Unudulmaz sənətkarın xatirəsinə layiq yubiley gecəsi

 

 

Fevralın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsi daha bir yubiley konserti ilə canlandı.

 

Yüksək səviyyədə təşkil olunmuş bu tədbir  Xalq artisti, pianoçu, müğənni, professor Rauf Atakişiyevin 90 illik yubileyinə həsr olunmuşdu.

 

Rauf İsrafil oğlu Atakişiyev P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında, K.N.İqumnovun sinfində təhsil alıb vokal sənətinin incəliklərini A.V.Nejdanovadan  öyrənib. O, təhsil aldığı müddətdə bir sıra dünya şöhrətli musiqiçilərdən -  Y.Flier, Y.Milşteyn, Barsovadan əldə etdiyi böyük təcrübə nəticəsində Azərbaycan Dövlət Konservatoriyasında bir pedaqoq kimi səmərəli fəaliyyət göstərib özünəməxsus fortepiano ifaçılığı məktəbi yaradıb. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) uzun illər dərs deyərək, musiqi təhsilinin inkişafı üçün mühüm işlər görüb, Azərbaycan pianoçuluq məktəbinə öz üslubunu dəst-xəttini gətirib. Təsadüfi deyil ki, onun yetirmələri bu gün musiqi mədəniyyəti sahəsində öz sözünü demiş ifaçılardır. R.Atakişiyevin tələbələri arasında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri, Xalq artistləri R.Babayev, Y.Adıgözəlov, M.Adıgözəlzadə, Əməkdar incəsənət xadimi Ü.Hacıbəyova, Əməkdar artist S.Aşumova, Bilkənt (Türkiyə) konservatoriyasının dosenti H.Əliyev, Giresun (Türkiyə)  konservatoriyasının dosenti V.Həsənov, Kipr Konservatoriyasının dosenti R.Qasımov, Avstraliya Konservatoriyasının professoru B.Quslitser, Paris opera teatrının konsertmeystri L.Mustafazadə, Azərbaycan Dövlət Konservatoriyasının dosenti C.Qarayev başqalarını göstərə bilərik.

 

Rauf Atakişiyev 40 ildən artıq M.F.Axundov adına Opera Balet Teatrının aparıcı solisti, lirik-dramatik tenor kimi fəaliyyət göstərib. Teatrda Əsgər ("Arşın mal alan"), "Faust"( "Faust"), Qraf Almaviva ("Sevilya bərbəri"), Knyaz Sinoda ("Demon"), Lenski ("Yevgeni Onegin"), Alfred ("Traviata"), Balaş ("Sevil") başqa partiyaları ifa edib. Həmçininvstretil devuşku", "Arşın mal alan" (ikinci redaksiya), "O olmasın, bu olsun" bədii filmlərində onun ecazkar səsi yaddaşlara həkk olunub.

 

Yubiley gecəsi 2 hissədən ibarət idi, hər iki hissədə Rauf Atakişiyevin müsahibələrinin ifalarının lent yazıları dinləyicilərə təqdim olundu. Birinci hissədə Rauf Atakişiyevin tələbəsi olmuş Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri  S.Prokofyevin "Romeo Culyetta" baletindən fraqmentlər ifa etdi. Daha sonra səhnəyə vaxtilə Rauf Atakişiyevlə bir səhnəni bölüşmüş görkəmli pianoçu, Xalq artisti, professor Fərhad Bədəlbəyli təşrif buyurdu. Çox böyük məharətlə ifa olunan, S.Prokofyevin fortepiano orkestr üçün 1 saylı Konserti  dinləyicilərin zövqünü oxşayaraq uzun sürən alqışlara səbəb oldu. F.Bədəlbəyli sonra Rauf Atakişiyev haqqında fikirlərini dinləyicilərlə bölüşdü: "Bizim konsertlər adətən 2 hissədən ibarət olurdu, 1-ci hissədə Rauf Atakişiyev vokal ifalarını, 2-ci hissədə isə pianoçuluq bacarığını nümayiş etdirirdi. Bu cür istedadlı insanlar yer üzündə azdır, biz fəxr etməliyik ki, Rauf Atakişiyev kimi görkəmli şəxsiyyətimiz var".

 

Konsertin ikinci hissəsində Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında C.Verdinin "Taleyin gücü" operasından Uvertüra, Xalq artisti Murad Adıgözəlzadənin ifasında R.Şumanın fortepiano orkestr üçün konserti səsləndi. Tədbir Rauf Atakişiyevin ifasında "Sənə qalmaz" mahnısının lent yazısı ilə tamamlandı.

 

Lalə NAMİQQIZI

Bakı Musiqi Akademiyasının magistrı

525-ci qəzet.- 2016.- 18 fevral.- S.7