Görkəmli aktyor Əliabbas Qədirovun xatirəsi yad edilib

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Xalq Artisti, görkəmli teatrkino xadimi Əliabbas Qədirovun məzarını ziyarət edib.

 

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın direktoru, Xalq Artisti Azərpaşa Nemət görkəmli sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatr sənətindəki xidmətlərindən və yaratdığı obrazlardan söz açıb.

 

Daha sonra Əməkdar İncəsənət Xadimi Məhərrəm Bədirzadə, professor Rafiq Sadıqov Ə. Qədirovun pedaqoji fəaliyyətindən söz açıb və onunla bağlı unudulmaz xatirələrini bölüşüblər.

 

Qeyd edilib ki, Əliabbas Qədirov 1946-cı il fevralın 13-də Bakıda anadan olub. O, 1970-ci il aprelin 6-dan ömrünün sonunadək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib və teatrın bədii rəhbəri və direktoru vəzifəsinədək yüksəlib.

 

Unudulmaz sənətkar 2006-cı ildə Bakıda vəfat edib.

 

525-ci qəzet.- 2016.- 16 fevral.- S.7.