Əliağa Kürçaylı poeziyasına bir baxış

 

Mən hər dəfə ölməz şairimiz Əliağa Kürçaylını - onun poeziyasını oxuyanda qəribə hisslər keçirmişəm: həyatda nikbin, sözü üzə şax deyən, cüssəli bir şairin obrazı ilə üz-üzə dayanmışam.

Bəlkə bu hisslər həyatda onunla razılaşdığımdan, qaltanlı səsini eşitdiyimdən, bəlkə doğulduğum Qırmızıkənd (Neftçala rayonu) kəndində qonşumuz yeganə bacısıgilə tez-tez qonaq gələndə məktəbli marağı ilə gördüyümün sönməz işığıdır? Bu gün bunu demək çətin olsa da, şairin zəngin poeziyasından doğan təəssüratımla razılaşıram.

Əbədi poeziya sevinc kədərin içindən doğulur hər iki duyumu bir-birindən ayırmaq çətindir. Şairin etirafıdır, hansı ki, gizlətmir:

Deyin, bu dünyada görmüşəm mən?

Ən gözəl günlərim hələ daldadır.

Günəş alovundan nur alıb gələn

İşıqlı səhərim hələ daldadır.

 

Bu misralar Ə. Kürçaylı şəxsiyyətinə bir epiqrafdır.

 

Vurğunam insanın səadətinə,

Onun dözümünə, mətanətinə -

Çıxıram qəlblərin səyahətinə -

Ən böyük səfərim hələ daldadır.

 

Bu sətirlərsə Ə.Kürçaylı yaradıcılığına bir epiqrafdır.

 

Ə.Kürçaylı şeirin öz daxili tutumu fəlsəfəsilə; poetik səslənməsi ritmilə; müşahidə duyğusundan irəli gələn xatirə yaddaşından seçilən nadir ədəbi irslərdən biridir, bəzi detalları ilə fərqlənir "üçlük" yaradır: birincisi, onun "təfəkkür üsulu" dur- digərlərindən fərqlənir bunun cövhərində müşahidə duyğusu dayanırdı. İkincisi, poetik baxışlarının möhtəşəmliyidir-XXI əsrin cəsarətli müdaxiləsinə tab gətirdi. Üçüncüsü, intellekt emosionallıqdır-ilahi törəmənin dərkidir-başadüşüləndir, süni poetik "axtarışların" nəticəsi deyildir...

 

Ə.Kürçaylının şeirləri məkanın zamanın zənginliyindən, inkişaf prinsipindən, "dünya ruhundan" qidalanıb, lakin mücərrədçiliyə çevrilmir. "Ədəbiyyat", "Bir ovuc günəş", "Bütövlük", "Atlantlar", "Qatardan ayrılmış dünya" başqa şeirləri insan xarakterinin alt qatlarına poetik səyahətdir. "Atlantlar"dan son misralar:

 

Yüz-yüz binadan da ağırdır dərdim,  

Atlantlar, siz həsəd çəkməyin mənə.

Əgər daş olsaydım tez əriyərdim-

İnsan olduğumçün dözürəm yenə.

 

Lakin məqsədim heç böyük şairin poeziyası haqqında təfərrüatımı oxucularla bölüşdürmək deyil bu zor öz vaxtını gözləyir. Şeirdə "daş" təsadüfi anlayış olmamışdır insanla "qoşalaşmamışdır"!

 

"Daşlar"  silsiləli şeirlərində, öncə, tarixi prosesi insanın özünün özgələşdirilməsi kimi yanaşması rəmzi mahiyyətcə onun üçün qəbul edilir ki, keçmiş dövrün adamını həmişə yeni əsrlərin yeni təfəkkürlüləri əvəz edir, əvvəlki fərdlərə sonrakı təzə şüur daxil olur. Şair fəlsəfi düşüncəsilə hər iki şəraiti səhv nəzər etməklə, illüziyaya qapılmamağı tövsiyə edir, axı, insan əzəldən taleyini daşla bağlamışdır:

 

Özünü dərk edib duyduğu gündən

İnsan taleyini "daşa bağlayıb".

Təşnə dodaq üçün axıb dərindən-

Bulağın gözüylə daşlar ağlayıb.

