Kitabxana ilə bağlı səyyar
seminar keçirilir
Respublika
Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq
və İxtisasartırma
Mərkəzi Şəki,
Zaqatala, Balakən, Oğuz və Qax rayonlarını əhatə edən kitabxana və mədəniyyət müəssisələri
işçiləri üçün
“Kitabxana işinin təşkilində innovasiyaların
tətbiqi” və “Azərbaycan mədəniyyətinin
və xalq yaradıcılığının dəstəklənməsində, mədəni irsin qorunmasında mədəniyyət
mərkəzinin rolu” mövzularında səyyar
seminar-treninqlər təşkil
edilib.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib
ki, iyulun 30-dək davam edəcək seminarlarda kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova, elektron kataloqun formalaşdırılması
şöbəsinin baş
kitabxanaçısı Samirə
Şabanova və kitabxanaların metodik təminatı şöbəsinin
baş kitabxanaçısı
Lamiyə Əhmədova
iştirak edirlər.
Milli Kitabxananın tədris mərkəzinin trenerləri
Şəki, Zaqatala, Balakən, Oğuz və Qax rayonlarından
gələn kitabxanaçılara
“İnnovasiya texnologiyalarının
kitabxanaların işinə
tətbiqi”, “ALİSA proqramının
tətbiqi və elektron xidmətlərdən
istifadə imkanları”,
“Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında
treninq keçəcəklər.
525-ci
qəzet.-2016.- 29 iyul.- S.4.