Azərbaycan kitabçılığının tədqiqinə dəyərli töhfə

 

İRADƏ ƏLƏSGƏROVANIN "AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBAT TARİXİ" MONOQRAFİYASI DÖVLƏT MÜKAFATINA TƏQDİM OLUNUB

 

 

Keçmiş SSRİ- nəşriyyat işi poliqrafiyanın baza məktəbi sayılan İ.Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunun ilk azərbaycanlı məzunu İradə Ələsgərova 1978-ci ildə "Yeni kitab" mətbəəsində sex ustası kimi fəaliyyətə başlayıb, kiçik bir zaman kəsiyində ona etibar edilən bir-birindən fərqli vəzifələrin (çap sexi üzrə mühəndis, yeni texnika, kəşf, ixtira səmərələşdrici təkliflər üzrə mühəndis, Baş mexanik) öhdəsindən gəlib, "Dövlətnəşrkom"da Baş mühəndis vəzifəsinə irəli çəkilib.

 

1980-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində (AKP MK-da) yaradılmış maliyyə-təftiş komissiyasının tərki-bində "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatının təsərrüfat fəaliyyətini yoxlayıb, yoxlamadan sonra MK-nın göstərişi ilə nəşriyyatda texniki nəzarət şöbəsinin rəisi təyin edilib. İradə xanım res-publikada KP-nin üzvlüyünə namizəd belə olmadan onun nomenklaturası daxilində vəzifəyə təyinat almış yeganə mütəxəssis olub. 1995-ci ilə kimi bu vəzifədə çalışmış, 1995-ci ildən kimya laboratoriyası, istehsalat texniki nəzarət şöbələrinin birləşməsindən yaranmış istehsalat şöbəsinə rəhbərlik edir.

 

Bu gün respublikada nəşriyyat-poliqrafiya işinin mahir bilicisi kimi tanınır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərin bədii-texniki tərtibatı üzrə eksperti olmaqla yanaşı, həm respublikanın nüfuzlu elmi nəşrlərində ölkə xaricində dərc olunmuş 50-dən çox elmi məqalənin, ali məktəb tələbələri üçün "Kitabın bədii texniki tərtibatı" adlı dərs proqramının (2008) dərsliyin (2010 2015), "Azərbaycan kitabının bədii texniki tərtibat tarixi" adlı monoqrafiyanın eyniadlı dərs proqramının müəllifidir. "Azərbaycan kitabının bədii texniki tərtibatı məsələləri" mövzusunda dissertasiyasını mütəxəssislər bu sahədə yazılmış ən dəyərli sanballı elmi-tədqiqat işlərindən biri kimi dəyərləndiriblər. Əməkdar mədəniyyət işçisi adına layiq görülmüş İradə Ələsgərova tarix üzrə fəlsəfə doktoru, "Qızıl qələm" mükafatı laureatıdır.

 

İradə Ələsgərovanın "Təhsil" nəşriyyatında çapdan çıxmış "Azərbaycan kitabının bədii texniki tərtibat tarixi" adlı monoqrafiyasında Azərbaycan kitabının, yazı yaranandan 2010-cu ilə qədər, keçdiyi tarixi inkişaf yolu - təxminən min ilə yaxın bir dövr izlənilir. Orta əsr əlyazmalarımız da daxil olmaqla zəngin kitab tərtibatı tariximizin bütövlükdə tədqiqat obyektinə çevrilib araşdırıldığı bu nəşrdə kitabın ilk dəfə tədqiqata texniki oxu vasitəsi, poliqrafiya məmulatı kimi deyil, yazar, ədəbi, elmi, texniki bədii redaktorların, poliqrafiya mütəxəssislərinin birgə əməyinin məhsulu kimi cəlb edilməsi, müəllifə, kitabı yaradanların funksiyalarının qarşılıqlı uzlaşdırılmasını aparıb hər birinin vəzifəsini nəşrdə yerini dəqiqləşdirməyə, uğursuzluqları şərtləndirən amilləri üzə çıxarıb çatışmazlıqların ara-dan qaldırılması yollarını aşkarlamağa imkan vermişdir. Nəşrdə kitab tərtibatına dair məsələlər pillə-pillə araşdırılıb təhlil edilməklə yanaşı, həm bədii tərtibat üsullarının təsnifatı verilir, bədii texniki ifadə vasitələrinin uzlaşdırılması aparılır, başlıca tərtibat meyarları, maddi-texniki bazanın kitab tərtibatında yeri dəqiqləşdirilir. Monoqrafiyada kitabın bədii texniki tərtibat xüsusiyyətlərinin ilk dəfə çap üsullarının texniki imkanları, poliqrafiya texnika texnologiyasının inkişaf səviyyəsi ilə əlaqəli araşdırılması həyata keçirilir ki, bu da tədqiqat prosesində əldə edilmiş qənaətlərin kitabçılığın bütövlükdə nəşriyyat-poliqrafiya sisteminin inkişafına təsirini elmi təcrübi müstəvidə tədqiq edib öyrənməyə imkan verir.

