“Hekayəti xırs quldurbasan Londonda böyük maraqla qarşılanıb

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) yaradıcı heyəti mayın 28-dən Londonda qastrol səfərindədir. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edir.

Səfər çərçivəsində Azərbaycanın görkəmli dramaturqu M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” əsərinin eyniadlı tamaşası nümayiş olunub.

Əvvəlcə ADGTT-nin direktoru, Əməkdar Artist Mübariz Həmidov M.F.Axundzadənin yaradıcılığı haqqında məlumat verib, onun əsərlərinin Azərbaycanda və eləcədə ölkəmizdən kənarda çox sevildiyini diqqətə çatdırıb. “Hekayəti xırs quldurbasan” əsərinin mahiyyəti və məzmunu haqqında da danışan M.Həmidov səhnə əsərinin insanları güldürərkən, eyni zamanda da düşündürdüyünü bildirib.

Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan qastrol səfəri iyun ayının 2-dək davam edəcək. Xalq Artisti Cənnət Səlimovanın rejissorluğu ilə səhnələşdirilən tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev və Aydın Dəmirov iştirak ediblər.

Tamaşa izləyənlərdə böyük maraq doğurub.

 

525-ci qəzet.- 1 iyun.- S.7.