Ağdamda nəyim qaldı?  

Bir neçə qonşunun yanaşı yaşadığı ikinci mərtəbəyə üzümü tutub özümü çağırıram:

- Əli! Əli!..

Səsimə, birinci, Qız çıxır. Üzündə təəccüb və çaşqınlıq var. Deyəsən, nitqi də quruyub. Qızın dalınca artıq mənə tanış olan anası və elə onunla da bərabər qonşu qapıdan  ağırçəkili yaşlı rus qadın çıxır. Qızın üzündə xəfif, cəsarət edirəm, sevgi təbəssümü var. O, dillənmədən bu xuliqanlığın sonrakı inkişafını izləyir. Qızın anası maraqla mənə baxıb şişirdilmiş mehribanlıqla soruşur:

- Kimi axtarırsan, oğlum?

- Mənim xalam oğlu burda kirədə qalır, xanım (xala yox!), onu axtarıram.

- Kirədə qalan...

Rus  arvad aman vermir:

- A mojet on Miri işşit?

Qızın anası soruşur:

-Adı Miridi?

- Xeyr, xanım, mənə Miri yox, Əli lazımdı, Əmirov Əli, xalam oğludu.

Qız heç nə demir, hiss edirəm ki, oyunun tez bitməsini gözləyir.

- Yox, oğlum, burda elə kvartirant yoxdu.

Mən səsimin bir az da qalın çıxmasına çalışıb ədəblə deyirəm:

- Yəqin adresi səhv veriblər, xanım, bağışlayın!

Mən həyətdən çıxıram, istəyimi uğurla yerinə yetirdiyimə görə özümdən xeyli məmnunam. Həm də hiss elədim ki, qadının, bəlkə də gələcək qaynanamın, xoşuna gəldim.

Küçə adamlarının arasından keçib məhlədən bir qədər aralıda, göz tutmayan yerdə dayanıram. Bilirəm ki, Qız mütləq çıxacaq.

İlahi, bu necə böyük xoşbaxtlıqdı! Dəli istəklə sevdiyin qız canına tər hopmuş asfalt üzərində leş-leşə söykənib sanki parterdə oturmuş tamaşaçıların yetik baxışları altında sənə doğru gəlir! Heç nəyi, heç kimi vecimə almayıb onun qabağına qaçıram, elə “parter”in gözü qabağında  sərin nazik əlindən yapışıram. Onu küçənin ortasında öpməkdən güclə saxlayıram özümü. İnanmayın, saxlaya bilmirəm.

Qoqol küçəsi ilə üzü aşağı düşüb dənizkənarı bulvara tələsirik. Necə xoşbaxt gündü!

İndi isə qayıdaq geriyə, Dəyirman həyətinə. Buna da kinoda fləş-bək deyirlər.

lll

Mənim uşaqlıq və yeniyetməlik çağlarımda qəlbim həmişə kiminsə sevgisi ilə döyünüb. O da doğrudur ki, sayını unutduğum sevgilərin ömrü bir-iki aydan çox çəkmirdi, hər yeni obyekt əvvəlkini tezliklə unutdururdu, bəzən obyektin heç xəbəri də olmurdu mənim qısamüddətli sevgimdən, amma Dəyirman həyətində mənə dəxli olmayan çox böyük və həyatda ilk dəfə rast gəldiyim dramatik bir sevgi də yaşanırdı. Bu sevginin dramatikliyi onun həm də beynəlmiləl olmasında idi.

Ağdamda, az da olsa, azərbaycanlı kişinin erməni qadınla evlənmə praktikası vardı, amma azərbaycanlı qızın erməni oğlana ərə getməsi faktı yox dərəcəsindəydi, hər halda, mən eşitməmişdim. Mən “Əsli - Kərəm”lə, “Bahadır - Sona” ilə artıq tanışdım, hər iki əsərdə də oğlan azərbaycanlı, qız ermənidi. Dəyirman həyətində isə... Nəinki Dəyirman həyətində, bütöv Ağdamda görünməmiş hadisə! İndiki mətbuat dili ilə desək: Şok! Şok!! Şok!!!

