Çingiz Abdullayev:”Danışanda ancaq öz mövqeyinizi yox, dövləti və xalqınızı fikirləşin”

 

Müsahibimiz Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevdir.

 

- Çingiz müəllim, deyəsən, hələ başındasınız, istirahətə nə zaman yollanacaqsınız?

 

- Hələ bu yaşadək məzuniyyətdə olmamışam. İstirahətin nə demək olduğunu bilmirəm. Dincəlmək mənim üçün işləməkdir. Dənizə gedib qumun üstündə uzanıb məşğuliyyətsiz dayana bilmərəm. İndiyədək bir dəfə də olsun kurorta getməmişəm. Uşaqları çox aparmışam, amma ömrü boyu özüm istirahətə düşərgəsinə yollanmamışam. İnanıram ki, bundan sonra da getməyəcəyəm. Ona görə ki, mənim üçün dincəlmək kitab yazıb-oxumaq, insanlarla ünsiyyətdə olmaq, futbola baxmaqfutbolla məşğul olmaqdır. Ömrüm elə keçir ki, mənə məzuniyyət lazım olmur. Sevdiyim işlərlə məşğul oluram deyə yorulmuram.

 

- Hazırda hansısa əsər üzərində işləyirsiniz?

 

- İki ssenari yazıram, birini Sankt-Peterburqdan, birini də Bakıda sifariş ediblər. Kitabım da hazırdır, inanıram ki, sentyabrda çapdan çıxacaq.

 

- Sirr deyilsə, romanınız hansı ad altında çap olunacaq?

 

- Adətən, adını qabaqcadan demirəm, amma nədən bəhs etdiyini söyləyəcəyəm. Moksvada terror baş verəndə çox varlı bir şəxsin qızı da həlak olur. Həmin şəxs qəhrəmanımdan xahiş edir ki, qətli törədən şəxsin və sifarişçinin kimliyini müəyyənləşşdirsin. Təbii ki, terrorçu-kamikadze özünü hadisə yerində öldürüb, amma terrorun arxasında dayanan qüvvələri bilmək istəyir. Axtarış zamanı maraqlı faktlar ortaya çıxır, qəhrəmanım terror təşkilatçısı və icraçısı barədə məlumatlar toplayır. Ötən günTürkiyədə baş verən partlayışları İŞİD qruplaşmasının törətdiyi barədə bəyanatlar vardı. Amma İŞİD rəsmi surətdə dedi ki, biz etməmişik. İndi məlum olur ki, terrorçulardan biri Gürcüstan kəşfiyyatı ilə işləyib, başqa birisi Rusiyada olub.

Bir sıra məqamlar ortaya çıxır. Belə vəhşi hadisələrə dünyanın hər yanında rast gəlirik. Maraqlıdır ki, bu terrorçulardan kim xeyir götürür, onları hansı qüvvələr maliyyələşdirir? Mən bu məzmunda bir kitab yazıram.

 

- Türkiyədə Atatürk hava limanındakı son terror hadisəsinə toxundunuz, son bir neçə ildir Türkiyədə PKK digər terror təşkilatları intensiv surətdə terror aktı həyata keçirir. Türkiyədəki hadisələrlə bağlı isə qələmə almağı düşünmüsünüz, yaxud Sizə zamansa bu haqda sifariş gəlib?

 

- Çox vaxt məndən xahiş ediblər ki, Türkiyədə kürd problemi, PKK-nın yaranması fəaliyyəti istiqamətində yazım. Biz açıq şəkildə bilirik ki, Türkiyədə vəziyyətin bu hala gəlməsində bir vaxtlar SSRİ-nin böyük "xidmətləriolub. Hesab edirəm ki, biz azərbaycanlılar türkük, kürdlər qardaşlarımızdır. Mənə bu mövzuda yazmaq üçün yüksək məbləğdə qonarar təklif ediblər. Kitab yazsam, bundan sonra bir adamın qanı tökülsə, çox məyus olaram, ondansa yazmamaq daha yaxşıdır. Baxın, necə fəlakət olub, həm türk, həm kürdlər tərəfdən xeyli sayda adam həlak olub. Bilirsiniz ki, Azərbaycanda da minlərlə kürd yaşayır.

 

Yazıçı çalışmalıdır ki, türk-kürd qarşıdurması olmasın, onlar yenidən qardaşlaşsınlar. Kimsə faciənin üstünə benzin tökməməlidir. Bu gün vətəndaş müharibəsi gedir, milyonlarla kürd Türkiyədə yaşayır. Heç vaxt bununla əlaqədar hansısa əsər vəya kitab yazmaq haqda düşünmürəm. Çünki nəticədə sərt hadisələr yaşana, türklərlə kürdlər yenidən bir-biri ilə toqquşa bilər. Barış qədər çox olsa,  o qədər yaxşı olar.

Yazıçı da buna çalışmalıdır.

