“Qürbətdən gələn məktublar” yenidən səhnədə

 

 

Fevralın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-diplomat Həsən HəsənovunQürbətdən gələn məktublarəsəri əsasında eyniadlı tamaşa nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərinə Xalq artisti, kinorejissor Mərahim Fərzəlibəyov quruluş verib.

 

Tamaşanın quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

 

Tamaşada əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova ifa edəcək.

 

Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub.

525-ci qəzet.- 2016.- 6 fevral.- S.12