“Azərbaycan musiqi irsinin dünyada təbliği” layihəsinin təqdimatı olub

 

Martın 4-də Mədəniyyət Turizm Nazirliyi M.F.Axundzadə adına Milli KitabxananınAzərbaycan musiqi irsinin dünyada təbliğilayihəsinin təqdimatı olub.

 

AzərTAc xəbər verir ki, Milli Kitabxanada həyata keçirilən tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov layihə barədə məlumat verib.

 

Diqqətə çatdırıb ki, layihə mədəniyyət turizm naziri Əbülfəs Qarayevin ötən ilin dekabr ayında Milli Kitabxanada keçirdiyi musiqi xadimləri ilə görüşü zamanı irəli sürdüyü təklif verdiyi tapşırıq əsasında reallaşdırılıb.

 

Direktor Beynəlxalq Musiqi Kitabxanası Layihəsi - Petruççi Musiqi Kitabxanası (IMSLP) haqqında danışıb, layihənin həyata keçməsində dəstək olmuş Müəllif Hüquqları Agentliyinə təşəkkürünü bildirib.

 

Eyni zamanda Milli Kitabxananın saytında yaradılanMusiqi kitabxanasıhaqqında məlumat verən K.Tahirov Azərbaycan musiqisinə dair çap olunmuş kitabxananın fondlarında mühafizə olunan nəşrlərin elektron versiyasından ibarət tam mətnlərin yerləşdirildiyini, “Müəlliflik hüququ əlaqəli hüquqlar haqqındaAzərbaycan Respublikasının Qanunun icazə verdiyi ya müəlliflərin özləri tərəfindən rəsmi icazə verilən əsərlərin hamı üçün açıq olduğu, qalan ədəbiyyatdan isə yalnız kitabxananın lokal şəbəkəsində istifadə etmək mümkün olduğunu bildirib.

 

Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev öz çıxışında layihənin məqsədinin Azərbaycan musiqisinin dünya miqyasında respublikada geniş təbliğinə nail olmaq, xalqımızın musiqi irsinin, bəstəkarlarımızın əsərlərinin, xalq musiqimizin, folklorumuzun dünyada ən çox tanınan populyar olan beynəlxalq musiqi saytlarında portallarında, habelə Milli Kitabxananın saytında yerləşdirilməsi olduğunu söyləyib.

 

Bu gün haqqında danışılan layihənin son dərəcə vacib aktual olduğunu söyləyən Ə.Vəliyev bildirib ki, bu çox böyük bir tarixi missiyadır. Ardıcıl olaraq musiqimizin musiqi janrının bütün yenilikləri, musiqi sənətşünaslarının uğurları, Azərbaycan musiqisinin dünya çapında təbliği ilə bağlı təqdim olunan hər bir material, yazı, bəstəkar işi burada öz əksini tapacaq. Diqqətə çatdırıb ki, həlli son dərəcə vacib olan hər kəsin vətəndaşlıq borcu hesab edilən məqamlar da var. Dünyasını dəyişmiş görkəmli bəstəkarlarımızla bağlı olan evlərdə, hansısa bir xatirə guşələrində, ayrı-ayrı şəxslərdə, o cümlədən, musiqi məktəblərində olan ən xırda not materialının belə son dərəcə böyük dəyəri olduğunu söyləyən Ə.Vəliyev bildirib ki, bütün bunların qorunması təbliği üçün kitabxanaya təhvil verilməsi məqsədəuyğundur.

 

Nazir müavini qeyd edib ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması, milli dəyər kimi qəbul olunması istiqamətində böyük işlər görüb.

 

Xalq mahnılarımızın, Azərbaycanın böyük bəstəkarlarının əsərlərinin ermənilər tərəfindən mənimsənilərək beynəlxalq arenalarda təqdim olunmasına diqqət çəkən nazir müavini uzun illərdir bu istiqamətdə Müəllif Hüquqları Agentliyinin beynəlxalq səviyyədə mübarizə apardığını vurğulayıb.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və digər çıxış edənlər layihənin Azərbaycan tarixində böyük uğur kimi qiymətləndiriblər, fikir və təkliflərini söyləyiblər.

 

Sonra Beynəlxalq Musiqi Kitabxanası Layihəsi - Petruççi Musiqi Kitabxanası (imslp.org) və Milli Kitabxananın saytında yaradılan “Musiqi kitabxanası” təqdim olunub.

 

Qeyd edilib ki, “Azərbaycan musiqisinin dünyada təbliği” bölməsində 30 bəstəkarın 150-dək əsərinin notları, habelə 25 Azərbaycan xalq mahnısı, korifey ifaçılarımız - Bülbül, Rəşid Behbudov, Xan Şuşinski, Habil Əliyev, Ağaxan Abdullayev, Lütfiyar İmanov və başqalarının ifasında mp3 formatda yerləşdirilib. Balaban, kamança və digər milli musiqi alətlərində solo ifalar, hər bir milli musiqi alətinin rəngli təsvirləri, onların bizim milli musiqi aləti olması barədə annotasiya və haqqında qısa məlumatlar, Heydər Əliyevə həsr olunmuşBahar oğlu”, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilmişHumayun” və dünya şöhrətli bəstəkarlarımıza həsr olunmuş musiqi əsərlərinin mp3 formatda canlı ifada səsli təqdim olunub.

 

Sonda tədbir iştirakçıları kitabxananın fondlarında mühafizə olunan Heydər Əliyev Fondunun musiqi nəşrləri, musiqi ədəbiyyatı, not, disk və səsyazmalardan ibarət sərgi ilə tanış olublar.

 

525-ci qəzet.- 2016.- 5 mart.- S.12.