İmperiyalar və onların süquta sürüklənməsi

 

Proloq

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Syoqunun Qərb millətlərinə güzəştlərindən sonra antiəcnəbi hissi 1867-ci ildəki samuray qiyamına imperatorun hökumətin hüquqi başçısı olmasının bərpa edilməsinə gətirib çıxardı. Yeni imperator hiyləgər, diribaş gənc Mutsihito öz hökmranlığını (1867-1912-ci illər) Meyci (Maariflənmiş hökumət) adlandırdı. İmperiyaya nəzarət edən yeni liderlər bu vaxt Yaponiyanın diqqətəlayiq bir transformasiyasına başladılar. Həmin vaxtdan bu, Meyci bərpası kimi tanınır.

 

Qərbin açıq hərbi sənaye üstünlüyünü etiraf edən yapon liderləri onu qəbul etməklə bu üsluba uyğunlaşıb Yaponiyanı modernləşdirmək qərarına gəldilər. Minlərlə gənc yapon xaricə göndərildi ki, Qərb təhsili alsın, xüsusən sosial, təbiət elmləri üzrə. Alman üslubu əsasında ordu, Britaniya üslubu qaydasında isə hərbi-dəniz qüvvələri yaradıldı. Yaponlar Birləşmiş Ştatların sənaye maliyyə metodlarını təkrarlayıb, onları özlərində modern kommersiya sənaye sisteminə çevirdilər. Yüksək mərkəzləşmiş inzibatçılıq sistemi fransızlardan götürülməklə, köhnə sistemi əvəz etdi. İlk dəfə olaraq sosial qanun qarşısında bərabərlik prinsiplərini qəbul etdilər. Lakin 1890-cı ildən onlar formaca demokratik, təcrübədə isə avtokratik olan bir siyasi sistem yaratdılar.

 

Qərbi təqlid etməklə Yaponiya həmçinin güclü hərbi dövlətə çevrildi. Universal hərbi mükəlləfiyyət 1872-ci ildən tətbiq edildi sülh dövrü üçün müasir ordu 240 min nəfərdən ibarət oldu. Yaponlar Qərb imperial modelinə acgözlüklə yiyələnirdilər. Onlar 1894-1895-ci illərdə Çini məğlub edib, bir sıra Çin ərazilərini anneksiya etdilər Çində öz təsir zonasını qurdular. Bundan sonra onlar 1905-ci ildə rusları məğlub etdilər, Koreyanı sərt hökmranlıqları altında müstəmləkəyə çevirdilər. Yaponlar sübut etdilər ki, Asiya dövləti adamınimperiyalar oyununu oynaya bilər Asiya Afrikanın digər regionlarındakı xalqlara inandırıcı nümunə göstərdilər.

 

Britaniya hökuməti Hindistanda nəzarətə XIX əsrin ortalarında yiyələnmişdi. 1858-ci ildəki əsas qiyamı darmadağın etdikdən sonra Britaniya artıq Hindistanı birbaşa idarə edirdi. Parlamentin nəzarəti altında Britaniyanın mülki xidmətçilər qrupu, demək olar ki, 300 milyonluq əhalisi olan bir ölkənin işlərini istiqamətləndirirdi.

 

Britaniya vətəndaş müharibələri vasitəsilə bir sıra hallarda bölünən bir cəmiyyətə qayda gətirmişdi nisbətən vicdanlı səmərəli hökumət yaratmışdı. Onlar həmçinin Qərb texnologiyalarını - dəmir yolları, bankları, mədənləri, sənayeni, tibbi bilikləri xəstəxanaları gətirmişdilər. Britaniya həmçinin Qərb üslublu orta məktəbləri kollecləri tətbiq etmişdi, onlarda hindlilərin yuxarı orta siniflərinin övladları təhsil alırdılar. Beləliklə, onlar hökumətdə orduda tabelikdə çalışanlar kimi xidmət edə bilərdilər.

 

Britaniya qanunvericiliyi həmçinin hind qadınlarının leqal statusuna da təsir göstərdi. 1829-cu ildə Britaniya Sati praktikasını qadağan etdi, bu qaydaya görə dul qadın ərinin matəm mərasimində özünü qurban verməli idi. Satinin qadağan edilməsi Britaniya imicinin özlüyündə mədəni üstünlüyü kimi, bir mərkəzi hadisəyə çevrildi. Demək olar ki, əhalinin 2/3-ü 1901-ci ildə pis qidalanırdı, az qala aclıqla üzləşirdi. Britaniya sənayeləşməsi kütlənin həyatını olduqca az qaydada yaxşılaşdırmışdı. Hindistanın var-dövləti Britaniya qulluqçularına iri ordusuna maaş vermək üçün istifadə olunurdu. Yaxşı işlər yaxşı evlər britaniyalılara çatırdı. İrqçi münasibət Britaniya idarəçiliyi üçün çətinliklər törədirdi hind millətçi hərəkatının meydana gəlməsinə səbəb olurdu. Hindistan Milli Konqresinin yarandığı 1883-cü ildən mülayim, təhsil görmüş hindlilər öz idarəçiliklərini axtarmağa başladılar. Britaniya zorakılığına və laqeydliyinə cavab olaraq 1919-cu ildə hindlilər tam müstəqillik tələb etməyə başladılar.

