Kino rəssamı Fikrət Ələkbərovun 70 illiyi qeyd edildi

 

 

Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında Əməkdar rəssam Fikrət Ələkbərovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxış edərək tanınmış kinorəssamın Azərbaycan kino mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıb. Həmçinin, rəssamın keçdiyi məhsuldar yaradıcılıq yolundan bəhs edib.

 

Qeyd edilib ki, F.Ələkbərov 1974-cü ildə əmək fəaliyyətinə başladığıAzərbaycanfilmkinostudiyasında rəssam assistenti qismindəTütək səsi”, 3 seriyalıAbşeronbədii filmlərində, 1976-cı ildən isə dekor rəssamı kimiDərviş Parisi partladır”, “Qərib cinlər diyarında”, “Qayınana”, “Od içində vahə”, “Yol əhvalatı”, “Papaq”, “Qara gölün cəngavərləri”, “Köhnə bərə”, “Özgə həyat s. filmlərdə özünü yüksək bədii zövqə malik bir rəssam kimi göstərib.

 

Vurğulanıb ki, 1988-ci ildən quruluşçu rəssam kimi çalışdığıGənc qadın üçün kişi”, “Girişmə-öldürər”, “Niyyət”, “Əlavə təsir”, “Dərs digər bədii filmlər onun yaradıcılıq potensialını nümayiş etdirir.

 

SondaMozalansatirik kinojurnalının 100-dən artıq süjetinin bədii tərtibatını vermiş yubilyara yeni-yeni uğurlar arzulanıb.

 

525-ci qəzet.- 2016.- 20 fevral.- S.13