Sosial həyatjurnalının iyun sayı

 

 

Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinin təsis etdiyiSosial həyatjurnalının yeni sayı çapdan çıxıb.

 

JurnalRəsmi xronikailə açılır. Burada prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimindəki çıxışına Sabunçu rayonunun Nardaran qəsəbəsinin sakinləri ilə görüşünə yer verilib.

 

Sosial siyasətbölməsində əmək əhalinin sosial müdafiə naziri, professor Səlim MüslümovunAzərbaycan Respublikasında sosial inteqrasiyayazısı yer alıb.

 

Layiqli əmək”də Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində hazırlanan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramıilə bağlı keçirilən kofrans haqda geniş məlumat var.

 

Azərbaycan Tacikistan arasında əmək əhalinin məşğulluğu sahəsində əməkdaşlığa dair sazişbarədə informasiyaBeynəlxalq əməkdaşlıq”da təqdim olunub.

 

İslahatbölməsindəSosial xidmətin inkişafıadlı Tvinninq Layihəsi çərçivəsində sosial xidmət işçiləri üçün təşkil olunan silsilə təlimlərin yekun tədbirindən danışılıb.

 

Nobel Sülh Mükafatı Laureatı Məhəmməd YunuslaNazirlikdə keçirilən görüş növbəti bölmədə verilib.

 

Demoqrafiya”da Səlim Müslümovun UNEPA-nın Türkiyədəki nümayəndəsi Karl Kulessa ilə keçirilən görüşü nəzərə çatdırılıb.

 

Səlim Müslümovun Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilməsi ilə bağlı informasiyaNailiyyətbölməsində yer alıb. Konfrans”da əmək əhalinin sosial müdafiə nazirinin müavini İdris İsayevin çıxışı öz əksini tapıb.

 

Beynəlxalq əlaqələr”də Beynəlxalq Əmək Konfransının  sessiyasında ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar kursundan bəhs olunub.

 

Təcrübə mübadiləsirubrikası Azərbaycanın Rusiyanın əmək, məşğulluq, sosial sığorta sahəsində fəaliyyət göstərən qurumları arasındakı əməkdaşlıqdan bəhs edir.

 

Tədbirbölümündə YAP sıralarına qəbul olunmaq üçün müraciət edən əməkdaşlara partiyanın üzvlük vəsiqələrinin təqdimatı işıqlandırılıb. Həmçinin tələbə məzunlar üçün növbəti aktiv məşğulluq tədbirlərindən bəhs edilib.

 

Sosial müdafiəbölməsində Əmək əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlilləri şəhid ailəsinin istifadəsinə verməsindən söz açılır.

 

Reabilitasiya”daƏlilliyi olan şəxslərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işləri”ndən Sosial xidmət sahəsində dövlət sosial sifarişləri: mövcud vəziyyət perspektivlərmövzusunda keçirilən ictimai müzakirədən danışılır.

 

İctimai rəybölməsindəƏmək sosial müdafiə sistemi ictimai fikrin aynasındaadlı sorğu təqdim edilib.

 

Xəbərlər”də fərdi uçot sistemi əlilliyi olan şəxslərin istirahətinin təşkili barədə məlumat verilib.

 

Elektron xidmətlər”də əmək və sosial müdafiə üzrə e-xidmətlərdən istifadə statistikasının artdığı qeyd olunub.

 

Nazirliyin Əmək və Sosial problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov “Herontologiya anlayışı və Azərbaycanda bu mühüm sahənin inkişaf etdirilməsi” barədə “Tədqiqat” bölümündə söhbət açıb.

 

Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev “Vətəndaş cəmiyyəti” bölməsində yer alan yazısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə QHT-lərin əməkdaşlığının dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının ən bariz və təqdirəlayiq nümunəsi olduğunu bildirib.

 

“Fəaliyyət” bölməsində Əlilliyi olan şəxslərin səmərəli bərpa-müalicə xidmətlərindən danışılır.

 

“Bizə yazırlar” rubrikasında nazirliyə ünvanlanan məktublara diqqət ayrılıb.

 

“Baxış bucağı”nda isə Nərmin DadaşovaHüzur evinin sakini olmaqdan yazıb.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 2 iyul.- S.11.