Chinar Hotel Spa Naftalan”a info-tur təşkil edildi  

 

MÜALİCƏVİ TURİZMLƏ BAĞLI İNNOVATİV DƏYİŞİKLİKLƏR VƏ YENİ XİDMƏTLƏR TƏQDİM EDİLDİ

 

 

İyulun 2-dən 3-dək “Ata Travel”, “Synergy Group” Termal Müalicəvi Turizm Assosiasiyasının təşkilatçılığı ilə Naftalanda yerləşənChinar Hotel & Spa Naftalan”a sağlamlıq istirahət mərkəzinə media turizm şirkətlərinin nümayəndələri üçün iki günlük info-tur təşkil edildi.

 

İnfoturun keçirilməsində əsas məqsədChinar Hotel & Spa Naftalansağlamlıq istirahət mərkəzinin turizm potensialının tanıdılması ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır.

 

Öncə media nümayəndələri turizm şirkətlərinin mənsubları 5 ildir yeni təmirdən çıxmış halda fəaliyyət göstərən müasir sağlamlıq istirahət mərkəzində turistlər üçün yaradılmış müxtəlif imkanlar original müalicə prosedurları ilə ətraflı tanış oldular.

 

Şəfaverici naftalan effektiv müalicə

 

Hazırda kompleks tibb hotel bölməsindən ibarətdir. Tibb bölməsində poliklinika, diaqnostika, fizioterapiya SPA mərkəzləri fəaliyyət göstərir. Poliklinikada terapiya, nevrologiya, kardiologiya, dermatologiya, dietologiya, ginekologiya, urologiya, qulaq-burun-boğaz stomatologiya otağı var. Naftalan müalicəsi üçün kompleksə müraciət edənlər əvvəlcə poliklinikada müayinədən keçirilir, pasientin Naftalan müalicəsi zamanı əks reaksiyanın baş verib verməyəcəyi müəyyənləşdirilir. Əgər naftalan müalicəsinə əngəl yaradan xəstəliklər aşkar olunmasa, pasient müalicə olunur.

 

Kompleksin diaqnostika mərkəzi texniki imkanlarına görə ən müasir avadanlıqlarla təchiz edilmiş; rəqəmli rentgenoqrafiya, flüoroskopiya, ultrasəs müayinəsi, exo doppler, tibbi laboratoriya otaqları var.

 

Chinar Hotel & Spa Naftalankompleksinin tibb bölməsinin fizioterapiya mərkəzində Naftalan terapiya, elektro terapiya, lazer terapiya, ultrasəs terapiya, maqnito terapiya, şok dalğa terapiya, hidro terapiya, tibbi masaj, traksiya, müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür. Naftalan terapiya şöbəsində 28 ədəd Naftalan vannaları mövcuddur.

 

Mərkəzləşdirilmiş sistem vasitəsilə 36-38 dərəcə temperaturda Naftalan nefti vannalara doldurulur. Xəstə vanna otaqlarına həkimin nəzarəti altında daxil olur. Naftalan vannası qəbulu zamanı xəstə özündə əks-reaksiyalar hiss edərsə, çağırış düyməsini basmaqla həkimə məlumat verə bilər. Müalicə zamanı heç bir əskiklik olmadığı halda pasient, 10 dəqiqə vannada qaldıqdan sonra çıxıb təmizlənir.

 

Naftalan nefti ilə normal müalicə kursu 21 gündür. Bu müddət ərzində 12-14 dəfə vanna qəbul etmək tələb olunur. Naftalan nefti hərəkət-dayaq sistemi, sinir sistemi, qulaq-burun-boğaz, uroloji, ginekoloji, periferik damar xəstəlikləri üzrə 70-dən çox xəstəliyi müalicə etməyə imkan yaradır.

 

Chinar Hotel & Spa Naftalan kompleksi 20 hektar bir ərazidə yerləşir. Kompleksin həyətyanı sahəsi yaşıllıq içərisindədir. Ərazidə qonaqların dincəlmələri əylənmələri üçün gəzinti yolları, skamyalar, idman meydançası, uşaq oyun parkı mövcuddur. Heykəltəraş Azad Əliyevin müəllifi olduğu heykəllər isə kompleksin həyətinə başqa bir gözəllik bəxş edir. Heykəllər qədimdə Naftalan neftinin daşınmasını onunla müalicəni özündə əks etdirir.

 

Chinar Hotel & Spa Naftalankompleksində hazırda 170 nəfər işlə təmin olunub. Hoteldə rusca, ingiliscə, almanca, ərəbcə, fransızca tay dilində danışa bilən işçilər çalışır.

 

Naftalana gələn xarici turistlərin sayı artır

 

İnfo-tur iştirakçıları üçün daha sonra hotelin fəaliyyət imknlarına həsr olunmuş mətbuat konfransı keçirildi.