 

Hələ ömr edəndə mağaralarda

İnsana daş balta silah sayılıb.

Deyirlər qədər eldə, diyarda

Daşa "yaman" demək günah sayılıb.

 

İnsan hansı fəsadi, yaxud laqeydliyi, məhbəsləri törədibsə, yaradıbsa, onu "tarixin" üzərinə yıxmaq səhvdir, fövqəl təbii qüvvələri günahlandırmağa, dəyməz, "insan özü qurub daş zindanları", insan özü daşa döndərib ürəyini. Deməli, ümumi kontekstdə "tarix heç etmir, heç cür hədsiz sərvətə malik deyil ya tarix heç bir döyüşlərdə iştirak etmir" (K.Marks). Tarix öz məqsədlərinə çatmaq üçün insanları təqibə çatdırmır, əksinə, ibrət götürməyə çağırır. Ə.Kürçaylı tarixin gərdişinə pesimis yanaşmır; böyük psixoloq L.Rubinşteyni, görünür, oxumuşdur razılaşmışdır fikrilə: "Bütün canlılar inkişaf etdiyi halda, yalnız insanın tarixi vardır".

 

Şairdə "daş"(lar) məfhumu haqlı şəkildə şəxsləşir, istər-istəməz oxuduğunu  ən qədimə, hətta ilk insanın yaranmasına-androgin adama: kişi qadını özündə birləşdirən məxluqa aparır (Hüqonun Jan Valjanını xatırlayaq). Təsadüfi deyil ki, "Daş dövrü" yaşanmış bu epoxanın estetik xarakteri (mahiyyəti) olmuş, intuitiv vasitələrdən yararlanmışdır. Çün, tarixlə incəsənət arasında ümumi fərqli ayrılmalar özünü göstərmişdir. Ə.Kürçaylının bu mövzuya müraciətinə həm tarixi, həm estetik, həm poeziya rakursundan yanaşmalıyıq. Bu, eyni zamanda bir qrup oxucular üçündür ki, şair təkcə ilhamın, fəhmin "poetik silahı"ndan faydalanmır; fəlsəfi düşüncələrə malikliyini əyaniləşdirir:

 

Daşlarla qədər üzləşib insan,

Bəlkə sınaq üçün yaranıb daşlar!

Ağıza basılan, yola atılan...

Bu dünya üzündə qədər daş var.

 

Yaxud:

 

Hər yanı sifətdir, üzdür büsbütün,

Saymaq bu üzləri əmri-mahaldı.

Sürtük çay daşları nədənsə bu gün

Çoxsifət bir şəxsi yadıma saldı.

 

Ə.Kürçaylı daşlara fəlsəfi münasibətlə yanaşır insan xislətilə müqayisə aparır; həqiqətənmi günahsız insan daş-qalağa məruz qalır? Hakimiyyətin siyasi-sosial zövqüylə hətta şairlərə belə yanaşma nəsib olur-özbək şairi Həmzə Niyazi kimi. Xalq şanlı övladına yağan daşları yeri gələndə müqəddəs saydı xalq yığıb saxladı həmin daşları".

 

Filosoflar şeir yazmasalar da poeziya sənətinə hikmətlə yanaşmışlar göstərmişlər ki, orta əsrlərin tarix olması onlar üçün "poema" adlanır, haçansa "kosmologiya"nın mövcudluğu da "mifologiya"dır; necə ki, daşa verilən rəmzi etiketin özü mifologiyadır. Böyük filosof E.Qarin bu məsələyə dəqiqliklə yanaşır yazırdı ki; həqiqətlər bizim üçün estetik gerçəklikdir, bizim poeziya bizim mifologiya olacağını qabaqcadan görmək zəruridir; tarix, incəsənət, elm məhz bu "üç"lüyün mühüm hallardır ki, dərk olunan ruh onlar arasında fırlanır. Deməli, tarixin poeziya məntiqlə bağlılığı inkaredilməzdir. "Yol üstündə daş" şeiri fikrimizin təsdiqini proqnozlaşdırır (əlbəttə, şeir odur yozulur düşüncələrdə). Şair ilk misralarından qədim yunan mifologiyasını xəyalına gətirir, hansı ki, bu əfsanələr kosmik görüntülər kimi görünür sönür. Bəzən deyilir ki, göydən Yerə daş düşür-yol kənarına da, hərəkətsiz qalmır, insan xislətini açır, ibrət dərsi olur:

 

...Yol üstünə düşən bir daşa

Neçəsi toxunub, yıxılır yerə,

Neçəsi kənardan edir tamaşa,

Baxır yerə dəyib əzilənlərə.

