Gəncədə
dekorativ-tətbiqi sənət sərgisi
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gəncə şəhər uşaq rəssamlıq məktəbinin təşkilatçılığı ilə
Gəncədə "Episkeptis"
dekorativ-tətbiqi
sənət beynəlxalq bədii sərgisi açılıb. "Episkeptis"
dekorativ-tətbiqi sənət
sərgisinin konsepsiyasına
əsasən episkeptis
- yunan dilindən tərcümədə "qonaq",
"kimisə dostcasına
ziyarət edən şəxs"dir.
AZƏRTAC xəbər verir ki, açılışda
çıxış edən
sərginin kuratoru Məhbarə Abbasova sərginin ümumi konsepsiyası və Gəncə üçün
önəmindən danışıb.
Gəncədə ilk dəfə incəsənət
sahəsində alternativ
sektora müraciət edib əsərlərin fərqli məkanda təqdimatına nail ola bildiklərini söyləyib.
Gənc
şüşə rəssamı,
S.Q.Stroqanov adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının
tələbəsi Məhər
Məhərrəmov sərginin
reallaşmasında əməyi
olan hər kəsə minnətdarlığını
bildirib, gələcəkdə
də bu cür sərgilərin keçirilməsinin əhəmiyyətini
vurğulayıb.
Sərgidə Gəncəyə qonaq gələn S.Q.Stroqanov
adına Moskva Dövlət Sənaye-İstehsalat
Akademiyasının müəllim və tələbə kollektivinin bədii şüşə əsərləri
və gəncəli dekorativ-tətbiqi sənət rəssamların
şüşə üzərində vitraj,
milli geyim nümunələri,
zərgərlik və s. müxtəlif
istiqamət, texnika və mövzularda
işlənmiş əsərləri nümayiş
olunub.
Ekspozisiyada Anna Butina, Anna Kulikova, Mariya Melniçuk, Yekaterina Tarasova, Mariya Smirnova, Aleksey Drojdin və
başqaları, Gəncə rəssamlarından isə Məhər
Məhərrəmov, Şəhla Nəzərova, Sona Məhərrəmova, Kazımova Ləman və
digərlərinin ümumilikdə 30 əsəri nümayiş etdirilib.
Sonda bütün sərgi iştirakçıları sertifikatlarla təltif edilib.
525-ci qəzet.-2016.-
19 iyul.- S.7.