Yeddi ilməyə doğru yeddi addım...

 

 

Uzun illər bundan öncə, mətbuata yeni-yeni addımlar atdığım vaxtlarda müsahiblərimdən birinə belə bir sual vermişdim: "Ritm sizin üçün deməkdir?"

Sualım çox sadə səslənsə , cavabı sadə olmayacaqdı kimi bir hissim vardı. Düzdür, müsahibim musiqiçi idi bəlkə o mənə ritmin musiqiyə aidiyyatından danışacaqdı, bəlkə deyəcəkdi ki, ritm olmasaydı, mən musiqiçi olmazdım. Amma müsahibim musiqiçi olmaqla yanaşı, həm fəlsəfi düşüncələrə malik insan idi. Onun üçün ritmsiz yaşamaq da mümkün deyildi. İndi bəlkə bəziləriniz fikirləşirsiniz ki, əgər bir musiqiçi "Mənim üçün ritm həyatdı" deyirsə, bu, normal haldı. Yox, əzizlərim, o, sənətinə vurğunluqdan demirdi bu sözləri. Damarından axan qanı ritmlə vuran nəbzini nəzərdə tutub öz fəlsəfəsindən yanaşırdı ritmə. Bəlkə onu sənət dünyasına gətirib çıxaran bu dünyada yaşadan da elə bu fikirləri idi. Necə ki, beş milyard ildi ritm dünyanı yaşadır. Ritm can alıb-can verir... Amma ritmi təkcə canlılara deyil, cansız əşyalara da can verən kimi qəbub edə bilərik. Misal üçün, xalça ilmələnəndə onun uzunömürlü olması üçün bir qayda olaraq döyülməsi lazımdı. Həmin prosesdə iştirak edənlər bilir, bilməyənlər üçün deyirəm ki, bu hərəkət xüsusi qaydada ritmlə həyata keçirilməsə, xalça çox az zamandan sonra sökülər yararsız hala gələ bilər. Yəni xalçada ritm olmasa, yaşamaz... Deyəsən, ritmdən musiqidən xeyli danışdım, axı...

Amma məni ritmdən danışdıran başqa sənət sahəsidi, musiqi deyil. Bəzən el arasında belə bir ifadə işlədilir: "Gündəlik qayğılar ucbatından, yaşadığımı unutmuşam". Bəs mən yaşadığımı niyə unutmuşdum necə oldu ki, yenidən yaşadığımın fərqinə vardım? Bunu sizə özəl sirrim olaraq açıqlayacam. Hər gün eyni xəbərlər oxuyur, eyni musiqilər dinləyir eyni rəngli telekanallara baxırıq. Bununla da ruhumuz yaşadığını unudur. İnsan o zaman yaşayır ki, onun ruhu oxşanır. İnsanın o zaman ruhu oxşanır ki, o, həqiqətən öz soy - kökünü görür onu hiss edə bilir. Sənin, mənim hamımızın soy-kökümüz bu gün cansız saydığımız əşyalarda yaşayır, əzizlərim. Misal üçün, mənim dünyasını dəyişmiş doğmalarımın ruhu bu gün qədim xalçalarla, onların naxışları ilə üzümə gülür. Mən xalçanın təkcə ilmələrinə baxmaqdan deyil, onun toxunuşundan da zövq alan biri kimi günün ən qızmar saatında yolumu "Azərilmə"dən saldım. İndi durub sizə desəm ki, "Azərilmə" məni yaşadığımın fərqinə vardırdı, bəlkə şübhə ilə yanaşacaqsınız. Amma necə deyərlər, getməli, gəzməli-görməli yerdi. İsti yay günü tozlu, bir az da küləkli Bakı... Qapı açılır, cənnətə daxil olursan. Bir, iki, üç addım bəs edir ki, həm nəbzinin vurduğunu, həm xalçaların həyata yaşamaq üçün atıldığını eşidəsən. Bura sanki bir dünyadı. Divarlarında böyük xalçalar asılıb. Yəni xalçaların ağsaqqalları ağbirçəkləri... Qonaqları öz sinəsi üstündə əsl Azərbaycan qonaqpərvərliyi ilə qarşılayan "oğul, igid, qız, gəlin" xalçalar xanalarda ilmələnib ritmlə möhkəmlənən "körpə çağalar" var bu dünyada. , bir "Azərilmə"ni yəni bu dünyanı yaradan gözəl insanlar var. Yazımın bu yerində yeri gəlmişkən, bir bənzətmə edə bilərəm. Misal üçün, ən qədim xalça qayğısını çəkən insanları özünə bənzədib. Bu insanlarda keçmişini bilib gələcəyə doğru addımlamaq var. Hər bir sözünün, cümləsinin arxasında duran naxışlar, ritmlər, rənglər sanki, bu insanlara məhz elə xalça dili ilə danışmağı öyrədib. Bura daxil olanda üçüncü addımda nəbzinin ritmini hiss edirsənsə, dördüncü addımda təkcə öz ürəyinin deyil, həm buradakı ürəklərin döyüntüsünü eşitməyə başlayırsan. Səni "Xoş gəlmisiz" ifadəsi ilə qarşılayan rəhbərlikdən tutmuş, ən adi işçiyə kimi, hər kəs sanki "ən əziz tikəm ürəyimdi" - deyib, onu çıxarıb sənə verməyə hazırdı. Əziz oxucum, beşinci addımım "Azərilmə"nin "Azərbaycan xalçaları" jurnalının redaksiyasına oldu. Məni mətbuat işçisi kimi maraqlandıran jurnalın redaksiyası olsa da, insanlığım peşəmdən önə keçir, səs gələn tərəfə getmək istəyirəm yenə ...