 

 

 

17. “Yeni imperializm”in

 

nəticələri yeni böhranlar

 

 

 

1900-cü ildən, demək olar ki, Afrikanın Asiyanın bütün cəmiyyətləri - tam müstəmləkə ağalığı altında olanlar ya Çin Osmanlı imperiyası vəziyyətində olanlar, faktiki süqut nöqtəsində idilər. Yalnız Şərqi Asiyada Yaponiya, Cənubi-şərqi Asiyada Tailand, Orta Şərqdə Əfqanıstan Persiya, Şərqi Afrikadakı dağlıq Efiopiya daxili parçalanmadan ya müstəmləkə ağalığına tabe olmaqdan qaça bilmişdilər. Efiopiya Əfqanıstanın salamat qalması onların uzaq yerdə dağlıq ərazilərdə yerləşmələrinə borclu idi. Yalnız Yaponiya ümumi taledən, siyasi iqtisadi islahatlar strategiyasını seçmək hesabına qaça bilmişdi. İmperializm epoxasının gəlməsi ilə, nəhayət, qlobal iqtisadiyyat quruldu, Afrika Asiya ölkələrində Qərb sivilizasiyası bütünlüklə ağalıq etməyə başladı. Eyni vaxtda xaricdəki torpaqlar üstündə meydana gələn rəqabət həmçinin Avropa dövlətləri arasındakı mövcud olan rəqabətləri daha da artırdı.

 

Almaniya imperatoru II Vilhelm Almaniyanın ədalətli qaydada “Cünəş altındakı yeri” barədəki alman dövlətinin yüksəlməsinə həsr etdiyi fəal bir xarici siyasət aparırdı. Onun Bismark xarici siyasətinə etdiyi dəyişikliklərdən biri Rusiya ilə əvvəlki “Daha da sığortalamaq Müqaviləsindən” uzaqlaşması idi. Onun nəzərində Almaniyanın Avstriya ilə ittifaqına görə bu, qəribə bir hal idi. Bismarkın qorxduğu hadisə baş verdi, Rusiya ilə müttəfiqliyə son qoyuldu. Bu, Fransa ilə Rusiyanı bir araya gətirəcəkdi. Bismark siyasəti tərəfindən uzun müddət izolyasiya edilən respublika Fransası çar Rusiyası ilə yaxınlaşmaq şansına malik oldu və 1894-cü ildə iki dövlət hərbi ittifaq yaratdı.

 

Sonrakı on il ərzində alman siyasəti Britaniyanı Fransaya yaxınlaşdırdı. 1907-ci ildən Böyük Britaniyanın, Fransa və Rusiyanın sərbəst konfederasiyası, o, həm də Üçlük Antantası və ya Müttəfiqlər kimi tanınırdı, Almaniyanın, Avstriya-Macarıstanın və İtaliyanın Üçlü İttifaqına qarşı dayanmışdı. Avropa iki əks cəbhəyə bölünmüşdü və getdikcə kompromissdən daha çox uzaqlaşırdı. İki ittifaqın üzvləri 1908-ci illə 1913-cü il arasında Osmanlı imperiyasının Balkanlardakı qalıqları üzərində nəzarəti əldə etməyə görə yeni böhranlar seriyasına cəlb olundular. Bu səhnə isə I Dünya müharibəsinə aparırdı. Osmanlı imperiyası hələ tam məhv olmamışdan onun bəzi qalıqları artıq münaqişə mənbəyinə çevrilmişdi. Ona görə də bir daha aydın olur ki, imperiyanın təkcə yaranması deyil, məhv olması da böyük bəlalar gətirməmiş qalmır.

