Pərvinin pyesi məktəb səhnəsində

 

BALACA İFAÇILAR "DƏCƏL KEÇİ"Nİ UĞURLA TƏQDİM ETDİLƏR

 

Ötən şənbə günü Əmircan məktəbində bir tamaşa izlədim.

 

Tamaşa yazıçı Pərvinin uşaqlar üçün yazdığı "Dəcəl keçi" pyesi əsasında hazırlanıb. Doqquz nəfər balaca məktəblidən ibarət heyət onlardan xeyli böyük, yetkin, dünyagörmüş adamlarda bir təəssürat, duyğu, yaxud bir təbəssüm yarada bilirsə, bunu hər halda, uşaqların bacarığına, istedadına dəlil olaraq göstərməliyik.

 

87 nömrəli tam orta məktəbin direktoru Elmira Ələkbərova adlarını qeyd edəcəyim bu doqquz balaca aktyorun hər birinə ayrıca diplom təqdim etdi onların erkən yaşlarından qazandıqları yaradıcı uğurunu bir az da, belə deyək, rəsmiləşdirdi. Rollarıyla birgə tam qeyd edə bilməsəm , adlarını unutmadım: Aydan Bayramova, Nərgiz Cəfərova, Almara Əliyeva, Zöhrə Əlizadə, Mədinə Əliyeva, Yusif Əzizli, Elvin Hüseynli, Elcan Hətəmov Cavidan Şıxəlizadə.

 

Pyesin adından da göründüyü kimi, tamaşada dəcəl, tənbəl səhlənkar bir keçinin başına gələnləri izləyirik. Heç bir işin qulpundan yapışmaq istəməyən, "ver yeyim, ört yatım, gözlə canım çıxmasın" devizli bu keçinin kiçik bir əhvalatı var. Başına açdığı oyunlardan usanıb bezən sahibi onu lap ucuz qiymətə -  qəpik-quruşa satmaq qərarına gəlir. Qismətindən bir qoca müştərisi çıxır keçini bu saf, zəhmətkeş, qayğıkeş qocaya ürcah edir. Qocanın ev-eşiyinə yerləşdikdən sonra yenə köhnə dələduzluğundan qalmayan keçi hər gün bir yeni şikayətlə gəlir, evdə dava-dalaş salır, axırda qocanı da canından bezdirir üzü danlaqlı, boynu çomaqlı bir halda qapısından qovulur... Üçüncü-dördüncü sinif şagirdləri bu tamaşanın öhdəsindən lazımınca gələ bildilər. Nənə, nəvə, alabaş, pişik obrazları da digərlərindən geri qalmırdı. Tamaşanın quruluşçusu - Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Şıxəliyev oyunçularından ara-sıra narahat olsa da, məncə, səhnədə heç bir boşluq yox idi. Əksinə, yaşının azlığına baxmayaraq, Mədinə Əliyevanın yaratdığı bir nənə obrazı vardı ki, tamaşaçılar onun oynadığı bütün parçaları üzlərində təbəssüm, maraq sevinclə izlədilər.

 

Tamaşanı gənc aktyor Elşən Şıxəliyevlə birgə məktəbin müəllimələri Zərifə Rəhimova Dilarə Cabbarlı təşkil etmişdilər. Məktəbin əsas müəllim heyəti, məktəbin direktoru pyesin müəllifi tamaşaçılar arasında idi onlar tamaşanın sonunda uşaqların qabiliyyətləri, sərbəstliyi, ilk yaradıcı uğurları haqda ürəkdolusu danışdılar.

 

Direktor Elmira Ələkbərova tamaşa haqda söhbət açdı, şagirdlərin sosial fəaliyyətlərinin onların gələcək həyatlarında rolunu vurğuladı. Tərbiyə məsələləri üzrə direktor müavini Bəyzadə Nuriyev uşaq ədəbiyyatının önəmini, yaradıcı işin çətinliyi və əhəmiyyətini qeyd etdi.

 

Pyesin müəllifi Pərvin də tamaşadan razı qaldı və ürək sözlərini bölüşərkən əsərin yazılma, araya-ərsəyə gəlmə tarixçəsindən də söz açdı: "Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün tamaşalar tez-tez oynanılır. Bir dəfə teatrın baş rejissoru Bəhram Osmanov o ilin əsas rəmzini əks etdirən belə bir mövzuda pyes istədi məndən. Düşündüm və "Dəcəl keçi" adlı bir pyes yazdım. Əsas olaraq işin tərbiyəvi tərəfini nəzərə aldım. Uşaqlar əgər bu pyesə baxacaqlarsa, özləri üçün nümunəvi ola biləcək nələrsə götürsünlər. Bilsinlər ki, yalan danışmaq, böyükləri incitmək olmaz, ağıllı, sözəbaxan olmaq lazımdır. Bütün bu ideyaların hamısını pyesdə əks etdirməyə çalışmışam. "Dəcəl keçi" Gənc Tamaşaçılar Teatrında  səhnəyə qoyulub, uğurla oynanılır. Tamaşaya çox istedadlı rejissor Ayla Osmanova quruluş vermişdi. Səmimi deyirəm ki, peşəkar aktyorların oyunu məni necə təsirləndirmişdisə, bu uşaqların da oyunundan heçaz təsirlənmədim.  Uşaqların hər biri çox şirin, dəcəl, şıltaq və işıqlıdırlar. Hər biri obraza, mövzuya uyğun seçilib. Elmira xanım başda olmaqla, məktəbin bütün kollektivinə, tamaşanı təşkil edən bütün dostlara minnətdarlığımı bildirirəm".

 

Sonda müəllif tamaşanın iştirakçıları və pedaqoji kollektivlə xatirə şəkilləri çəkdirdi.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 23 fevral.- S.7.