 

Chinar Hotel & Spa”nın baş meneceri Turqay Arı konfransda bildirdi ki, hotel 2011-ci ilin fevralında yeni təmirdən çıxmaqla fəaliyyətə başlayıb. Artıq 5 ildir ki, bu sahədə xidmət göstəririk. Orta hesabla, ildə 10 min turist qəbul edirik. İndiyə qədər ümumilikdə 50 min turist qəbul etmişik. İldən ilə bu turistlərin sayı artmaqdadır. Artıq Azərbaycanın sağlamlıq turizmində güclü mövqeyə sahibik bu mövqeyimizi daha da gücləndirməyi daha çox turist qəbul etməyi qarşıya məqsəd qoymuşuq. Bu baxımdan bir çox yeniliklər kampaniyalar həyata keçiririk ki, bud a daha çox turist cəlb etməyə şərait yaradır. Bu ildən Mədəniyyət Turizm Nazirliyi ilə birgə layihələrin həyata keçirilməsi bu qəbildəndir”. O da qeyd edildi ki, istirahət sağlamlıq mərkəzinə daha çox turist cəlb etmək üçün cəlbedici paketlər təklif edilir. Məsələn, iki həftəlik paket, müalicə ilə yanaşı gündə 3 dəfə yeməyi ehtiva etməklə 59 manat təşkil edir.

 

Məqsəd rəqabətqabiliyyətli turizm məhsullarını çox satmaqla, bu sahədə öncül olmaqdır

 

Termal Müalicəvi Turizm Assosiasiyasının rəhbəri Ruslan Quliyev qeyd etdi ki, son illərdə Azərbaycan turizminin tanıdılmasında medanın rolu olduqca artıb: “Media turizm sahəsində baş verən yenilikləri bütün istiqamətlərdə problemləri qabardır müzakirəyə çıxarır, cəmiyyəti müvafiq qurumları məlumatlandırır. Həmçinin Prezident tərəfindən turizmin inkişafını şərtləndirən müxtəlif fərman qərarların verilməsi sözügedən sahədə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olmaqdadır”.

 

R.Quliyev onu da bildirdi ki, son dövrlərdə bir sıra qurumlar da turizmin inkişafına ciddi töhfələrini verirlər: “Xüsusən ölkədəAtaHolding “Ata Travel” ölkə turizminin inkişafına, xarici turizmin rentabellik qazanmasına önəmli töhfələr verməkdədirlər. Həmçinin bu sahədə gənc kadrların hazırlanması, ölkə daxilində xaricə, eləcə xaricilər üçün Azərbaycana info-turların təşkil edilməsi sair fəaliyyətlər bu baxımdan qeyd edilə bilər”.

 

R.Quliyev onu da bildirdi ki, sözügedən hotel ölkədə regionda asudə vaxtın təşkil edilməsi, o cümlədən sağlamlıq turizminin təqdimatı baxımdan önəmli yer tutur. BƏƏ, Rusiya, Avopa, Qazaxıstanda Naftalanın turizm imkanlarının tanıdılması baxımından da çox işlər görülüb: “Qərb, Türkiyə körfəz ölkələrində Naftalanın tanıdılması üçün işlər gücləndirilir. Məqsəd rəqabətqabiliyyətli turizm məhsullarını çox satmaqla, bu sahədə öncül olmaqdır. Bu sahədə bir sıra güzəştlərin, güzəştli vergi siyasətinin tətbiq edilməsi zəruridir. Bu sahədə yol xəritəsinin hazırlanması turizmin ən azı 15 illik inkişafını müəyyən edəcək.

 

O da qeyd edildi ki, ölkənin bu sahədə ən böyük kapitalı sabitlik, təhlükəsizlikdir, bu gün dünyanın ən məşhur turizm məkanlarında bu sahədə problem olduğu halda, bizdəki təhlükəsizlik sabitlik imkanlarından lazım olduğu səviyyədə yararlanmalıyıq.

 

Naftalan rayon mədəniyyət şöbəsinin müdiri Zöhrab Adıgözəlov isə bildirdi ki, Bakıdan 330 km məsafədə yerləşən Naftalanda 2017-ci ildən hava limanının təmirinə başlanacaq: “Həmçinin Gəncədəki hava limanından bura məsafə yaxındır. 10 min nəfərlik kurort şəhəri olan Naftalanın sövet dönəmindəki şöhrətini qaytarmağı daha da artırmağı qarşıya məqsəd qoymuşuq”.

 

O da qeyd edildi ki, Naftalana ötən il 20 min turist gəlib, onlardan 4800 nəfəri xarici turist olub. Bu ilin 5 ayında 5000 turist gəlib ötən ilin müvafiq dövrü ilə müqayisədə 1200 nəfərlik artım var. Bu ilin 5 ayı ərzində gələn turistlərdən 900 nəfərə qədəri xarici turistlərin payına düşür.

 

AtaHoldingŞirkətlər Qrupunun Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova isə bildirdi ki, təmsil etdiyi şirkət AtaTraveldaim Azərbaycan turizminin inkişafına dəstəyini töhfələrini artırmağa çalışır: “Xaricdə Azərbaycanın turizm imkanlarını tanıtmaq üçün xarici ölkələrdən ölkəmizə info-turlar təşkil edirik, həmçinin xarici ölkələrə info-turlar həyata keçiririk. Bundan sonra da bu sahədə tədbirlərimizi intensivləşdirməyi planlaşdırırıq”.

 

Sabir BAXŞALIYEV

525-ci qəzet. – 2016.- 5 iyul.- S.8.