“Almaz və Robert” tamaşası 

Bəli, Dəyirman həyətində bütün məhləni məşğul edən, həyət arvadlarına müzakirə üçün fövqəladə material verən bir məhəbbət tamaşası yaşanırdı: “Almaz və Robert” tamaşası. İl dəqiq yadımda qalmasa da, bilirəm ki, hadisə altmışıncı illərin lap əvvəllərində baş verirdi.

Məkan əlbəttə, Dəyirman həyətiydi.

Dahi dramaturq bu dünya böyük teatr, insanlar isə bu teatrın aktyorlarıdır deyəndə haqlıymış, amma Oskar Uayld da səhv eləməmişdi, deyəndə ki, hayıf o teatrda rollar çox pis bölünüb. Bəli, böyük dramaturqların dediklərinə uyğun olaraq, Dəyirman həyəti də dramatik bir tamaşanın oynandığı teatra, səhnəyə çevrilmişdi və deyim ki, burda rollar ədalətlə, düzgün bölünmüşdü.

Tamaşanın əsas qəhrəmanları azərbaycanlı qız Almaz, Səfər kişinin birinci arvadından olan qızı, oğlan isə Knariklə Arsenin böyük oğlu Robert idi. Qalan rollar adına-sanına, məhlədəki avtoritetinə, fəallığına görə qonşular  arasında ədalətlə bölünmüşdü. Kütləvi səhnələrin iştirakçıları isə əl-ayaq altda qalan, heç nəyi ilə seçilməyən məhlə adamları və uşaqlardı.

Sosial mənşəyə gələndə, Səfər kişi Dəyirman həyətinin ən kasıb, ən imkansız adamı sayılırdı, yəni o da, onun ailəsi də belə düşünür və bu düşüncəyə uyğun yerlərini bilir, həyatı bir təhər yola verirdilər. Səfər kişinin birinci arvadından Mehman adlı bir oğlu, Almaz adında bir qızı, uşaqlığında raxit keçirdiyi aydın görünən çox kifir ikinci arvadından isə, üç-dörd sınıq-salxaq uşağı və əlavə olaraq ikinci arvadın yanınca gətirdiyi Gülər adlı ögey qızı da vardı, bir sözlə, ailənin neçə başdan ibarət olduğunu demək mənə onda da çətindi, nəinki illər sonrası.

Dramaturji dillə ifadə etsək, bu şox mürəkkəb quruluşlu, natamam və dağınıq kompozisiyalı ailə nəylə dolanırdı, demək çətindi. Evdə heç kəs işləmirdi. Deyəsən, bir Səfər kişi pensiyə alırdı. Arvadı Şeyda  çox kifir olsa da, ərindən xeyli cavandı, ona görə də elə bir ucdan özünə oxşayan uşaqlar doğurdu.

Robertin ata-anasına gəldikdə isə, nə deyim, erməni kasıb olmur, erməninin ən kasıbı da Knarik kimi hər səhər bir kasa qaymaq və bir təndir çörəyi yeyirdi ki, bu da o illərdə məhlə miqyasında firavanlıq göstəricisi kimi qəbul olunurdu. Arsen, dediyim kimi dəlləkdi, hər gün də cibində diri pulla gəlirdi evə. Qırağa da pul xərcləməzdi, getdiyi yer üç nəfərin bir yerdə işlədiyi dəllək dükanıydı, gəldiyi də ev. Axşam saat ondan tez gəlməzdi evə. Əgər bircə manat özünə xərcləsəydi, hardasa dəllək yoldaşları ilə “stalovoya-zada” getsəydi, elə həmən gecə Knarik onu yüz iyirmi kiloluq əndamı ilə “xışdıyıb boğardı”. Hər halda, Knarikə yaxşı bələd olan Papam belə deyirdi.