 

Nəşrdə diqqət çəkən məqamlardan biri müəllifin kitaba verilən tərtibatın mətnin dərkedilmə səviyyəsinə oxucuya göstərə biləcəyi təsirin əvvəlcədən hesablanmasının cəmiyyətdə ictimai rəyin tənzimlənməsinin mümkünlüyü ilə bağlı fikirlərdir. Bu tənzimləmə, şübhəsiz nəticədə cəmiyyətdə yazar, redaktor naşirlərin statusunun daha da yüksəlməsinə, onların ictimai rəyə təsir imkanlarının genişlənməsinə, deməli, ölkədə sabitliyin sivil yolla qorunub saxlanılmasına milli birliyin bərqərar olmasına, bir sözlə, müstəqilliyini bərpa etmiş gənc dövlətimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu da mövzunun  aktuallığını göstərməklə yanaşı, həm elmi işin dəyərini əhəmiyyətli dərəcədə artırır.

 

Milli kitabımızın minillik tərtibat tarixinin tədqiqi araşdırıcıya mövcud stereotipləri dağıdıb tək kitabşünaslıq sahəsində yox, həm siyasi-ideoloji baxımdan da mühüm əhəmiyyət kəsb edən elmi uğura imza atıb informasiya məkanına nəzarət mexanizminin (sivil yolla) işlənilib hazırlanmasının reallığını sübut etməyə imkan verir. Bununla da tək kitab tərtibatı sahəsində yox, həm informatika, yazı qrafikası, standartlaşdırma, sənətşünaslıq, poliqrafiya materialları istehsalı, texnologiya, kadr hazırlığı, psixofiziologiya s. sahələrdə gələcək tədqiqatların istiqamətini müəyyənləşdirib növbəti axtarışlara zəmin hazırlayan son dərəcə sanballı, gərəkli bir tədqiqat əsəri ortaya qoyulur; bütövlükdə nəşriyyat-poliqrafiya sisteminin inkişafını - kitab nəşri, reklam yayımını, poliqrafiya materialları istehsalını bu sahədə kadr hazırlığını təşkil etməyə, eləcə bütün bu funksiyaları həyata keçirməli olan subyektlər arasında qarşılıqlı əlaqələri tənzimləməyə imkan verən real təklif tövsiyələr, müddəalar irəli sürülür.

 

Müəllifin gəldiyi qənaətlər tək nəzəri materiala yox, həm tədqiqatçının 40 ilə yaxın bir müddətdə bilavasitə istehsalatda topladığı təcrübəyə söykənır.  Qənaətlərin düzgünlüyünü isə onun respublika səviyyəli Elmi seminarda dinlənilən mühazirəsi ("Respublika"qəz. ¹ 256, 17.11.2012, ¹287, 23.12.2012) "Respublika" qəzetinin ümumrespublika müstəvisinə çıxardığı, aparılan tədqiqatın nəticələri (təklif tövsiyələrin, müddəaların reallığı) ilə bağlı müzakirələrdə (¹007, 13.01.2013, ¹008, 15.01.2013, ¹009, 16.01.2013) A.Xələfli, Ç.Əlioğlu, K.Aslan, L.Məmmədova, B.Axundov, K.Tahirov, M.Mahmudov, Ə.İdrisoğlu, P.Kazımi, A.Hüseynov, T.Əhmədov digər ömrünü bu sahənin inkişafına həsr etmiş peşəkar naşir poliqrafçıların, görkəmli kitabşünasların yer almış fikirləri müzakirəyə vurulmuş yekun (¹001, 08.01.2014, ¹002,09.01.2014) da təsdiqləyir.

