"Mədəniyyətlərimizi bir-birinə daha da yaxınlaşdırmaq niyyətindəyik"

 

 

Kayseri Mədəniyyət Turizm İdarəsinin müdiri İsmət Toymuş əslən Azərbaycan türküdür.

 

Ata-babaları ötən əsrin əvvəllərində Türkiyəyə gəliblər Kayseridə məskən salıblar.

 

İsmət bəy Türkiyə şəhərləri arasında sənaye, mədəni turizm baxımından önəmli yerdə dayanan Kayserini Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşdırmaq, qarşılıqlı mədəni, turizm əlaqələrini gücləndirmək niyyətindədir. 

 

- Mən 20 ildir ki, Kayseri Mədəniyyət Turizm İdarəsinin müdiri vəzifəsində çalışıram. Bundan öncə eyni vəzifəni Adana Sinopda icra etmişəm. Özüm , xanımım da Azərbaycan türküyük. Qızlarıma da Azərbaycan adları - Qaragilə Aybəniz qoymuşam. Hər zaman Azərbaycan türkü olmağımızla fəxr etmişik, ata-babalarımızın mədəniyyətini, adət-ənənəsini yaşatmağa çalışmışıq. Məsələn, mən Azərbaycan xalq rəqslərini çox gözəl ifa edə bilirəm. Azərbaycan mədəniyyəti ilə bağlı çalışmalarım var. Könlüm ata-baba torpaqlarımızda olduğu üçün iki ildən bir oraya gedib-gəlirəm. Azərbaycan Kayseri əlaqələrini yaxınlaşdırmağa çalışıram. Burada təhsil alan azərbaycanlı gənclərlə davamlı əlaqə saxlayıram. Azərbaycan türkləri çox qonaqpərvər, istiqanlı xalqdır. Bu baxımdan Azərbaycan Anadolu mədəniyyətlərini bir-birinə daha da yaxınlaşdırmaq, tanıtmaq niyyətindəyəm. Bir sözlə, istəyirəm ki, gediş-gəlişlər artsın.

 

- Kayserinin tarixi, bu tarixi əks etdirən abidələr, turizm imkanları haqqında deyə bilərsiniz?

 

- Kayseri Anadolunun mərkəzində yer alan böyük bir şəhərdir. Əhalisi 1 milyon yarıma yaxındır. Əlverişli coğrafi mövqeyinə görə, şəhərə ölkənin hər tərəfindən gəlmək mümkündür. Avtomobil dəmiryolları çox inkişaf etdirilib. Şəhər iqtisadiyyatı əsasən ticarət sənaye üzərində təşəkkül tapıb. Tarixi isə çox qədimlərə, 6 min il əvvələ gedib çıxır. Arxeoloji qazıntılar da sübut edir ki, şəhərdə şumerlərdən, skiflərdən başlayaraq Roma, Bizans, Səlcuq, Osmanlı mədəniyyətlərinin izləri, zəngin irsi mövcuddur. Məsələn, Kanışkarumda aparılan arxeoloji qazıntılar da sübut etdi ki, Kayseri Anadolunun ilk gömrük qapısı olub. Eradan əvvəl 2500-cü ildə Mesopotamiyada hazırlanan məhsullar Anadoluya, Kanışkaruma gətirilir, buradan başqa ölkələrə aparılırdı. Kayseridə 50 ildən çoxdur arxeoloji qazıntılar aparılır. Qazıntılar zamanı aşkar edilən əşyalar Ankarada Mədəniyyətlər Muzeyində Kayseri Arxeoloji Muzeyində sərgilənir. Şəhər maddi mədəniyyət abidələri ilə zəngindir. Burada Roma Bizans dönəmində tikilmiş 24 kilsə var. Xüsusilə, Soğanlı bölgəsində xristianlıq dövrünə aid yeraltı kilsələr mövcuddur. Həmin kilsələrin içərisində xristianlığı anladan freskalar hələ olduğu kimi qalmaqdadır. Səlcuqların zamanında da çox böyük tarixi abidələr, məsələn, körpülər, karvansaralar, qapalı bazarlar, 15-ə yaxın qübbə s. tikilib. Onu da qeyd edim ki, Osmanlı zamanında dünya memarlarının piri hesab edilən Memar Sinan kayserili olub burada onun memarı olduğu abidələr var. Cümhuriyyət dövründə çox gözəl binalar tikilib. Mədəniyyət Turizm Nazirliyi burada çox önəmli işlər aparır, bütün tarixi abidələri bərpa edirik. Hazırda XIX əsrin sonu - XX əsrin əvvəllərində tikilən yaşayış evlərində bərpa işləri aparırıq. Onlar "Qədim evlər" statusu ilə mühafizə edilir. Şəhərdəki mədrəsə karvansaraylardan ibarət "Səlcuqlu əsərləri" UNESCO-nun dünya mirası siyahısına daxil edilib.

