“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

I cild (noyabr 1918 - aprel 1920)

 

...................................................................................

 

 Əfvi-ümumi  məsələsi araya gəldi. 

 

Parlamanımızın birinci iclasında “İttihad” firqəsi tərəfindən irad edilmiş  olan  bu  məsələ, bu səfər  həll  olundu.   Əfvi-ümumi - daha doğrusu siyasi mücrimlərin əfv edilmələri xüsusunda hökumət tərəfindən tərtib edilmiş qanun layihəsi parlamanca qəbula keçdi.

 

Sonradan bu məsələni qurdalayıb da vəziri bir taqım lüzumsuz bəyanata məcbur etmək - yersiz idi. Zira vəzir Səfikürdski cənabları siyasi mücrimlərin kimdən ibarət olduğunu öylə bir şəkildə bəyan etdi ki, siyası mücrim ilə adi caninin təfavütünü seçmək çətin oldu.

 

Səfikürdski çənabları bunu unutmasın ki, hökumətə qarşı silah ilə qiyam etmənin, bomba və dinamit gizlətmənin, meşə qırmağın nə dərəcədə siyasi cürm və nə dərəcədə adi bir çinayət olduğunu əhalimiz içində başa düşməyənlər hələ çoxdur.

 

.............................................................................

 

Sosialistlərdən sağ və fəhlə məsələsində də onlardan bir az uzaq olan “Müsavat” firqəsinin sosialist vəzirə fəhlələr məişətinin çətinligi həqqində sorğu verməsi - məzəli bir keyfiyyət idi.

 

Bu xüsusda “Müsavat”çılar ilə sosialistlərimiz arasında bir bala “atışma” vaqe oldusa da nəticəsi “səlamatlıq” ilə keçdi. Müsavatçı Kazımzadənin fəhlə həyatının üsrəti həqqindəki qızğın nitqinə cavab verən məsai vəziri sosialist Səfikürdski cənabları özünü sındırmadı dedi: “sizə fəhlə məişəti həqqində öylə həqiqətlər söylərəm ki, “başınızın tükü ayağa (?) durar!”.

 

Filvaqe Səfikürdski cənabları bu surət xüsusunda nitq irad edərkən öylə sözlər söylədi ki - özgələri bilmiyoram - amma mənim başımın tükü ayağa durdu. Məsələn, fəhlələr həyatının, ümumiyyətlə hər bir yerdə ağır bir surətdə keçməsini nəql ilə sözünü bolşevik fəhlələri məişətinə ətf edərək dedi ki, bolşevik fəhlələr hamıdan yaxşı dolanırlar! Və bu sözü mənidar bir surətdə təkrar etdi.

 

- Bolşevik fəhlələr yaxşı dolanırlar.

 

- Bizim fəhlələrə   yaxşı dolanmaq lazımdır.

 

Sorğu: (Ona görə) yaxşı dolanmaq üçün:

 

- Bolşevik olmaq lazım gəlir!

 

Elmi məntiqdə böylə çıxır.

 

Təcrübədə də felən böylə çıxarsa, onda nəinki bir mənim bəlkə bir çoxlarının başının tükü ayağa durar!

 

Hər halda “Müsavat”çıların fəhlələrimiz həqqindəki ciddiyyətlə çarpışması fəhlə ehtiyacatının, fəhlə təşkilatlarının dalınca olmaları son dərəcə şayani-sərvər və təsəlli bir fəaliyyətdır.          

 

Gəldi Lənkəran faciəsi məsələsi.

 

Lənkəran məbusu Hacı Mirzə Səlim Axundzadə cənabları yürəginin dərdini, vətəninin ağlar halını, Lənkəran müsəlmanlarının biganələr əlindən çəkdigi zülm və sitəmi parlaman əzalarının hüzurunda açıb deməgə axır ki, fürsət tapdı.