 

- Dünyada gedən siyasi prosesləri yaxından izləyirsiniz. Rusiyaya məxsus "Su-24” qırıcısı Türkiyədə vurulandan sonra iki ölkənin münasibətlərində gərginlik yaşandı. O zaman həmkarlarınız Rəşad Məcidlə Aqil Abbasın "Türkiyə Rusiyadan üzr istəməlidirbəyanatı da birmənalı qarşılanmamışdı. Sizin bu proseslərlə bağlı yanaşmanız necədir?

 

- Bu hadisə baş verəndə Putin dedi ki, təyyarəmiz vurulub, Türkyə bizdən üzr istəməlidir. O zaman türklər bu niyyətdə deyildi. Neft qaz layihələri işləyirdi, milyonlarla rus heç Krıma, Soçiyə getmirdi, Türkiyəyə gəlib dincəlirdilər. Təbii ki, Türkiyənin mövqeyini başa düşürdüm. Onlar hesab edirdilər ki, sərhədlərimizi kimsə pozursa ona cavab verməliyik, xarici təyyarələri hava məkanımıza buraxmamalıyıq. Həmin ərəfədə bizim tanınmış yazıçılar Rəşad Məcidlə Aqil Abbas dedi ki, Türkiyə düz eləməyib, Ərdoğan üzr istəməlidir.

 

Yadımdadır, bu iki ziyalının əleyhinə nalayiq sözlər dedilər, hətta "xainelan etmək istəyirdilər. İki qarabağlı, ziyalı ağıllı insana belə sözlər ünvanlanmamalı idi. Bunun əleyhinə o zaman qəti şəkildə çıxış elədim. Bu iki yazıçı hesab edirdi ki, Rusiya ilə Türkiyə arasındakı pis münasibətlər ilk növbədə Azərbaycanı "vurur”, ermənilərin xeyrinə işləyir. Rusiya ilə Türkiyə arasında əlaqələr qədər pis olsa, qonşularımız üçün o qədər yaxşı olacaqdı. Bunu anlamalı idik. Əslində bu iki ziyalı vaxtında düz demişdi gələcəyi doğru hesablamışdılar. Sonrakı prosesləri gördük, Almaniya Fransadakı hadisələr qonşularımızın xeyrinə oldu. Ərdoğan da anladı ki, belə münasibətlər doğru deyil. Onun üçün belə qərar vermək, üzr istəmək çox çətin idi. İlk növbədə öz xalqını dövlətini düşündü. Əsl siyasi xadim, bax, bu cür yanaşmalıdır.

 

1941-ci ildə Almaniya ilə SSRİ-i müharibəyə başlayanda, Çörçil parlamentdə çıxış edib demişdi ki, Hitler cəhənnəmə getsəydi, mən iblisi müdafiə edərdim, Hitler iblisdən pisdir. Birinci növbədə xalqını düşünürdü. Ərdoğan da öz mövqeyini yox, dövlətini xalqını düşündü. Doğrudan da Türkiyə dövlətinin sərhədlərini pozmuşdular təyyarə vurulmuşdu. Təbii Türkiyə prezidentdi istəməzdi ki, pilot öldürülsün belə faciə baş versin. Ona görə məktub göndərib üzr istədi, Putin qəbul elədi. 7 ay öncə Rəşad Məcidlə Aqil Abbası təhqir edənlərdən soruşuram: indi bu iki ziyalıdan üzr istəyəcəksinizmi? Başa düşürsünüzmü ki, Ərdoğanın məktubu Azərbaycanın xeyrinədir? Azərbaycan Qazaxıstan prezidentləri bu müddət ərzində çalışıblar ki, Türkiyə-Rusiya münasibətləri yaxşılaşsın. Bu barışıq nəticəsində milyonlarla rus yenidən Türkiyəyə istirahətə yollanacaqlar. Rəşad Məcidlə Aqil Abbas vaxtında doğru dedilər. Heç kəs onları müdafiə etmək istəmirdi. Mən o zaman da demişdim, danışanda ancaq öz mövqeyinizi yox, dövləti xalqınızı fikirləşin. Dünyada çətin vəziyyətdir, fikirləşmək lazımdır ki, biz necə yaşamalıyıq? Qondarma genosidlə bağlı fikirlərimi deyəndə çoxlarının xoşu gəlmir. Ərdoğan deyib ki, iki tərəfdən böyük itki olub, ermənilər türkləri, türklər erməniləri öldürüb. Bizim bəzi "vətənpərvərlərimizqışqırır ki, orada heç kəs heç kəsi öldürməyib. Axı bu ölkənin başçısı açıq şəkildə deyir ki, müharibə şəraiti idi, orada itkilər çox olub, arxivləri qaldırıb yoxlayaq. Niyə qonşularımız bununla razılaşmır? Ərdoğan Türkiyəni bizdən az sevmir.

