“Mədəniyyətlərin beşiyi: Təbriz” Bakıda təqdim edilib

 

 

Martın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əli Poladın yeni çapdan çıxmışMədəniyyətlərin beşiyi: Təbrizkitabının təqdimat mərasimi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Təbrizin gələcəyi uğrunda mücadilə aparan Əziz Əliyevin xatirəsinə ithaf olunmuş bu nəfis nəşrin təqdimat mərasimində Milli Məclisin deputatları, tanınmış elm mədəniyyət xadimləri ilə yanaşı, İrandan gəlmiş qonaqlar da iştirak ediblər.

 

Gecənin aparıcısı, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Təbriz sevgisindən Əli Poladın doğulduğu yurda, torpağa sonsuz məhəbbətindən söz açıb.

 

R.Hüseynov deyib: “Təbriz yalnız şəhər deyil, o, azərbaycanlılar üçün öz təlqin etdiyi fəlsəfə ilə böyükdən böyük yoldur, həyat tərzidir. Təbriz həmişə yenilməz olub”.

 

Müəllifin bir-birindən dəyərli kitabları haqqında söz açan akademik deyib ki, Ə.Polad hər bir yeni əsəri ilə insanları düşündürür, onları kamilliyə səsləyir.

 

Bildirib ki, Əli Poladın Mirzə Əli Möcüzə, Ömər Xəyyama, həyat mənbəyi olan suya digər mövzulara həsr etdiyi kitabların hər biri müəllifin böyük gərgin zəhmətinin bəhrəsidir.

 

Diqqətə çatdırılıb ki, 862 səhifəlikMədəniyyətlərin beşiyi: Təbrizkitabı 7 fəsildən ibarətdir. Nəşrdə 804 fotoşəkil yer alıb. Müəllifin Təbrizə sonsuz məhəbbətindən yoğrulan bu kitab beş dildə çap olunub.

 

Sonra Əli Poladın həyat yolundan bəhs edən videomaterial nümayiş etdirilib. Materialda müəllifin Təbrizdən başlanan Türkiyədə davam edən həyat yolu, adamı kimi xeyriyyəçilik missiyası, müəllifi olduğu kitablar, reallaşdırdığı layihələr, qurub-yaratdığı müasir tikililər əks olunub.

 

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Əli Poladın Səfəvilərin paytaxtı olmuş, Şəhriyarın şəhəri, qədim Təbrizi öz keçmişi, zəngin tarixi, insanları, həsrəti ilə Bakıya gətirdiyini söyləyib.

 

Tədbirdə çıxış edən digər natiqlər Əli Poladın mənəvi dünyasından, xeyriyyəçiliyindən, gördüyü işlərdən söz açıblar. Onun Vətənə, torpağa bağlılığını, insanlara insanlığa münasibətini yüksək dəyərləndiriblər.

 

Bildirilib ki, böyük mənəviyyat adamı olan Əli Polad müəllifi olduğu bir çox kitabları pulsuz olaraq insanlara paylayıb.

 

Gecədə İrandan gəlmiş musiqi qruplarının ifasında Təbrizə həsr edilmiş mahnılar səsləndirilib. Bu ifaların sırasında Əli Poladın sifarişi ilə yazılmış bəstələr yer alıb.

 

Tədbir çərçivəsində, həmçinin Təbrizə həsr edilmiş sənədli filmin diskin təqdimatı keçirilib.

 

Tutduğu yola sadiq olan müəllif sondaMədəniyyətlərin beşiyi: Təbrizadlı kitabını da təmənnasız olaraq oxuculara hədiyyə edib.

 

Qeyd edək ki, indiyə qədər Əli Poladın Türkiyə, Azərbaycan, İranRusiyada 24 kitabı işıq üzü görüb.

 

 

525-ci qəzet.- 2016.- 5 mart.- S.13.