 

Hacı Mirzə Səlim cənabları nitqinin “müqəddəməsinin müqəddəməsini” böylə başladı:

 

Nalera hərçənd mixahəm ke pünhan mikonəm,

Sinə miquyəd ke, mən təng amədəm, fəryad kən.

 

Bundan əlavə məbus əfəndi nitqini ərəb şerlərilə dəxi təzyin ediyor böylə ki:

 

Və kullu yədin əmvanə visalə leyli

Va leyli lə tuqarru ləhum bizəkə

İzə ətəmmət dumuun min uyunin

Təbəyyənə mən bəkə ay mən təbəkə.

 

Sonra Lənkəran müsəlmanlarının rus “demokrat”ları əlindən çəkdigi iza və cəfaları yanıqlı bir dil ilə söyləməgə başladı: Lənkəranlılara  azadlıq və kömək lazımdır, - deyə hər kəsi köməgə dəvət edərkən “ruznamələri” dəxi bu köməgə cəlb arzusiylə, qəzetə yalnız bir firqənin naşiri olmuyub da bitərəfanə surətdə hər kəsə danışmaq imkanı verməlidir, - dedi. Məbus əfəndinin bu işarə və kinayəsi hansı “ruznaməyə” aid olduğunu bir dürlü anlamadıq.

 

Əlbəttə, bizim qəzetəyə ola  bilməz! Çünki qəzetəmizin firqə və partıya xaricində rəsmi bir “orqan” oldugu hər kəscə məlumdur. Hər günkü möhtəviyytından məlum olduğu üzrə vətən abadlığı, millət səlamətligi, cəmaət tərəqqisi, dövlət intizamı ilə bərabər istiqlal və genə də istiqlal şüarlahnı virdi-zəban edib də bunun hüsulində əlindən gələn qədər çalışmaqda olan qəzetəmiz bu dairədə yazılmaqda olan məqalələrə sütunlarını bir ananın balasına qarşu açdığı qucağı kimi kəmali-meyl və məhəbbətlə açıbdır, vəssalam!

 

Əlqərəz, Hacı Mirzə Səlim əfəndi Lənkəran faciəsindən bir şəmmə açıb nəql elədi.

 

Bu dilsuz haqiqətləri dəxi parlaman əzalarımız İrəvan hadisəsi kibi heysiyyatı-milliyyədən ari, qeydsiz bir tərzlə qarşıladılar. Genə nə bir nıtq, nə bir hərəkət ...

 

Mən güman edirdim ki, bu  gün havanın soyuqluğu parlaman əzalarımıza o dərəcədə əsərbəxş olubdır ki, bu soyuqluq degil, yalnız bir bədənlərinə, bəlkə ruhlarına da keçibdir, ona görə bugünkü iclas axırına kibi “soyuq” keçəcəkdir. Lakin cavan və fəal məbuslarımızdan Əhməd Cövdət əfəndinin bir saatlıq əsl “parlamanı” bir nitqi gümanımı səhvə mübəddəl etdi. Çünki natiq əfəndinin istər nitqində, istər bədənində, istər ruhunda “üşümək” əsəri yox idi. Biləks, qızqınlıq var idi.

 

Əhməd Cövdət əfəndinin bu hərarətli nitqi nəyə dair idi? Nəyi və kimi bu hərarət və səlasətlə müdafiə edirdi?

 

Stansiyalarda soyulmuş bir nəfər Sarkisyanı və dəmiryol mövqiflərinin birində guya öldürülmüş olan üç nəfər ermənini!...

 

Qışın bu soyuq günlərində buzlu dağlara pənah aparmış, Araz çayının qara sellərinə qurban olmuş, yer və yurdlarından, mülk və mallarından, can və başlarından top və pulemyot güllələri zoru ilə məhrum edilmiş, əsir və yesir kökündə dağlara, daşlara, dərələrə, təpələrə səpilmiş olan məzlum və məzlumələrdən də məzlum olan bədbəxt qardaşlarımızın, ana və bacılarımızın müdafiəsi həqqində bir söz böylə dilinə almağı özünə “layiq” görməmiş olan məbus əfəndimizin daşnaklar mənbəyindən xüsusi bir qərəz ilə nəşat edən yalan və acı bir yalan olduğu Rəisi- Vüzəra Fətəli Xanın bəyanatından bəlli olan xəbərlər həqqində kəmali-səlasətlə hərraflıq etməgi bənə o qədər əlim bir təsir və yanıqlı bir acıq verdi ki, nitqi axırınadək dinləmək taqətim qalmadı...