Deməli, sosial statusuna görə Səfərin ailəsi ilə Knarikin ailəsi hardasa tən gəlsələr də, maddi cəhətdən xeyli fərqli idilər. Onu da deyim ki, qonşuların bir çoxu kimi, Knarik də Səfərin həmişə ehtiyac içində çapalayan yarımac ailəsinə əl yetirirdi, artıq qalan yeməklə, köhnəlmiş nimdaş pal-paltarla. Bu işdə Səfərgilə Baqrat kişinin ailəsi, xüsusilə arvadı Arusyak, Yurikin anası daha çox yardımçı olurdu. Səfər də onların kişi əli tələb edən xırda-para məişət işlərinin qulpundan yapışır, bir növ, yaxşılıqların əvəzini çıxırdı.

Almaz gözəl olmasa da, yapışıqlı, qarabuğdayı, bir qədər kəskin və əsəbi sifət cizgiləri olan iti xarakterli, iti dilli, xeyli cəsarətli, deyim ki, mərd və qürurlu qızdı. On üç-on dörd yaşımda o qız haqqında mənim təəssüratım beləydi.  Səfərin ailəsində dişəvurulası yeganə adamdı. O vaxtlar Almazın on səkkiz yaşı ancaq olardı.

İkinci qəhrəmanımız Robert də pis deyildi: ortaboylu, qarayanız , tökmə bədənli  oğlandı. Yaşıla çalan və həmişə harasa axan işıqlı ala gözləri sifətindəki əgər-əskikləri malalayırdı. Robertin ən yaxşı cəhəti onun xasiyyətində idi: çox istiqanlı, ürəyiyumşaq, böyük-kiçik yeri bilən cavandı. Di gəl, avaranın biriydi, heç bir faydalı işlə məşğul olmurdu. Mən bilən, məktəbi də yarımçıq qoymuşdu. Səhərlər saat onda-on birdə yuxudan durur, o vaxt Knarik qaymaq-çörəyini yeyib qurtarmış, Arsen də Allah bilir, neçənci başı qırxmış olurdu, əl-üzünü yumamış artırmada bir siqaret çəkir, sonra bəlkə bir stəkan şirin çay içib yollanırdı Ağdamın bulvar deyilən mədəniyyət və istirahət parkına, özü kimi beş-altı avara ilə laqqırtı vurub xırda qumar oynamağa. Saat üçdə-dörddə də gəlirdi nahara. Sonra başını qoyub yatır, axşama yaxın həyətin kişiləri işdən qayıdıb gələndə, o da günorta yuxusundan durub həyət adamları ilə lağlağıya başlayırdı. Bax, belə lağlağılı axşamların birində də onun Almazla məhəbbət macərası başlamışdı.

Əvvəl heç kəs buna fikir vermirdi. Oğlanla qız hamının gözünün qabağında - həyətin ortasında, qırağında, sonra lap künc-bucağında yanaşı oturub söhbət eləyir, deyib-gülür, zarafatlaşırlar... Bir dəfə onların zarafatlarına mən də şahid olmuşdum. Robert qıza ermənicə dalbadal mən səni sevirəm deyirdi.

- Almaz, yes kes sirumem.

Qız ya deyilənin mənasını bilmirdi, ya da özünü o yerə qoymurdu. Bəlkə də o sözü oğlanın dilindən təkrar-təkrar eşitmək istəyirdi.

- Başa düşmürsən?

- Niyə başa düşmürəm? - Oğlanı çiynindən itələyir. - Qanmaz özünsən!

- Bəs onda niyə cavab vermirsən?

- Eeey... Əl çək də!

- Yes kes sirumem.

-Mən ermənicə başa düşmürəm, adam dilində de!

- Sağ ol! Erməni dili adam dili deyil?

- Bilmirəm! Siz danışanda elə qır-bır düşür ki!

- Sən bir qulaq as: yes kes sirumem! Bu heç qır-bırdı?

Mən məktəbdə fransız dili keçirdim, ona görə də Robertin dediyinin fransız dilinə oxşadığını dedim.

- Yox bir, alman dili! Mən təmiz ermənicə deyirəm: Almaz, yes kes sirumem!

Artırmada oturub tum çırtlayan Knarik Robertə təpinir:

- Robik!

Robert anasını vecinə almır.

- Eşidirsən, Almaz, yes kes sirumem!