Kiminin sayrılır dizi, dirsəyi,

Kiminin qanayır ayağı, başı.

Kəndin cavanı, ağbirçəyi

Götürüb atmayır kənara daşı.

 

Beləcə bu "qərib" daş insanlara min bir əzab-əziyyət verir, gileylənənlər tapılır, çağırılar ki, kim atıb bu daşı?!

 

Daş yerində bəlkə yüz illərlə qalardı, insanlara xəsarət yetirərdi. Lakin bir qərib soydaşımız "sürüdü sal daşı yoldan kənara, el yolu göründü".Və hikmətlə gileyləndi:

 

Qalxmaz ortalıqdan heç bir maneə

Sözlə, yalvarışla, giley-güzarla.

 

Şairin poetik fəlsəfəsində dayanan həqiqət nədir? Ən ağır faciənin xalqın birgə əməliylə, bir yumruq kimi birləşməsiylə, dövlətçiliyimizin keşiyində dayanmaqla aradan qaldırmaq mümkündür.

 

"Daşlar"ın bədii-fəlsəfi mahiyyətində şairin dərin müşahidəçiliyi dayanır, -desək yanılmarıq. Əvvəlcə fiziki görüm, sonra xassə-mahiyyət-sosial funksiya; yenə də "üç"lük! Əgər şair hər hansı bir əşyanı-cansızı şeirin mövzusuna gətirirsə, ən xırda hissəciklərinə qədər öyrənməlidir, təbii ki, alim kimi yox. Mən də bu təbiətşünas K.A.Timiryazevdən ictibaz gətirməyi məqsədəuyğun hesab edirəm. O, "Jiznğ rastenie" əsərində (Moskva, 1948.) yazmışdı ki, bitkilərin həyatını öyrənmək üçün onları fikrən ayrı-ayrı orqanlara ayırmaq zəruridir. Bu, ona görə lazımdır ki, idrak üçün əhəmiyyətlidir...

 

Lakin hərəkətsiz predmet olan daşın zahirini hamı eyni cür qavramır, görməyi bacarmır, estetik tərəfini duya bilmir; şairsə həmin donuq daşı elə tərənnüm edir-heyrətlənirsən. Hərçənd, biz daşın fiziki, kimyəvi, geoloji xassələrini şeirdən almırıq, ancaq təsvirdə insan xarakteri haqqında assosiativ fikirlər (ideyalar) oyadır. Əlbəttə, bədii yaradıcılığın, o cümlədən, şeirin məqsədi elmi informasiya yox, gözəlliyi insan meylliliyini, onun duyum dünyasını ifadə etməkdir. "Mehdi daşları" şeirində Ə.Kürçaylı şəxsiyyət və xalq problemini bir qədər də sərt təsvirə gətirmişdir; qeyri-adekvatlıq effektini qabarıq vermişdir, necə ki, mənfi emosional təəssüratların güclü, davamlı kompleksini, insanın öz qüsurlarını dərk edərək həyati vacib məqsədlərinə qoymaqda bir növ çətinlik çəkməsini verir. Böyük sənətkar Mehdi Hüseyn sənətkar miyanə ədəbiyyatın sanitar kişisiydi, daşlara bağlıydı, ona görə də bu qayalı-daşlara "Mehdi daşları" dedilər.

 

Ə.Kürçaylı yazıçı xarakteriylə dəyişməz daş xislətində bir adekvatlıq tapdı:

 

Ən yaxın həmdəmdi bu daşlar ona,

Burda tək qalardı xəyallarıyla.

Burda yanaşmazdı xəyallar ona-

Həyatın əsrarlı suallarıyla...

 

Allahverdi EMİNOV

525-ci qəzet.-2016.- 19 iyul.- S.6.