Böyük elmin hüdudları və sübutları

 

 

Çağdaş Azərbaycan ədəbiyyatşünaslığının istedadlı məhsuldar nümayəndələri sırasında xüsusi yeri olan filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri Himalay Ənvəroğlunun (Qasımovun) imzası elmi-ədəbi ictimaiyyətə yaxşı tanışdır.

 

Görkəmli alim Naxçıvan şəhərində dünyaya göz açıb, ilk təhsilini burada alıb, Bakıda ali təhsili başa vurduqdan sonra Naxçıvandakı 2 saylı orta məktəbdə bir neçə il müəllim işləyib, 1970-ci ildən taleyini indiki Azərbaycan  Dövlət Pedaqoji Universiteti ilə bağlayıb, bu ali təhsil ocağında baş laborantlıqdan kafedra müdirliyinə, professorluğadək şərəfli elmi-pedaqoji yol keçib.

 

Himalay  müəllim uzun illərdir ki, klassik müasir ədəbiyyatımızın yaradıcılıq problemlərini, məşhur nümayəndələrinin ədəbi irsini yüksək professionallıqla tədris tədqiq etməkdədir. Onun fundamental araşdırmalarının ən mühüm özəlliklərindən biri budur ki, həmin tədqiqatlar diqqət mərkəzinə çəkilən bədii mətnlərə, ümumən ədəbi prosesə orijinal konseptual elmi yanaşmanın yeni, həm kifayət qədər dolğun, hərtərəfli  mükəmməl səviyyəsi ilə xarakterizə olunur. Görkəmli alim haqqında söz açdığı problem şəxsiyyətlərə doqmatik gəlib stereotiplərdən yox, mətnin özünün mahiyyətindən doğan elmi-ədəbi prinsiplər prizmasından münasibət bildirir, istər klassik, istərsə müasir ədəbiyyatın ayrı-ayrı nümayəndələrinin yaradıcılığından danışarkən hər bir əsərin əsl mahiyyətinə nüfuz edir, onun səciyyəvi məziyyətlərini, ələlxüsus da əvvəllər diqqət yetirilməmiş məqam detalları, onların ideya-bədii arxitektonikadakı mövqeyini, funksiyasını zərgər dəqiqliyi ilə aşkarlayır. Başqa sözlə deyilsə, haqqında əvvəllər az, yaxud çox yazılmasından asılı olmayaraq Himalay müəllimin elmi-ədəbi təhlil müstəvisinə gətirərək yeni təfəkkür işığında incələyib dəyərləndirdiyi bədii əsərlər, bütövlükdə ədəbiyyatımızın bir sıra görkəmli nümayəndələrinin yaradıcılığı bu yolla sanki bir daha kəşf olunur - özünün bütün tematika, problematika özəllikləri ilə.

 

Bütün bunlar isə təsadüfi xarakter daşımayıb, tanınmış ədəbiyyatşünasın elmi üslub konsepsiyasının təyinedici əlaməti kimi üzə çıxmış, filologiyamızın bir çox dəyərli tədqiqatlarla zənginləşməsinə rəvac vermişdir. Ustad alimin müxtəlif illərdə çap olunmuşMüasir Azərbaycan romanı: janrın poetika tipologiyası”, “Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri”, “Müasir Azərbaycan romanının qaynaqları”,” Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri”, “Səməd Vurğunun poetik dünyası”, “Azərbaycan şeirinin poetikası”,  Azərbaycan dramaturgiyası: tarixilik müasirlik”, “Hüseyn Cavidin lirikası dramaturgiyası”, “Şəhriyarın lirikası etiqadı”, “Azərbaycan romanının inkişaf problemləri”, “Sənət sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində digər qiymətli kitabları ədəbiyyatşünaslığımızın ciddi uğurları sırasındadır.

 

Bu dəyərli tədqiqatlardan alınan mükəmməl, həm heyrətamiz təəssürat professor Himalay Ənvəroğlunun universal ədəbiyyatşünas təfəkkürünün, mötəbər elmi fəaliyyətinin geniş hüdudlarına (əslində hüdudsuzluğuna) sübutdur. Belə ki, Himalay müəllim klassik söz sənətimizi çağdaş ədəbi prosesi eyni bələdlik professionallıqla incələyir, bədii yaradıcılığın ən müxtəlif sahələrindən bəhs edərək sanballı ədəbiyyatşünaslıq konsepsiyası ortaya qoyur.

