Əjdər Olun rusca hekayələr kitabı nəşr olundu

 

 

Tanınmış şair nasir Əjdər Olun bugünlərdəNurlarnəşriyyatında rusca hekayələr kitabı nəşr olunub.

Tabaçnaya qavan” (Tütün limanı) adlı bu nəşr Ə.Olun ölkəmizdə rus dilində işıq üzü görən ikinci kitabıdır: öncəki isəJivu v buduşemadlanan seçmə şeirlər toplusu olub.

On beş hekayənin toplandığı yeni kitabda mətnlər tərcüməçilər üzrə qruplaşdırılaraq, oxuculara təqdim edilib. Tanınmış tərcüməçilər Siyavuş Məmmədzadə (“Qəzənfər müəllimin Şuşaya yürüşü”, “Cehiz”, “Eynək”), Nadir Ağasıyev (“Səhra komandirinin meymunu”, “Tütün limanı”, “Rafiq Tağı ki Rafiq Tağı...”,Kür Əlisəmid”, “Namiq Abdullayevin axırı”, “Qrafoman”) və Nicat Məmmədov (“Börüsoy”, “Ölümlə zarafat”, “Usta Yusifin kamançası”, “Fa...”, “Qatillə görüş”, “Şər Nizi”) yazarın hekayələrini milli koloritini, dadını-duzunu qorumaqla rus dilinə çeviriblər. Kitabın tərtibatında Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilovun, Asif Azərellinin və Vüqar Əlinin rəsm əsərlərindən istifadə olunub. Kitabın redaktoru şair-tərcüməçi Azad Yaşardır.

 

Xatırladaq ki, Əjdər Ol müxtəlif janrlardakı otuzdan çox kitabın müəllifidir. İndiyədək onun kitabları Türkiyədə, Polşada, İranda, Gürcüstanda, AlmaniyadaRusiyada çap olunub. Dramaturgiya sahəsində də qələmini sınayan Ə.OlunMolla Nəsrəddin və Əmir Teymurun filləri” (2005) və “Son məktub” (2007) pyesləri Gənc Tamaşaçılar Teatrında və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə həyatı qazanıb. Yazarın “Usta Yusifin kamançası” və “Qədir” hekayələri əsasında “Azərbaycanfilm” kinostudiyası nəzdindəki “Debüt” studiyasında qısametrajlı bədii filmlər çəkilib.

 

Əjdər Ol Milli Kitab Mükafatının (2010), “Qızıl Kəlmə” ədəbi mükafatının (2011) və “Mahmud Kaşqari adına Beynəlxalq Hekayə Müsabiqəsinin (2012) laureatıdır.         

 

MÜŞFİQ

525-ci qəzet.- 2016.- 11 iyun.- S.12.