 

Türk yürəkli və sosialist fikirli Əhməd Çövdət əfəndinin, fəal və çalışqan bir zat olduğu məlumumuzdur. Və hər kəsə bilafərq millət, insaniyyət nəzəri ilə baxmaq fikrinin aliliyinə də mötərifık. Lakin iki nəfər insandan, iki nəfər adəm övladından birinin məzlum və məfluk olduğunu dünya işığına baxan gözümüz və aləmi-batisini də dərk edən bəsirətimizlə gördüyümüz halda və o birinin də məzluma nisbətən qeyri-məzlum bir vəziyyətində bulunduğunu dərk etdigimiz təqdirdə məzlumu qoyub da qeyri-məzlum həqqində çalışmağımız insaniyyət fikrinə mütabiq və elmi məntiqə müvafiq olmadığı surətdə böylə eləməyin mənası nədir, əcəba?

 

Üzeyir

“Azərbaycan”, 10 yanvar 1919, ¹84

 

Azərbaycan Məclisi-Məbusanında İrəvan quberniyası müsəlmanları həqqində

 

(keçən nömrədən mabəd)

 

İrəvan quberniyası müsəlmanlarının nümayəndələri tərəfindən verilmiş ərzi-hal oxunduqdan sonra məbus Vinoqradov söz alıyor:

 

Vinoqradov - Qardaş müharibəsi hələ tamamilə qurtarmamış, yenə qardaş qanı axıdılıyor. Əhalinin bir qismi digər qismini öz xərabəzarından qovuyor. Bizim ruslar böylə hərəkətləri, böylə müdhiş və təcavüzləri protesto edərək hər dövlətin xətti-hüdudini təyin etmək ixtiyarına malik olan ümum cahan konfransının qərarınadək hər kəsin öz yerində qalmasını tələb ediyoruz.

 

Rəsulzadə M. Əmin bəy - Burada yenə imdad naləsi eşidiyoruz.

 

Məlumdur ki, millətlərin həqq və hüququ gözlənilsin gərək. Hər kəs nərdə yaşıyorsa, o yerə malik olmaq həqqinə haizdir. Təbii millətdaş, dindaş və irqdaşımız olan İrəvan quberniyası müsəlmanlarının bunca müsibətə millət mənafeyi naminə təhəmmül edən qardaşlarımızın çəkdikləri bəlalara biz biganə qalamayız. Onlar ümum millət mənafeyi yolunda bunca iza və cəfalar çəkiyorlar. Binaənileyh millət dəxi onları müdafiə etməlidir. Azərbaycan hökuməti onlara felən müavinət göstərə bilməz. Lakin mənəvi, siyasi və bəlkə qismən də maddi yardım edə bilər. Binaənileyh Azərbaycan hökuməti məsələnin sülh konfransı tərəfindən həllinə və Qafqaziya millətləri bir yerə yığışıb ixtilafı bitirməsinədək millətdaşımız və irqdaşlarımızın düçar olduqları ələmlərini yüngülləşdirməlidir. Yalnız ora degil, Lənkəran müsəlmanları da bu haldadırlar.

 

Etiqad ediriz ki, bu xüsusda hökumət ciddi tədabir görmüşdür. Görmüşsə şimdi bizə məlumat versin. Məlumat verməgə hazır degilsə, bu yaxın iclaslardan birisində bəyanat verər. Azərbaycan parlamanı bu dərəcə zülm və qədrlərə düçar olan qardaşlarımıza müavinətini diriğ etməz.

