeyri-filoloji  təhsili köməyinə çatır. Çünki Qəni ali savadlı mühəndisdir.  Yazılarında istedadı ilə bahəm texniki  biliyi özünü  göstərir. Kim deyir-desin,  yüksək elmi savad müasir  yazıçıya  çox lazımdı,  təkcə talantın ümidinə qalmaq olmaz.

 

Əsəd Cahangir (tənqidçi): Yazıçının özülü bazası olmalıdır ki,   müəyyən səviyyəyə çata bilsin, necə deyərlər, bəzi hədəfləri nişan ala bilsin. Mənim fikrimcə, Qəni müəllim bir çox nasirlərimizə  nümunədi.  Mükəmməl təhsili var. İstedadı da ki, yerində.  Onun "Qızıl xotuğ" romanının ilk oxucularından  biri mən olmuşam. Özü Məmməd Orucun təkidi sayəsində. Düzü, Məmməd müəllimə minnətdaram. Yaxşı bir roman təşnəsiydim, yanğımı söndürdüm. "Qızıl xotuğ"  90 illik  Azərbaycanımızın tarixidir.  Elə simvolik  Ehsan baba surəti də vətənimizin  yaşıdıdır. Dərviş qiyafəsində gəlib kamillik yaşına çatan, üç adlı-sanlı  oğul böyüdən,  bu dünyanın  altını-üstünü bilən qoca hər dəfə "Yahu, ya mədəd,  ya həqq!" - deyərkən ötən günləri  təkrar-təkrar vərəqlənir.  Ümumiyyətlə, Ehsan baba    obrazı ustalıqla yaradılıb  roman  nəsrimizin son illər uğurudur.

 

Oqtay Rza (şair, Əməkdar müəllim): Qəni Camalzadənin  imzasını lap çoxdan tanıyıram, üzünü isə birinci dəfə görürəm. Bəlkə də rastlaşmışıq, yadımda deyil. Romanlarını əldə edib mütləq oxuyaram.  Bu zalda  Qəninin həmyaşıdları  yazıçılar, şairlər əyləşib, hörmətli hacılar təşrif buyurub. Onlar xeyli orjinal, maraqlı fikirlər söyləyiblər. Qəni mənim üçün bir yazar olaraq bu gündən kəşf olunur.  Və nə yaxşı ki,  özümü bu  maraqlı tədbirə  çatdırdım. Yubilyarı ürəkdən təbrik edir, ona uğurlar diləyirəm.

 

Qəni Camalzadə ilə  bağlı başqa söz  deyənlər,  yaradıcılığı barədə   rəylərini ifadə  edənlər də oldu: Heydər Orucov, Fəxrəddin Ziya,  Aydın Xan, Hacı Vaqif, Hacı Rza, Axund Hacı Əmiraslan, şair Dayandur  Sevgin və başqaları. Məclis yazıçı-publisistin  hamıya minnətdarlıq   kəlamı ilə başa çatdı.

 

 

Ağacəfər HƏSƏNLİ

525-ci qəzet.- 2016.-5 fevral.- S.4.