Azərbaycanqəzetində parlament hesabatları şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

I cild (noyabr 1918 - aprel 1920)

 

İşçi məsələsi

 

İşçiləri zəhmətin ağır məşəqqətindən bilnisbə rahət etmək üçün firqə aşağıdakı maddələri tələb ediyor:

 

38) Hər bir muzdur, qulluqçu, əmələ fəhlə üçün günü səkkiz saatdan artıq olmamalıdır.

 

39) Hər bir muzdur, qulluqçu, əmələ fəhlə üçün - erkək-qadın - fasiləsiz olaraq həftədə 24 saatlıq istirahət müddəti qanunən müqərrər olmalıdır.

 

40) Qanunən müəyyən olan günündən artıq işləmək qaidəsi tamamilə mən edilməlidir.

 

41) Gecə qulluğu (axşam saat 9-dan saat 6-ya qədər) yasaqdır. Fəqət işin texnikası tələb elədigi təqdirdə əmələ təşkilatı tərəfindən caiz görüldügü halda gecə xidməti görülə bilər.

 

42) 16 yaşına qədər məktəb sinnində olan balaların çalışdırılması məmnudur. 16 yaşından 18 yaşına qədər olan cavanların günü isə 6 saatdan artıq olamaz.

 

43) Qadınları səhhət vücudlarına zərərli olan işlərdə çalışdırmaq məmnudur. Hamilə olan qadın xidmətkarlar doğduqlarından 4 həftə əvvəl 6 həftə sonra xidmətdən azad edilib bu azadlıqları müddətində dəxi muzd məvaciblərini tamamilə alacaqlardır.

 

44) Qadın əmələ fəhləsi olan hər bir fabrika, zavod ya sair kəsbxanələr yanında südəmər uşaqlara məxsus tərbiyəxanələr yapılacaq, uşaq əmizdirən ana-qulluqçular hər 3 saat arasında yarım saatdan az olmamaq şərtilə xidmətdən azad ediləcəklərdir.

 

45) Tamamilə ya qismən işləmək qabiliyyətini itirmiş olan əmələlər dövlət tərəfindən xüsusi bir fond (sərmayə) hesabına sığorta olunacaqlardır. Bu fond dəxi sərmayədarlardan alınan xüsusi bir vergi hasilatından əmələ gələcəkdir.

 

46) Muzd məvacib müqabilində nəqd əvəzinə cövz vermək qaydası tamamilə mən ediləcək, muzd ya məvacib isə həftədə bir dəfə müddəti əsnasında veriləcəkdir.

 

47) Cərimə xarab olan ya bəyəniləməyən mətain mayasını qaytarmaq sairə kibi hər növ ittifaq səbəblərdən ötrü olsa da fəhlələrin həqq hesabından pul çıxmaq qaidəsi kökündən mən edilməlidir.

 

48) Hər növ emalxanə, kəsbxanə, fabrika, zavod sairəyə kifayət edəcək qədər fabrika müfəttişləri (inspektorlar) təyin edilməlidir. Dövlətə məxsus olan sənaətxanələr, xadimə qulluqçusu olan kəsbxanələr dəxi bu müfəttişlərin nəzarətinə tabedirlər. Bu cümlədən olaraq ev qulluqçuları ilə nökərlər dəxi fabrika müfəttişliyinə tabedirlər. Qadınların çalışdığı yerlərə qadın müfəttişlər təyin olunmalıdır. Fabrika, zavod zəhmətin müdafiəsinə məxsus nəşr olunan qanunların kamilən yerinə yetirilməsinə baxmaq üçün əmələlər tərəfindən seçilmiş vəkillər dəxi iştirak etməlidirlər. Bu vəkillərə dövlət tərəfindən maaş veriləcəkdir. Əmələlər tərəfindən seçilən bu vəkillər əmələyə verilən materiallara onların (brakovka) yaramazlığa ələlümum işin nəticəsinə nəzarət etməlidirlər.

 

49) Sahibkarlar tərəfindən əmələlərə məxsus olaraq verilən evlərlə mənzillərin səhhətə müvafiq olub-olmamasına, məzkur otaqların daxili səliqə tərtibatına onların kirayə verilmək şəraitinə baxmaq həmçinin sahiblərinin əmələlərin ev işlərinə müdaxilə etmələrinə meydan verməmək üçün bu mənzillər məhəlli idarələr tərəfindən təftiş olunub nəzarət altına alınmalı, bu nəzarətə əmələlərin vəkilləri iştirak etməlidirlər.

