Anarın "Dədə Qorqud"  kinopovesti Özbəkistan mətbuatında

 

 

Daşkənddə özbək dilində işıq üzü görən “Cahon adabiyotı” jurnalında Azərbaycanın Xalq Yazıçısı Anarın “Dədə Qorqud” kinopovesti çap edilib.

 

Kitabı orijinaldan ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirib. U.Kuçkar uzun illərdir ki, Azərbaycan ədəbiyyatını özbək dilinə tərcümə edir.

 

Tərcüməçi əvvəllər Yusif Səmədoğlunun “Qətl günü”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, Elçinin “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı”, “Toyuğun diri qalması” povestlərini özbək dilində çap etdirib.

 

Son illərdə isə Usman Kuçkarın tərcüməsində Sabir Rüstəmxanlının “Göy tanrı” romanı, Anarın “Qırmızı limuzin” hekayələr kitabı, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları özbək dilində işıq üzü görüb.

 

Usman Kuçkar Anarın təxminən 15 çap vərəqi həcmində kitabını da çapa hazırlayır. Kitabın bu il oxuculara təqdim olunması nəzərdə tutulur.

 

525-ci qəzet.- 2016.- 10 mart.- S.7.