“Retro Bakı” layihəsi çərçivəsində növbəti konsert

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən yeni “Retro Bakı” layihəsi davam edir.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti konsert iyulun 30-u və 31-də Fəvvarələr Meydanında baş tutacaq.

Bu həftə “Retro Bakı”nın qonaqları Əməkdar artist Elza Seyidcahan, tanınmış müğənnilər İlqar Sahil, Leyla Ramazanlı, Səbinə İsmayılova, Cəmilə Rəhimova, Samir Cabbarov, Aysel Mayılova və “Azad” rəqs qrupu olacaq.

Qeyd edək ki, layihə çərçivəsində tədbirlər hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında keçirilməklə oktyabrın ortalarınadək davam edəcək.

Layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda dəbdə olan musiqini yenidən canlandırmaq və yay aylarında əhalinin asudə vaxtının səmərəli keçirməsinə nail olmaqdır.

 

525-ci qəzet.- 2016.- 30 iyul.- S.12.