 

- Burada turizmin hansı növləri daha çox inkişaf edib?

 

- Türkiyədə ən önəmli qış turizmi obyektlərindən olan Ərciyəz Qış Turizm Mərkəzi Kayseridədir. Böyükşəhər bələdiyyəsi burada 275 milyon avroluq bir layihə həyata keçirir. Avropanın Alp dağlarında qış turizmi ilə bağlı qurulan infrastruktur bizdə var. Məkan gözəllikləri, əlverişli infrastrukturu, müasir standartlara cavab verən hotelləri ilə cəlbedicidir. Artıq layihənin 80 faizi tamamlanıb. Xaricdən turistlər gəlməyə başlayıb. Bundan başqa, xristianlıqdan qalma Soğanlı abidələri var. Kapadokyanın bir hissəsi olan bu məkanda 60-a yaxın məbəd qayaları ovaraq tikilib. Oradakı "quş evləri", təbii gözəlliklər Kapadokya bölgəsinin ən maraqlı yeri hesab edilir. Hər il 35-40 min xarici turist Soğanlını ziyarət edir. "Quş cənnəti" adlı məkan da Kayseri turizmində önəmli yer tutur. Bu, köçəri quşların yerləşdikləri məkandır. 1986-cı ildən bəri aparılan araşdırmalar burada 251 quş növünün olduğunu göstərib. Bu, ekosistemin ən maraqlı tərkib hissəsidir. Dünya üzrə köç edən quşlar, yolüstü burada yaşaya bilirlər. "Quş cənnəti"nə davamlı olaraq flaminqo digər quşlar gəlir orda çoxalırlar. Köçmək mövsümü gələndə isə isti ölkələrə, Hindistana, Asiyaya doğru gedirlər. Bu yerlər təbii mədəni irs olaraq mühafizə edilir. Orda pansionumuz da var. Turistlər səhər saat 5-6 arası təknələrlə gəzərək quşları seyr edə şəkil çəkdirə bilirlər. Kayseri həm özünün qeyri-adi şəlalələri ilə məşhurdur. Bunlar dünyada böyüklüyünə görə 4-5-ci yerlərdə dayanan Kapuzbaşı şəlalələridir. Adətən dünyada şəlalələr yüksək yerdən gəlib aşağı tökülür. Amma bu şəlalələr dağların içərisindən gələn çox zəngin su qaynağıdır. 70 metr yüksəklikdən gələn bu sular bir çay yaradır ki, bu məkanlarda rafting (ekstermal idman növü) yarışları keçirə bilirik.

 

- Bu gün bir ölkənin, şəhərin turizmini tanıtma vasitəsi kimi müxtəlif festivallardan da istifadə olunur. Kayseridə hansı festivallar var?

 

- Bizim beynəlxalq səviyyədə deyil, yerli festivallarımız var. Məsələn, yerli məhsullarımızı tanıtmaq üçün müxtəlif festivallar (üzüm, qatıq s.) düzənləyirik. Bundan başqa, "Həmrəylik festivalı", Əfşar türkləri ilə bağlı "Əfşar Dadar oğlu festivalı" keçiririk. Sonuncu festivala bütün türk dünyasından, o cümlədən, Azərbaycandan da iştirakçılar dəvət edirik. Xüsusi olaraq vurğulamaq istərdim ki, Kayseri Türkiyədə ən çox festivallar keçirilən şəhərlərdən biridir. Bu festivalların hər birinə Mədəniyyət Turizm Nazirliyi dəstək verir.

 

- İndi dünyada "qardaşlaşmış şəhərlər" deyə, bir xoş niyyət mövcuddur. Bu proses qardaş Türkiyə Azərbaycan arasında da geniş şəkil almaqdadır. Gələcəkdə sizin Azərbaycanın hər hansı bir şəhəri ilə qardaşlaşdırmaq niyyətiniz varmı?

 

- Təbii ki, var. Məsələn, bu Sumqayıt ya Qəbələ şəhərləri ilə ola bilər. Kayseridə parklardan birinə Qarabağ şəhidlərindən birinin adını verdik. İndi isə biz bunu arzu edirik: burda bir park salaq, ildə bir dəfə Azərbaycan sənət xadimləri, yazıçıları, jurnalistləri ilə birlikdə "Azərbaycan günləri" keçirək. Sonra da Azərbaycanda "Kayseri tanıtım günləri" keçirilsin. Bununla da bir millət olaraq bir-birimizi daha yaxından tanıyarıq, əlaqələrimiz genişlənər. Azərbaycan da turizm baxımından zəngin bir ölkədir. Mən Bakıya heyran oldum. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərdə xüsusilə mədəni turizm üçün çox böyük imkanlar var.

 

Pərvanə SULTANOVA

525-ci qəzet.- 2016.- 14 iyun.- S.5.