 

Dəfələrlə deyib ki, o vaxtlar böyük faciələr olub, siyasətçilər yox, tarixçilər bir araya gəlib məsələni araşdırsın. Bizim bəzi vətənpərvərlər qışqırıq salır ki, heç nə olmayıb, hamısı yalandır. Bu, bir az gülməli çıxır. Başa düşmürlər ki, belə mövqe tutanda öz xalqına zərbə vurursan, sənə heç kəs inanmır. Hesab edirəm ki, lazım olsa, Fransa, İngiltərə, Rusiyadan tarixçilər, alimlər gətirilsin, birgə araşdırsınlar. Vətəni və xalqı sevəndə qışqırıq lazım deyil, zəka və ağılla fikir yürütmək lazımdır. Belə hücumlar olsa da, Rəşad Məcidlə Aqil Abbas özünü yox, xalqı düşünürdülər. Çox sağ olsunlar, yaxşı ki, bizdə belə ağıllı insanlar var.

 

- ATƏT-in fəaliyyətdə olan sədrinin ölkəmizə səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşü məsələsi yenidən gündəmə gəldi. Belə görüşlər münaqişənin həllinə nə kimi təsir edə bilər? Bu görüşü vacib sayırsınızmı?

 

- Hər görüşü vacib sayıram. Prezidentlər də, xarici işlər nazirləri də, diaspor nümayəndələri də görüşəndə bunu vacib hesab edirəm. Hətta xırda addım olsa belə, qoy  olsun. Öz mövqeyimi açıqlamaq istəyirəm.

 

Hesab edirəm ki, qonşularımız bizi dolayır. Onlar yalandan deyirlər ki, danışıqlara gedirik, amma nəticənin əldə olunmasını istəmirlər. 1988-ci ildən bu məsələ davam edir. Biz istəyirik ki, İngiltərə-Fransa kimi yüzillik müharibə olsun? Bu münaqişəni nəvə-nəticələrimizə miras qoya bilmərik. Gec-tez erməni xalqı da ayağa qalxıb soruşacaq ki, bu nədir? İnsanlar Ermənistandan qaçır, orada yaşamaq belə istəmirlər. Necə ola bilər ki, 28 ildə Qarabağı heç kəs, ermənilər özləri belə müstəqil dövlət kimi tanımayıb?!. Bundan sonra nədən danışırıq? Ermənilər özləri də başa düşür ki, həqiqət bizim tərəfimizdədir. Gəlin, oturub danışaq, qonşu kimi yaşayaq, müharibəni qurtaraq, itkilər olmasın. Apreldə bizim yeni Müdafiə nazirimiz sağ olsun, şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin, böyük şücaət göstərdilər. Biz istəmirik ki, uşaqlarımız həlak olsun, müharibə tərəfdarı deyilik. Amma bizi məcbur edirlər ki, ayağa qalxıb torpaqlarımızı azad edək. Görüşlərin keçirilməsinin tərəfarıyam, irəli bir addım da atılsa, atılmamasından yaxşıdır. Amma düzü, qonşularımıza inanmıram, görürəm ki, onlar vaxt uzatmaq istəyirlər.

 

- Həmişə cəmiyyətdəki problemlərlə bağlı cəsarətli çıxışlar edirsiniz. Son zamanlar həkim səhlənkarlığı ucbatından bir çox insan xəsarət alıb. Səhiyyənin durumu ilə bağlı tənqidi və onu müdafiə xarakterli çıxışlar var. Sizin mövqeyinizi bilmək istərdik.

 

- 25 il bundan öncə demişdim, indi ikinci dəfə təkrar edirəm: azərbaycanlılar yeganə millətdir ki, uşaqları öyrətməsin deyə müəllimlərə pul verir. Deyirik, al bu pulu "5” yaz, heç nə öyrətmə, qoy, övladım axmaq qalsın. Bu cür oxuyan uşaq, necə həkim, mühəndis, diplomat, yazıçı ola bilər? Ola bilmirlər! Birinci təhsilə önəm verilməlidir, məsuliyyət məsələsi də var. Körpü, ev uçursa, usta cavabdeh deyil? Bütün peşə nümayəndələri işində məsuliyyətli olmalıdır. Dünyada hamı bizə gülür ki, həkim necə olur səhv salıb sağlam ayağı kəsir? Bu, böyük fəlakətdir! Faciə ondan başlayır ki, rəsmi məlumatlara görə, ali məktəblərə imtahan verən uşaqların 40 faizi qəbul imtahanında sıfır bal toplayıblar, 5-ci sinif səviyyəsində suala belə cavab verə bilməyiblər. Bundan sonra nə tələb edə bilərik? Oxumayan uşaqlar gedib haradasa işləyirlər və beləcə başımıza faicələr gəlir. Ona görə də ilk növbədə övladlarımızın təhsilinə ciddi yanaşmalıyıq.

 

525-ci qəzet.- 2016.- 6 iyul.- S.5.