 

Monoqrafiya, humanitar elm sahəsində yazılan çox nadir elmi-tədqiqat əsərlərindəndir ki, təcrübi istifadəsi genişdir, tətbiqi var, məzmun forma etibarilə özündə bir sıra sahələr üzrə elmi yenilikləri əks etdirir. Nəşrdə, qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramından irəli gələn məsələlərin işsizlik probleminin həllinə kömək, sahibkarlığa dəstək baxımından da son dərəcə faydalı olan iqtisadi, texniki texnoloji işləmələr yer alır. Bütün bunların həyata keçirilməsi respublikada elmi-texniki tərəqqinin sürətlənməsinə əhəmiyyətli töhfə verə, çapa hazırlanan nəşrlərin tərtibat səviyyəsinin yüksəlməsinə şərait yarada bilər.

 

Min ilə yaxın bir dövrdə hazırlanmış əlyazma ilk çap kitablarının da müasir kitablarla yanaşı tədqiqat obyektinə çevrilib tədqiq edildiyi, kitab tərtibatı sahəsində öz sözünü deməyi bacarmış çoxsaylı yaradıcı şəxslərin əməyinin araşdırılaraq dəyərləndirildiyi nəşr gələcək tədqiqatçılar üçün zəngin material daşıyıcısı sayıla biləcək qədər etibarlı elmi-təcrübi mənbə, ali təhsil ocaqlarında milli irsimizi öyrənən tələbələrin - gələcək naşirlərin ixtisas səviyyəsini yüksəltməyə xidmət edə biləcək sanballı dərslik kimi xüsusi dəyər kəsb edir.

 

Hər bir xalqın mədəni səviyyəsinin başlıca göstəricisi sayılan, siyasi-ideoloji mübarizə silahı, təbliğat-təşviqat vasitəsi, etibarlı informasiya mənbəyi kimi qəbul olu-nan kitabın dövlətçilik ənənələrinin möhkəmlənməsinə, gənclərin intellektual səviyyəsinin yüksəlməsinə və onlarda milli təfəkkürün formalaşmasına istiqamətləndirilməsi, yenidən müstəqilliyini bərpa etmiş xalqın tarixi köklərinə və milli-mənəvi dəyərlərinə qayıdışını təmin etmək baxımından da xüsusi əhəmiyyət kəsb edir. Monoqrafiya, bu mənada milli kitab sənətimizin qədimliyini və zənginliyini bir daha təsdiqləyib göstərməklə yanaşı, həm də xalqımızın müstəqillik illərində beynəlxalq aləmdə yeni-yeni formalaşmağa başlamış imicinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verib milli kitab sənətimizin qədimliyinin, bədii və texniki kitab tərtibatı mədəniyyətimizin bənzərsizliyinin təbliği üçün geniş imkanlar açmış olur.

 

Deyilənləri elmin fərqli sahələrində özünü təsdiqləmiş onlarla nüfuzlu alimin, əsl peşəkarların kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə yer almış fikirləri də təsdiqləyir.

 

Monoqrafiya Odlar Yurdu Universiteti Elmi Şurasının 15 fevral 2016-cı il tarixli iclasında (protokol ¹ 05) geniş müzakirə olunub, şura üzvləri tarix üzrə fəlsəfə doktoru İradə Ələsgərovanın "Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi" adlı elmi əsərinin 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunması ilə əlaqədar qərar qəbul edib və məsələnin Komissiyada baxılması üçün Azərbaycan Respublikasının Elm, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası qarşısında vəsatət qaldırılıb.

 

Hesab edirəm ki, tanınmış mütəxəssis İradə Ələsgərova bu ali dövlət mükafatını almağa tam layiqdir.

 

Nəsir ƏHMƏDLİ

Filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.- 2016.- 10 mart.- S.7.