Gənc fotoqraflardan "Azərbaycan abidələri"

 

"Natəvan" qalereyasında "Azərbaycan abidələri" adlı fotosərgi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil edilən sərginin ekspozisiyasına ölkənin müxtəlif regionlarından gənc fotoqraflar - Elvin Eldaroğlu, Vüsalə Rəhimova, İsmayıl İsmayılov, Məhbarə Abbasova digərlərinin fotoları daxil edilib.

 

Ekspozisiyada Azərbaycan ərazisində yerləşən tarixi müasir memarlıq abidələrini əks etdirən 30 foto nümayiş etdirilir.

 

Qeyd edək ki, sərginin keçirilməsində məqsəd ölkəmizin ən qədim, sirli və bəşəri dəyərə malik olan abidələrinin qlobal miqyasda təbliğ etməkdir.

 

525-ci qəzet.- 2016.- 1 mart.- S.7