 

50) Hər bir kargah, fabrika emalxanədə müntəzəm surətdə sahiblərinin nüfuzundan azad səhiyyə nəzarətləri təsis olunmalıdır. İş sahiblərinin hesabına olaraq əmələlərə müftə dərman verilməli azarlandıqları müddətcə məvacibləri dəxi özlərinə yetişməlidir.

 

51) Səy zəhmət qanununu sındıran sahibləri cinayət qanunu mövcibincə məsuliyyətə alınmalıdırlar.

 

52) Hər bir kargah kəsbxanədə yarısı sahiblərindən, yarısı da əmələlərdən ibarət xüsusi mühakimə heyətləri təşkil olunmalıdır.

 

53) Yerli xaricdən gəlmə əmələ işçilərə qulluq tapmaq üçün kontorları (məsai birjası) təsis etmək işi məhəlli idarələrə həvalə olunmalı, bu kontorlarda əmələ təşkilatı tərəfindən seçilmiş vəkillər dəxi iştirak etməlidirlər.

 

Millətin özəyini təşkil edən xəlq baxımsızlıq üzündən müsri xəstəliklərə tutularaq minlərlə qırılıyor. Təbiidir ki, tədabiri-səhiyyə imdikindən daha ziyadə bir ciddiyyətlə əxz olunmalıdır.

 

İaşə (ərzaq) məsələsinin islahı, bu xüsusda ən təsirli bir çarə ola bilər. Fəqət bunun üçün yolların tərtib əmniyyəti, başqa millətlərlə ticarət mübadiləsinin təshil əmniyyəti əlzəmdir.

 

Məarif daha ziyadə yapılmalı daha ziyadə milliləşməlidir. Köylər məktəb şəbəkələri ilə, şəhərlər darülmüəlliminlərlə dolmalıdır.

 

Dövlət müəssisələri ilə təhrirati-rəsmiyyənin mümkün olduqca milliləşməsinə cəhd etməlidir.

 

Əlbəttə unutmayırız ki, hökumət eləmək bir tərəfdən xəlqin etimadını qazanmaqla olursa, digər tərəfdən dəxi cəbri qüvvəyə istinad etməklə olur. Bunun üçün əskəri təşkilata son dərəcədə əhəmiyyət verməlidir. Dövlətin xaricən müdafiəsi daxilən müsaliməti bunu iqtiza ediyor. Xidməti-əskəriyyə bütün xəlq təbəqələrinə müsavi surətdə təhmil olunmalıdır.

 

Dövlət büdcəsinin ağırlığı onsuz da ağır bir həyat keçirən xəlqin üzərinə degil, daha gün daha zəngin siniflərə təhmil olunmalıdır.

 

Yeni qurulacaq hökumətdən daxilən xaricən bu proqram daxilində fəaliyyət istiyəcək Məclisi-Məbusan, eyni zamanda kəndisi dəxi bizzat Azərbaycan Məclisi-Müəssisanını dəvət eləmək üçün imdidən təşəbbüsdə olmalı, qanuni-intixab yazılması üçün bir an əvvəl məxsusi bir komisyon ayırmalıdır.

 

Bayaqdan bəri zikr etdigim mətləbləri, məmləkətin istiqlalını müdafiə millətin həyatını mühafizə etmək əzmi-qəviyyəsilə təşəkkül edəcək bir hökumətdir ki, vücuda gətirə bilər. Böylə bir hökumət yalnız içində bulunduğumuz şəraiti-hazirəyə görə yalnız tərəqqipərvər bir koalisyon surətilə təşəkkül edə bilər.

 

Bu surətlə qurulacaq hökumət firqə milliyyət etibarilə müştərək olmalı hər bir cəhətcə parlaman hüzurunda məsul bulunmalıdır. Yalnız böylə bir üsul ilə təşkil olunacaq hökumətdir ki, əlbirligi ilə xilasına borclu olduğumuz vəziyyəti qurtarıb hürriyyət istiqlalımızı təmin ilə bizi həm Məclisi-Müəssisan hüzuruna çıxarar, həm istiqlalımızın beynəlmiləl təsdiqini asanlaşdırar.

