Gənc rəssamlar
üçün açıq müsabiqə:
ARTIM-2017
YARAT Müasir İncəsənət Məkan yerli yaradıcı fərdləri ARTIM-2017 layihəsində iştirak etməyə dəvət edir.
İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, layihədə bütün növ təsviri sənət kompozisiyaları ilə iştirak etmək mümkündür və eyni zamanda hər kəs üçün açıq və ödənişsizdir.
Layihənin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində
karyera qurmağa təşviq etmək,
habelə
Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş
etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə
peşəkar sərgi
məkanı var. Bu məkan,
eksperimentlərin aparılmasına
və əsərlərin
peşəkar səviyyədə
nümayişinə imkan
verən platforma qismində çıxış
edir.
YARAT təşkilatı müsabiqənin
nəticələrinə dair
seçilmiş rəssamları
2016-cı il oktyabrın ortalarında elan edəcək. Proqramda seçilmiş sənət
əsərləri ARTIM Layihə
Məkanında nümayiş
etdiriləcək. ARTIM
Layihə Məkanının
qaydalarına görə
layihəsində iştirak
etmək istəyən
namizədlərin yaşı
18-dən aşağı olmamalıdır.
Namizəd öz layihəsini
təqdim etdikdən sonra, YARAT tərəfindən
müvafiq razılıq
olmadan əsaslı şəkildə layihənin
ideyasını dəyişdirə
bilməz. Ərizələrdə həm sərgi xarakterli, həm də maarifləndirici komponentlər əks olunmalıdır. Hər bir
seçilmiş iştirakçı
VÖEN və bank hesabına
malik olmalıdır.
YARAT hər bir
seçilmiş layihəyə
kuratorluq və inzibati dəstəyini göstərəcəkdir. YARAT layihə üzrə
işlərin gedişatı
ilə əlaqədar
müəllif ilə davamlı məlumat mübadiləsini təmin
edəcək. Layihənin başa
çatdırılmasından sonra iştirakçılar
layihə üzrə müvafiq hesabat təqdim etməlidirlər.
Həmin hesabatda büdcəni tam əhatə
etməklə hansı
hədəflərə nail olunduğu haqqında məlumat öz əksini tapmalıdır.
YARAT əsərlərin bütün reproduksiya formalarında (o cümlədən,
kataloqlar, təqdimatlar
və bukletlər də daxil olmaqla)
dərc etmək, əsərlərdən reklam
və məlumatlandırıcı
materiallar (açıqcalar
və plakatlar) məqsədilə istifadə
etmək hüququna malikdir. ARTIM layihəsi çərçivəsində
yaradılan əsərlərin
müəllifləri öz
əsərləri üzərində
müəlliflik hüququna
malikdirlər. YARAT əsərlərin digər
layihələr üçün
istifadə olunması
hüququna malikdir.
YARAT-ın nəzarətedici
heyəti layihə tələblərinə cavab
verməyəcəyi təqdirdə
və yaxud qeyri-məqbul hesab ediləcəyi təqdirdə,
iştirakçını kənarlaşdırmaq
hüquqlarına malikdir.
Qaydalara
görə CV, portfolio və
doldurulmuş müraciət
forması artim@yarat.az email ünvanına
göndərilməlidir. Ərizələrin son qəbul tarixi sentyabrın 30-dəkdir. Əlavə
suallarla bağlı
YARAT Müasir İncəsənət
Məkanının Proqramlar
üzrə koordinatoru
Azər Abdullayevlə
əlaqə saxlamaq mümkündür (azer.a@yarat.az)
.
ARTIM Layihə Məkanının
əsas məqsədi
gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş
peşəkar platformanın
yaradılması, incəsənət
təhsil ocaqlarının
tələbə və
məzunlarının yeni
eksperimental layihələrinə
dəstək verməsini
öz öhdəsinə
götürür.
YAY Qalereyası Bakının tarixi məkanı, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş obyektlərin arasında olan İçərişəhərin mərkəzində yerləşir. Qalereya YARAT qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycan incəsənəti üçün infrastrukturun dəstəklənməsi məqsədilə 2012-ci ildə təsis edilib. Qalereya sosial müəssisədir, YAY (“yaymaq” sözündəndir, ötürmək, çatdırmaq mənasında) satışlardan əldə olunan bütün gəlirləri rəssamlar və YARAT təşkilatı arasında bölüşdürür.
YARAT Rezidentura Proqramı
müxtəlif sahələr üzrə açıq, tədqiqata
əsaslanmış təcrübəyə malik
və bizim regionu kəşf
etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulub. Proqram üç ay ərzində
iştirakçılara öz əsərlərini
hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura
proqramının sonunda
hazırlanmış sənət əsərləri ARTIM Layihə
Məkanında nümayiş olunur.
525-ci qəzet.- 2016.- 30 iyul.-
S.13.