Tehranda Zəlimxan Yaqubun xatirəsi anılıb

 

 

Fevralın 14-də İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə TehranınƏndişəMədəniyyət Evində Azərbaycanın Xalq Şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun anım mərasimi keçirilib.

 

Tədbirdə İran azərbaycanlıları, Tehran ictimaiyyətinin nümayəndələri ziyalılar iştirak ediblər.

 

Mərasimdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov çıxış edərək deyib ki, Zəlimxan Yaqub özündən sonra böyük irs qoyub. O, Azərbaycanın zəngin şeir ənənəsini uğurla davam etdirib, xalq yaradıcılığından bəhrələnərək aşıq sənətinin qorunub saxlanılmasında, təbliğində, irsinin tədqiqində böyük xidmətlər göstərib. Z.Yaqub şeirindəki Vətən torpaq sevgisi onu oxuculara sevdirən başlıca amillərdəndir. Onun şeirlərinin toplandığıVətən yaraları”, “Sizi qınamıram”, “Od aldığım ocaqlar”, “Böyük ömrün dastanıkitabları xalqın sevimli kitablarındandır.

 

Səfir bildirib ki. Z.Yaqubun ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Xalq Şairi ədəbi-ictimai fəaliyyətinə görə Azərbaycan RespublikasınınŞöhrətŞərəfordenlərinə layiq görülüb. Z.Yaqub millətin səsi nəbzi idi, onun yaradıcılığı gənclərin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayıb.

 

Mərasimdə İran Aşıqlar Birliyinin sədri Kövsərəli Şahbazi, İranın tanınmış şairi Əzim Ağayi, İran parlamentinin nümayəndəsi İlyas Həzrəti başqaları çıxış edərək Z.Yaqubun yaradıcılığından, onun şeirinin fəzilətindən danışdılar.

 

Sonra Z.Yaqubun həyatından bəhs olunan sənədli film göstərilib, şeirləri bədii qiraət edilib. Təbrizdən, Zəncandan, Miyanadan, Ərdəbildən, Urmiyadan İranın başqa şəhərlərindən mərasimə qatılan aşıq qrupları Z.Yaqubun şeirlərinə bəstələdikləri aşıq mahnılarını ifa ediblər.

 

Mərasim iştirakçılarına Z.Yaqubun fars dilinə tərcümə olunmuş şeirlər kitabı təqdim edilib.

 

525-ci qəzet.- 2016.- 16 fevral.- S.7.