Eynəli bəy SultanovunHekayələr”i təqdim edildi

 

 

İyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Eynəli bəy Sultanov: “Hekayələrkitabının təqdimat mərasimi keçirilib.

 

Təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq Eynəli bəy SultanovunHekayələrkitabının hazırlanması sahəsində görülən işlər qarşıda duran vəzifələrdən danışaraq qeyd edib ki, bölmənin elmi işçisi Elxan Məmmədovun  topladığı hekayələrin nəşr olunduğu bu kitab olduqca gərgin məhsuldar fəaliyyət sayəsində ərsəyə gəlib.

 

Qeyd olunub ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi SədrininEynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı görkəmli mütəfəkkirin həyat fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm ədəbiyyatımızın, mədəniyyətimizin, ümumilikdə, ictimai fikir tariximizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir. Bu Sərəncamdan irəli gələn  tədbirlər planının bir parçası kimi bu tədbirin əhəmiyyəti böyükdür.

 

Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz QuliyevEynəli bəy Sultanovun ədəbi-bədii irsinin öyrənilməsi nəşri məsələlərimövzusunda məruzə ilə çıxış edib.

 

Bundan başqa tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fərman Xəlilov, bölmənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl, institutun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov çıxış edib.

 

Bildirilib ki, kitabda 33 hekayə toplanıb. Akademik İsa Həbibbəylinin məsləhətçisi ön söz müəllifi olduğu kitab 288 səhifədir. 500 tirajla “Elm təhsilnəşriyyatında çap edilib.

 

KitabdaNaxırçı qızı Gözəl”, “Bülbül”, “Cənub gecələri”, “Qurd balası”, “Çalma”, “Təzə pirkimi hekayələr öz ibrətamizliyi ilə diqqəti cəlb edir.

 

Sonda kitabdakı əsərləri toplayan tərtib edib nəşrə hazırlayan, AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədov çıxış edərək ilk növbədə Eynəli bəy Sultanov irsinin hərtərəfli öyrənilməsinə yol açan müvafiq dövlət sərəncamının əhəmiyyətini vurğulamış təqdimetmə mərasimində çıxış edənlərə iştirakçılara öz minnətdarlığını bildirib.

 

Nərgiz İSMAYILOVA

525-ci qəzet.- 2016.- 4 iyun.- S.17