Knarik bu dəfə çəmkirir:

- Robik, tsenit kıtre!

Bax, onda Almaz bir az acıq, bir az hikkə, bir az da şıltaqlıqla:

- Sən qələt eliyirsən! - deyir.

- Mən qələt eliyirəm? - Robert qızın qolundan yapışır. - Mən deyirəm yes kes sirumem, sən də...

- Mən səni sevmirəm!

Bundan sonra bir xeyli dartışma, itələşmə, sözləşmə, gülüşmə... Knarikin təpinməsi, qonşuların atmacaları...

Oğlanla qızın bu münasibəti bütün yay ərzində yavaş-yavaş lazımi formanı alır, zarafatlar, atmacalar ciddiləşir, flirt dövrü bitir, təbii hisslər üzərində cücərən məhəbbət məntiqi məcraya can atır. Gənclər hiss edirlər ki, hər bir münasibətin, konkret desək, məhəbbətin kulminasiya nöqtəsi var və onlar məhz o nöqtəyə, zirvəyə yaxınlaşıblar. Hamının gözü qabağında baş verən itələşmə və qaçdı-tutdular dövrü bitib. Nəsə ciddi bir şey olmalıdır.

Dəyirman həyəti də cana yığılmışdı, artıq bu həngaməyə dözə bilmirdi.  Məsələ öz-özünə yetişmişdi, hadisələr partlamaq səviyyəsində idi. Kulminasiya, budu ha, özünü yetirib, saspens də bir tərəfdən!

Şərhlər, müzakirələr, qınaqlar və əlbəttə ki, tənələr, özü də hər iki cəbhədən, amma milli məsələyə hələ açıq-açığına toxunan yoxdu. Gizlində isə siyasi rəng qatılaşır, azərbaycanlılar Almazı , onun biqeyrət qardaşını və atasını qınayır, ermənilər də Roberti.

Valoda görə Knarikdən həmişə yanıqlı olan Surayya gözdən iraq yerdə yanaşı oturub qayğılı-qayğılı söhbətləşən sevgililəri Arusyaka göstərib qoşa əli ilə Knarik tərəfə qaramat çevirir:

- Qa ye! - yəni “Kül başına!”

 Arusyak da başını bulayıb ermənicə nəsə deyir. Bu xırda mükalimənin şahidi Nənəm olmuşdu. Maraq arvadı götürər, Arusyak tərəfə işarə ilə Surayyadan soruşar ki, “Az, o harsın nə deyirdi heylə hirsdi-hirsdi, Surayya?” Surayya, təbii ki, “harsın” sözündən pərt olar və acıqla Nənəmə deyər ki, “Mən nə bilim, axçi, bilmək istəyirsən, özünnən soruş.”

- Az, mən onun adın bilirəm ki, soruşum da? Sarımsaxdı-nədi ölmüşün adı?!

- Sarımsax! Yox bir soğan!

- Az, bə nədi?

- Arusyak!

- Az, o adı desəm ağzım əyilər mənim.

- Əyilər, demə də, soruşma da!

 Burda Surayya dodağının altında bir “De get!” deyir, sonra da fırr eləyib keçir içəri, evinə. Nənəm də onun dalınca qoşa ovcu ilə yaxşı bir qaramat çevirir:

- Aleyy! Qareer aybını örtsün! Kopaqqızı  ala-qara it kimi nətəər çəmkirdisə, söz soruşmağıma da peşman oldum! - Nənəm rəngini çoxdan dəyişmiş xallı qara kəlağayısının bir ucu ilə ağzının qıraqlarını silir. - Qancığın qarnınnan çıxanın fırıldamağına bax! Gətirdi saldı məni erməninin-gürcünün arasına, ayırdı elimnən-obamnan! Kimin  haqqı nəydi yanımdan Zinyət mama, nətəərsən demiyif keçeydi, şəlliyərdim dədəsini-nənəsini dalına! İndi budu, bir erməni harsını qabağımda fırr eliyir.

Bu giley, təbii ki, Papamın qarasınaydı...

Əli Əmirli

525-ci qəzet.- 2016.- 27 fevral.- S.23