 

1908-1909-cu illərdəki Bosniya böhranı hadisələr zənciri əmələ gətirdi, bunlar nəzarətdən kənar qaydada əmələ gəlirdi. 1878-ci ildən BosniyaHersoqovina Avstriyanın protektoratı altında idi, lakin 1908-ci ildə Avstriya slavyan dilində danışan bu iki ərazini anneksiya etmək üçün ciddi təsirə malik olan bir addım atdı. Serbiya bu hərəkətdən qəzəbləndi, çünki serblərin iri Serbiya krallığını yaratmaq ümidini bu addım amansızlıqla dağıdırdı. Bu krallıq isə özünə cənubi slavyanların əksəriyyətini daxil edəcəkdi. Məhz elə buna görə də avstriyalılar Bosniya və Hersoqovinanı anneksiya etmişdilər. Özünün iri slavyan əhalisi ilə böyük Serbiya, heç şübhəsiz, Avstriya-Macarıstan imperiyasının birliyinə təhlükə olacaqdı. Ruslar öz sirdaşları olan slavyanların himayəçiləri kimiBalkanlarda öz hakimiyyətlərini böyütmək arzusu ilə serbləri dəstəklədilər və Avstriyanın hərəkətinə qarşı çıxdılar. Rusiyaya arxalanaraq serblər Avstriya əleyhinə müharibəyə hazırlaşdılar. Bu nöqteyi-nəzərdən II Vilhelm müdaxilə edib, ruslardan tələb etdi ki, Avstriyanın Bosniya və Hersoqovinanı anneksiya etməsini qəbul etsinlər və ya müharibədə Almaniya ilə üz-üzə gələcəklər. Rus-yapon müharibəsində zəifləmiş Rusiya geri çəkildi, lakin alçaldılmaqla yanaşı, qisas almağa and içdi.

 

Avropalıların diqqəti 1912-ci ildə Serbiya, Bolqarıstan, Çernoqoriya və Yunanıstan Balkan liqası təşkil edəndə və Birinci Balkan müharibəsində osmanlıları məğlub edəndə, Balkanlara tərəf döndü. Qalib müttəfiqlər işğal edilmiş Osmanlı əyalətləri Makedoniya və Albaniyanı hansısa bir qaydada bölməyə qadir olanda, 1913-cü ildə İkinci Balkan müharibəsi partlayışı baş verdi. Yunanıstan, Serbiya, Rumıniya və Osmanlı imperiyası Bolqarıstana hücum edib onu məğlub etdi. Nəticədə Bolqarıstan Makedoniyanın yalnız kiçik hissəsinə sahib oldu və əksər qalan hissə Serbiya və Yunanıstan arasında bölündü. Yenə də Serbiyanın canlanmaq arzusu icra edilməmiş qalırdı. İki Balkan müharibəsi ölkələrin sakinlərini hiddətlənmiş şəkildə qoyduböyük dövlətlər arasında daha çox gərginlik yaratdı.

 

Serbiyanın əsas ambitsiyalarından biri Albaniya ərazisini ələ keçirmək idi ki, Adriatik dənizində ona liman versin. İki Balkan müharibəsinin sonunda Avstriyanın düzəltdiyi London konfransında avstriyalılar müstəqil Albaniyanı yaratmaqla Serbiyanın arzularını puç etdilər. Avstriyanın müttəfiqi kimi almanlar bu hərəkəti dəstəklədilər. Bu qarışıqlıqda Serbiya millətçiləri avstriyalıları artan qaydada monastr kimi qələmə verirdilər, çünki onlar serblərin böyük millətə çevrilməsinə imkan vermirdilər. Serbiyanın əsas dəstək verəni olan Rusiya da regiondakı hadisələrin belə dönüşü ilə kədərlənmişdi. Rusiya liderləri arasında belə bir hiss daha da böyümüşdü ki, əgər Balkanlarda yenidən AvstriyaAlmaniya ilə ziddiyyət baş versə, onlar geri çəkilə bilməzlər.

 

Avstriya-Macarıstan özünün digər bir məqsədinə nail olmuşdu, lakin hələ də Serbiyanın onların imperiyasına ölümcül təhlükə olduğuna inandıqlarından, onu darmadağın etməli idi. Bu vaxt FransaRusiya hökumətləri öz ittifaqlarını təzələdilər və növbəti böhran baş verdiyi vaxt geri durmayacaqları barədə bir-birinə söz verdilər. Britaniya da Fransaya yaxınlaşırdı. 1914-cü ilin başlanğıcından iki silahlı cəbhənin biri digərinə şübhə ilə baxırdı. Amerika da Avropanı müşahidə edirdi: “Bütöv Almaniya elektrikləşmişdi. Hər kəsin əsəbləri gərgindir. Bir qığılcım qalxsa, hər şeyi məhv edəcəkdir. Fransadakı alman səfiri həmin vaxt qeyd etmişdi ki, “Sülh bədbəxt təsadüfün mərhəmətində qalır”. Avropalılar “proqress erasının” şərəfsiz və qanlı sonluğuna yaxınlaşırdılar.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2016.- 4 iyun.- S.20.