 

Himalay müəllim tanınmış ədəbiyyat nəzəriyyəçisidir. OnunBədiiliyin meyarı”, “Ədəbiyyat nəzəriyyəsindən mühazirələr s. kitabları bilavasitə nəzəri problemlərdən bəhs edir. Alimin klassik müasir ədəbiyyata həsr olunmuş çoxsaylı araşdırmaları da məhz özünün elmi-nəzəri mükəmməlliyi siqləti ilə səciyyələnir.

 

Professor H.Ənvəroğlu çoxəsrlik Azərbaycan poeziyasının mötəbər nüfuzlu tədqiqatçılarından biridir. Təkcə elə süjetli lirikamızın təşəkkülü, inkişaf yolu yaradıcılıq problemlərinə həsr olunmuş fundamental araşdırması kifayətdir ki, onun bu sahədəki ciddi xidmətləri əyani şəkildə göz önünə gəlsin. İ.Nəsimi, M.Füzuli, M.Şəhriyar, B.Vahabzadə kimi böyük şairlərimizin lirikasının tematika problematikasını, poetik özünəməxsusluğunu yeni təfəkkür işığında araşdırması, S.Vurğunun poema yaradıcılığını onun süjetli şeirlərini diqqətə çəkərək əhatəli kontekstdə incələməsi alimin geniş elmi erudisiyasından soraq verir.

 

Hörmətli professorun dəyərli elmi araşdırmalarının mühüm bir qolu da bədii nəsrimizlə bağlıdır. Heç təsadüfi deyil ki, ədəbiyyatşünaslığımızda müasir Azərbaycan romanının poetika tipologiyası, o cümlədən, janrın əsas nəzəri-estetik problemləri, inkişaf mərhələləri, yaradıcılıq təmayülləri, tipoloji prinsipləri, üslub rəngarəngliyi, çağdaş roman poetikasında folklordan, klassik ənənədən gələn mənbələr s. barədə ən mötəbər tədqiqatlar sırasında  Himalay müəllimin monoqrafiyaları xüsusi çəkiyə mövqeyə malikdir. Bu aspektdə onun S.Rəhimov, İ.Əfəndiyev, Anar kimi ustad yazıçıların bədii nəsrini ən müxtəlif məqamlarına qədər incələyən tədqiqatlarını da yada salmaq yerinə düşər. İstedadlı ədəbiyyatşünas dramaturgiyamızın da kamil bilicisi tədqiqatçısıdır. H.Cavid, S.Vurğun, İ.Əfəndiyev Anarın dramaturji yaradıcılığı barədə əhatəli araşdırmaları ədəbi prosesə bədii mətnlərə konseptual elmi yanaşmanın diqqətəlayiq uğuru kimi ortaya çıxmışdır.

 

Himalay müəllim elmi-ədəbi prosesi müntəzəm izləyir, ədəbiyatşünaslığın ədəbi tənqidin aktual problemlərinə, müxtəlif alimlərin əsərlərinə diqqət yetirib mükəmməl dəyərləndirmələr aparır. Onun Mir Cəlal, B.Nəbiyev, T.Kərimli, N.Paşayeva, Y.Axundlu, Q.Paşayev, E.Quliyev, G.Əliyeva digərlərinin tədqiqatları barədə qələmə aldığı məqalələr bu baxımdan səciyyəvidir. Öz növbəsində müxtəlif ədəbiyyatşünaslar da professor H.Ənvəroğlunun elmi fəaliyyəti barədə diqqətəlayiq məqalələr yazmış, yüksək fikirlər ifadə etmişlər: AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor N.Paşayeva, professorlardan Y.Axundlu, E.Quliyev, T.Salamoğlu, M.Allahmanlı, dosentlərdən N.Nəcəfov, Y.Rzayev, T.Rəhimli, F.Əsgərli digərləri.

 

Himalay müəllim yeni elmi nəsillərin formalaşmasına da böyük əmək sərf edir. Xarakterindəki alicənablıq xeyirxahlıqla xoşniyyətli tələbkarlığın vəhdəti neçə-neçə gənc elm adamının formalaşması inkişafında önəmli rol oynamış oynamaqdadır. Bu gün ölkəmizin ən müxtəlif elm təhsil ocaqlarında professorun çoxsaylı yetirmələri uğurla fəaliyyət göstərirlər. Bilavasitə auditoriyada tələbəsi olmasam da böyük ziyalımız   Himalay Ənvəroğlu mənim üçün həmişə əsl müəllim ucalığındadır...

 

Hörmətli Himalay müəllimə möhkəm cansağlığı, yeni elmi uğurlar diləyirik!

 

Hüseyn HƏŞİMLİ

Filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi

525-ci qəzet.- 2016.- 27 fevral.- S.19