Səs gələn tərəf haradı? Bunu bir azdan biləcəksiniz. Amma redaksiyada diqqətimi bir hal da özünə çəkir. Burada qədər jurnal çap aparatları olsa da, redaksiyadan kağız qoxusu gəlmir ki, gəlmir. "Azərilmə"nin mühiti kimi, qoxuları da özünəməxsusdu. Altıncı addımımı "Azərilmə"nin tədris mərkəzindən saldım. Yeddinci addımı atmağa tələsdiyimə baxmayaraq tədris mərkəzindən nələrisə öyrənmək istədim. Mənə verilən məlumata görə tədris mərkəzində tam ödənişsiz dərslər keçirilməsinə baxmayaraq, bura müraciət edənlər, hələ ki, azdır. "Eybi yox, yaxşı olar", desəm ürəyimdə bir "təəssüf olsun!" da dedim. Məyus olsam da, bu dəfə səs gələn tərəfə mütləq getdim. Yeddinci addımda mən "Azərilmə"nin lap mərkəzinə düşdüm desəm, yanılmaram. Xalçalar xanalarda ilmələnir möhkəmlənir, həyəcandan ürəyim tələsik döyünür, nəbzim tez-tez vurur, beynimə ciyərlərimə nənələrimin evinin qoxusu dolur. İlahi, mən yaşayırammış, ilahi, bura cənnətdi demişdim ki, cənnətin gözəl üzlü hurilərini elə xalçaçı xanımların simasında görüb duruxub qaldım. Yüksək enerjiyə malik olan bu xanımlar ilmələrdən aldıqları gücü sanki ritmə çevirərək yenidən xalçalara qaytarırlar xalçalar həyata gəlir. Saatlarla burada dayansam, bəlkə keyim açılmazdı. Xanımlardan biri "Qızım, gəl, səni öpüm!" - deməsəydi. Xanımların yaşı çox fərqlidir. Mənə bələdçilik edən Ülviyyə xanımın gündəlik vərdişlərindən biri bura daxil olanda xalçaçı xanımların ən yaşlısı ilə görüşməsi imiş. Həmin xanım məni uzun illərdən bəri tanıyırmış kimi, qucaqlayıb bağrına basdı. İndi fikirləşirdim, görəsən mən buradan necə ayrılıb evə gedəcəyəm? Nağıllar dünyasındaydım sanki. Yeddi ilmə yeddi addım... Yeddi ilmədən başlanan xalça kimi yeddi addımdan başladım "Azərilmə"ni tanımağa. Xalça xalçaçılıq dünyası kimi tanınan "Azərilmə" dünyasında duyduqlarımı sizə danışdım. Bir daha deyirəm, gedin, mənim kimi, siz yaşadığınızın fərqinə varın...

 

Günay NOVRUZ

525-ci qəzet.- 2016.- 21 iyun.- S.8.