İncəsənət Universitetinin tələbələrindən yeni tamaşa

 

 

15 fevral tarixində YARAT FreeStyle çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzində Bond Street Teatrı Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət İncəsənət Universitetinin tələbələri ilə birgə "Sülh naminə icma dramı" proqramı ilə hazırlanan "Ay dövriyyələri" adlı tamaşa təqdim olunub.

 

Universitetdən verilən məlumata görə, anşlaqla keçən tamaşanın premyerasında ABŞ səfirliyinin nümayəndələri, ADMİU-nun professor-müəllim heyəti, tələbələri eləcə teatrsevərlər iştirak ediblər. Nümayişdən sonra təşkilatçı çıxışçılara suallar verilmiş, tamaşaçılar təəssüratları ilə bölüşüblər.

 

Bond Street Teatrı Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət İncəsənət Universitetinin tələbələri ilə birgə bu proqramı çərçivəsində təlimlər keçirilib. 3 mərhələdən ibarət proqramın 1-ci mərhələsində 25 nəfər tələbə üçün sosial teatr sənətinin müxtəlif üslubları, o cümlədən, əməkdaşlıq komandanın qurulması, təxəyyülün stimullaşdırılması, liderlik ünsiyyət bacarıqları, əhvalatların danışılması həyatdan götürülən ssenarilərin qurulması fiziki çağırışlar fonunda özünə-hörmət hissinin qazanılması üzrə təlimlər keçirilib. Proqramın 2-ci mərhələsində 25 nəfər arasından 8 tələbənin seçilərək "Sosial Teatr" konsepsiyasını əks etdirən mobil şou xarakterli tamaşa hazırlanıb.

 

Proqramın 3-cü mərhələsində isə fevralın 15-i Bakıda premyerası olan "Ay dövriyyələri" tamaşası Sumqayıt, Şəki, Zaqatala, Gəncə Bərdədə ictimaiyyət üçün nümayiş etdirilib.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2016.- 18 fevral.- S.2