50 il keçdi...

Düz 50 il bundan əvvəl - 1966-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı "Gənc şairin ilk kitabı" seriyasından 16 nəfərin kitabını nəşr etmək qərarına gəldi.

Bu gənclərin sırasında Musa Yaqub, Davud Nəsib, Məmməd İsmayıl, Ağa Laçınlı, Şamil Salmanov başqaları vardı. Nəşr ediləcək kitabları: şeirləri müəllifləri Məmməd Araz seçirdi. O zaman Məmməd Araz Azərbaycan Dövlət  Nəşriyyatının bədii ədəbiyyat redaksiyasının müdiri idi. Çap olunmaq istəyənlərin sayı çox idi. Bunların arasında istedadlılar, tapşırılanlar, "adamlılar" Bakıda yaşayanlar çoxluq təşkil edirdi.

Mənim kimi "əyalət"dən olanlar da az deyildi. Dediklərimi o zaman nəşriyyatda redaktor işləyən ilk  kitabların əksəriyyətini redaktə edən şair İlyas Tapdıq da təsdiq edə bilər. Nəhayət ki, kitablar nəşr olundu.

Cəmi yarım çap vərəqi həcmində olan bu kitabçalar dərhal ədəbi tənqidin diqqətini cəlb etdi. Bu kitablar haqqında o zaman Osman Sarıvəlli "Azərbaycan" jurnalında (1967), Məmməd Araz "Ulduz" jurnalında (1967), professor Qulu Xəlilov "Kommunist" qəzetində məqalələr çap etdirdilər.

Bunlarla yanaşı respublikanın müxtəlif bölgələrində olan yerli qəzetlər bu kitabçalara öz münasibətini bildirdi. Ədalət naminə demək lazımdır ki, bu məqalələrdə yaxşı şeir nümunə kimi göstərildikdə həmişə Musa Yaqubun adı birincilər sırasında çəkilirdi. Tarix sübut etdi ki, bu deyilənlər doğru imiş. Kitab müəlliflərinin sonrakı taleyi müxtəlif oldu. O vaxtdan 50 il keçib. Bu münasibətlə Musa Yaquba yazdığım şeiri oxuculara təqdim edirəm.

 

ŞAİR MUSA YAQUBA

Gün sayıram səhər-axşam,

Hey qısalır yanan o şam.

Sən qalmısan, mən qalmışam,

Daha kim qalıb, ay Musa?!

lll

50 ildir bir möhür var,

Keçmişləri yada salar.

Ömür gedər,  şeir qalar,

O da can alar, ay Musa!

lll

Gedən getdi, qalan qaldı,

Heç bilmədik bu haldı.

Ayrılıq da bir ünvandı,

Gör harda qaldı, ay Musa?!

lll

Biz on altı yoldaş idik,

Yer yaş idi, biz daş idik.

Yaddaşlarda yad daş idik,

Daha qaldı, ay Musa?!

lll

Ümid oldu çilik-çilik,

saxladıq, nəyi sildik?

Kim verdi, biz bilirik,

Kimlər aldı, ay Musa!

lll

Biz o zaman cavan idik,

Yaxşı idik, yaman idik,

Xəyal idik, güman idik,

Xəyal da baldı, ay Musa!

lll

Babadağda kəl qaldımı,

Kəl üstündə əl qaldımı,

Xırman yoxdu, vəl qaldımı,

Daha qaldı, ay Musa?!

lll

Ulduzları saya-saya

Nə deyirsən gecə aya?

Xəbər çatıb Pirquluya,

Zaman yamandı, ay Musa!

lll

Bir gün nağıl da bitəcək,

Göydən üç alma düşəcək,

Biri sənin, biri mənim,

Biri tək qaldı, ay Musa!

RÜBAİ

525-ci qəzet.-2016.- 12 iyul.- S.6.