"Koroğlu" eposu haqda yeni monoqrafiya

 

 

Bu yaxınlarda qorqudşünas alim, professor Əzizxan Tanrıverdinin "Koroğlunun şeir dili" kitabı nəşr olunub.

 

Monoqrafiyada "Koroğlu" eposunun poetik kökləri, dilinin tarixiliyi, özəllikləri ədəbi mətnlər müstəvisində yeri tədqiq olunub.

 

Professor elmi-tədqiqat çərçivəsində eposdakı şeirlərin semantikası, tarixi-linqvistik məziyyətləri, şeirdə obrazlılıq, obrazlılığın leksik, fonetik, qrammatik təzahürləri ilə yanaşı "Dədə Qorqud" dastanı Qurbaninin poeziyası ilə müqayisəli təhlillər aparır.

 

Kitaba professor Mahmud Allahmanlı önsöz yazıb.

 

O, "Koroğlu" eposunun tədqiqat əsəri kimi diqqət mərkəzində dayandığını qeyd edərək monoqrafiyanın əhəmiyyətindən söz açıb.

 

Professorun fikrincə, kitab dastanın poetik sistemini, onun düşüncə sxemini, bütünlükdə etnosun yaddaş mexanizmlərini, bir bütöv olaraq əhatə edir:

 

"Tədqiqatçı çox doğru olaraq vurğulayır ki, "Koroğlu" eposu dilimizin, ədəbiyyatımızın, tariximizin, ümumən mədəniyyətimizin ən nadir incilərindən biridir, şah abidəmiz "Dədə Qorqud"un məntiqi davamıdır".

 

O, həmçinin başqa tədqiqat əsərlərindən nümunələr gətirir monoqrafiyanın xüsusiliyini açıqlayır:

 

"Son dövrlərdə "Koroğlu"nun nəşrləri ilə bağlı müəyyən tendensiyalar da özünü göstərdi. Bəzi folklorşünaslar kabinetlərdə "Koroğlu" dastanının yeni variantlarını yazmaq yolunu tutdu yeni variant adı ilə xalqa təqdim etməyə çalışdı. Bunlar hamısı folklorşünaslığa məlumdur ciddi səhvlərdir. Ə. Tanrıverdinin "Koroğlunun şeir dili" özlüyündə bu tendensiyalara, son dövrlərdə baş alıb gedən qeyri-ciddiliyə bir cavabdır".

 

M.ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 18 fevral.- S7