 

Sultanq Məcid - İrəvan quberniyası müsəlmanlarının faciəsi məlum oldu. Rusların nümayəndəsi də burada protesto etdilər. Əlbəttə onlar böylə faciələrin oynanmasına razı olmazlar. Ancaq bu bizim yaramızı sağaltmaz. Bu gün biz yalnız protesto və nifrətlər izharı ilə qənaət edə bilməriz. Zira bununla müsəlman qardaş və bacılarımızın dərdinə əlac olmaz. Bundan müsibətzədələrə təsəlli olmaz. Bu saat onların ismətləri, namusları paymal oluyor. Quru protestodan bir şey çıxmaz. Qonşularımız Gürcüstan və Ermənistanda küllü miqdarda islam əhalisi olub öz hökumətlərinə tabedirlər. Gürcüstan və Ermənistanda müsəlman olduğu kibi bizim də məmləkətimizdə əhalinin həpsi türk-islam olmuyub bir çox erməni, gürcü, rus və sairə var. Biz onların həpsilə ədalətlə rəftar ediyoruz. Qonşu hökumətlər də böylə etməlidirlər. Ermənilər bunu anlamıyorsalar icrai-təsir edə biləriz. Ermənistandakı müsəlmanlar həqqində rəva görülən zülmlər barəsindəki təkliflərimizi qanmıyorlarsa güc ilə qandıra biləriz. Güc ilə icrai-təsir etmək bu degil ki, onlar kibi atəş açaq, qan tökək. Xayır! Bizə atəş saçmaq, qan tökmək lazım degildir. Şimdi İngiltərə, Fransa və Amerika nümayəndələri yaxınımızdadırlar. Bunlar millətlər hüququnun və əmin asayişin təminini dəröhdə etmişlərdir. Əvvəl onlara müraciətən təklif, rica, hətta tələb edəlim ki, bilatəxir bu fəcayelərə, bu məzalimlərə mane olsunlar, qardaşlarımızı bu fəlakətdən qurtarmaq üçün tədbir görsünlər. Əgər onlar tədbir görməsələr aşkardır ki, o vəqt biz də öz hüququmuzu nə yol ilə müdafiə edəcəgimizi sonra danışarız. Hərgah biz fəryad etsək bir tədbir görülər. Hökumətimizin borcudur bu barədə təşəbbüslər etsin.

 

Qarayev - Biz təklif edərdik hökumətə tapşırılsın ki, gələn iclasadək lazımi tədbirlər görsün və bu xüsusda gələn iclasda məlumat versin.

 

Əhməd Cövdət - “Müsavat” tərəfindən böylə bir təklif varid olmuşdur:

 

“İrəvan nümayəndələrinin İrəvan quberniyasında müsəlmanların düçar olduqları məzalim həqqindəki ərzi-hal və istimdadlarını dinləyərək Azərbaycan Məclisi-Məbusanı bu xüsusda hökumətin hər növ tədabirə müraciət ilə bu müsibətlərin dayandırılması üçün təşəbbüsati-lazimədə bulunması təklifi ilə növbədəki məsələlərin müzakirəsinə keçiyor”.

 

Təklif səsə qoyularaq ittifaqı-ara ilə qəbul olunur.

 

Əfvi-ümumi

 

Növbədə siyasi məhbuslar həqqində parlaman komisyonu tərəfindən tərtib edilmiş olan əfvi-ümumi qanun layihəsidir. Layihə budur:

 

Qardaşov, Əfəndizadə, Ağazeynal Tağıyev, Aslan bəy Səfikürdlü və Ağamalov cənablarından təşəkkül edən “Əfvi-ümumi” komisyonu Azərbaycan Məclisi-Məbusanının 7 dekabr 1918 sənəsi qərarına binaən komisyona verilən siyasi “əfvi-ümumi” qanun layihəsini dekabrın iclaslarında müzakirə edərək aşağıdakı qərarı aldı:

 

Azərbaycan Məclisi-Məbusanının açılması münasibətilə siyasi əfvi-ümumi elan olunur.