 

Azərbaycan”, 12 dekabr 1918, ¹63

 

Təbəddül - dəyişdirilmə

Həqqa - doğrusu ki

Müddə - tələb edəni

Sitarə - ulduz

Əqsa - uzaqda olan

Müzahirət - yardım, kömək

Cüzi - hissə

Mülayimət - mülayimlik

İstehqaq - haqlı olma

Müsalihə - barışıq

Müstənid - sübutlu, əsaslanan

Fəngir - hiyləgər

Mən - qadağan

Məmnu - qadağan

Müsri - yoluxucu

Əxz - əldə etmə

Təshil - asanlaşdırma

Təhmil - yükləmə, yüklədilmə

Qəvi - qüvvətli, mətin

Cövz - qoz

 

Parlaman ətrafında

 

Lənkərandan parlaman Məclisi-Məbusanı rəisi naminə böylə bir məktub alınmışdır:

 

Şura hökumətinin təqibindən qaçaraq doğma yurdundan ayrı düşmüş olan biz qaçqınlar Azərbaycan üfüqündə tülu edib müsibətzədə vətənimizə mədəniyyət, tərəqqi və nəşvü-nüma yolları göstərən işıqlı yıldızın nümayan olması münasibətilə parlaman sədrini təbrik edəriz. Ulu tanrı müsəlmanlara rəhm edərək, bolşeviklər zülmündən xilasları həqqindəki dualarını eşitdi. Türk milləti kəndi müqəddəratını kəndi əlinə almaq kibi hüquqi-bəşəriyyədən istifadədən ibarət olub da uzun müddətdən bəri bəslədigi arzusuna nəhayət nail oldu. Azərbaycan gələcək tərəqqisinə, müstəqbəl nəşvü-nümasına kəndi qüvvəsi və parlaman şəxsinə milli nümayəndələri himmətilə nail olacağına ümidlə tam istiqlal aldı. Şimdi biz azərbaycanlılar üçün yeni bir gözəl tarix başlanıyor ki, müttəhidən əl-ələ verib çalışarsaq əziz Azərbaycanımızı tazəliyəcək, yeniləşdirəcəkdir. Xəlq müntəxəbləri ilk dəfə olaraq yığışmışlar ki, məmləkətdə qanuna riayət, həyat və əmlakı müdafiə, nahiyənin mədəni tərəqqisi, ticarət və sənayenin nəşvü-nümasına səbəb olacaq dinc fəaliyyət əsası qoysunlar. Şəxsinizdə xəlq nüamyəndələrini təbrik və təhniyyətlə bilafərq milliyyət Azərbaycan vətəndaşlarının müsalimətlə işləmələrinin tərəqqi və inkişafiyyətini arzu, möhkəm dövlət qanunu tərtibi və mətin, qəvi, vahid Azərbaycan Xəlq Cümhuriyyəti təsisinə ümid etdigimizi parlamana bildirmənizi rica edəriz. Kətbi-müqəddəsədə deniliyor ki: “İmanınız dərəcəsində səadət veriliyor”. İncil-şərifin bu sözləri həyatımızda həqiqət olaraq meydana çıxdı: biz Azərbaycanın var olacağına qəvi imanla inanıyorduq - var oldu da. Binaənileyh qəvi qəvi hürriyyətin məhkumiyyətə qələbə çaldığı bu əziz gün azərbaycanlılar qəlbində parlaq istiqbala iman nuru daha parlaq bir surətdə ləmələnsin. Amin.

 

Lənkəran cəmiyyət müvəkkili Teymur bəy Bayraməlibəyov, “Müsavat” firqəsinin Lənkəran şöbəsi sədri Yusif bəy Bayraməlibəyov, Astara icra komitəsi sədri məşhədi Xəlil Rzayev, “Hümmət” fəhlə firqəsi rəisi Ağa Məhəmmədov, “Hümmət” katibləri Ağa Axundovİbrahim bəy Bayraməlibəyov, “Müsavatkatibi hacı Ağa Məhəmmədov, Lənkəran bələdiyyə rəisi Daşdəmirov.

 

Lənkəran

“Azərbaycan”, 12 dekabr 1918, ¹63

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 5 mart.- S.21