 

Buna binaən Məclisi-Məbusan qərar veriyor ki:

 

I - a) Cəza qanunnaməsinin 129-133 maddələri (Məcəlleyi-qəvanin. 15-ci cild 1909 sənəsi nəşri)

 

b) Cinayət və tədib cəzası qərarnaməsinin 262, 272, 273, 275, 276, 280, 281, 281, 286 maddəsinin 2-ci qeydi

 

318, 328, 987, 1358, 1358, 1359 maddələri (Məcmueyi-qəvanin. 15-ci cild, 1885 sənəsi nəşri və taxirəsi)

 

t) Sülh hakimlərinin təsdiq edəcəkləri cəzalar həqqindəki nizamnamənin (xüsusi ev sahibinə dəyən xəsarətin tədiyəsi istisna olmaq üzrə) 29, 33, 39, 48, 48, 51, 51, 51, 57, 57, 58, 59, 51, 61-63 (I-II hissələr), 143, 155-168 (Məcəlleyi-qəvanin. 15-ci cild, 1885 və 1914 sənələri nəşri) maddələri mövcibincə vaqe olan əfallarından dolayı məhkum olan şəxsləri məsuliyyət və cəzadan və bunun hər növ nəticələrindən azad etməlidir.

 

Bu qərarın hökmü şu fəsildə göstərilən əfalın icrası əsnasında cinayət qanunlarının mən edildigi digər əfalın ümumisinə dəxi şamildir.

 

II - Baxılmamış və yaxud hali-tədqiqdə bulunmuş 1918 sənəsi dekabrın 7-dən əvvəl icra edilmiş birinci fəsildə göstərilən əfal həqqindəki işlər tövqif edilməli və əbədiyyən unudulmalıdır.

 

III - Əgər qərarlar verilməmiş, yaxud qanun gücünə girməmiş və yaxud tətbiq edilməmiş isə bu qanunun 1 və 2-ci fəsillərində göstərilən tədbirlərin icrası aid olan ədliyyə məhkəmələrinə və sair bilcümlə xüsuslarda müddəyi-ümumi dairəsinə həvalə olunur.

 

IV - 1918 sənəsi dekabrın 7-dən əvvəl siyasi və dini amillər üzərinə bu qanunun birinci fəslində bulunmayan digər cinayət qanunlarının mən edildigi əfalə mürtəkib olan şəxslərə aid olan ədliyyə məhkəmələri xüsusunda bu qanunun 1 və 2-ci fəslində olan tədbirlərin kəndilərinə dəxi təsmil edilməsi üçün istidadə bulunmaq həqqi verilir.

 

Bu istidalar tərtibat iclaslarında həll olunur. Bu iclaslarda təhriri və şifahi bizzat, yaxud vəkil vasitəsilə istida edənlər bəyanatda buluna bilərlər. Bu qəbil işlər həqqində verilən ədliyyə məhkəmələrinin qərarları mühakimati-cinaiyyə nizamnaməsinin 893-899 maddələri mövcibincə şikayət edilə bilər.

 

V - Cəmaəti-mülkiyyə və əskəriyyənin qərarlarınca ədliyyə məhkəmələri xaricində bu qanun məlhuz olan və öylə də siyasi məznunluğa görə 1918 sənəsi dekabrın 7-dən əvvəl vəz olunan cəzalar ləğv edilir. Bu qərar aid olduğuna görə daxiliyyə və hərbiyyə nazirləri tərəfindən icra olunur.

 

Bəzi məbusların xahişinə görə Səfikürdski həzrətləri əfvi-ümumi qanununun maddələrini şərh ediyor və qabaqca xəbər veriyor ki, hökumət qanunu qəbul ediyor.

 

Qanun bir səslə qəbul olunur.

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 2 iyul.- S.21.