Bitib-tükənməyən “Müsbət enerji

 

RƏSSAM RİZVAN İSMAYILIN FƏRDİ SƏRGİSİ PARLAQ TƏƏSSÜRATLARLA YADDA QALDI

 

 

Bir təsvir mindən çox sözü əvəz edir. Maraqlıdır, həqiqətən. Bu cazibənin arxasında isə incəsənət dayanır. Rəssam Rizvan İsmayılın sözləri ilə desək, rəssam rənglərlə şeir yazan bəstəkardır.

 

Martın 7-də Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Gürcüstan Rəssamlar Federasiyasının yeganə azərbaycanlı üzvü Rizvan İsmayılınMüsbət enerjiadlı fərdi sərgisi açıldı. Martın 11-nə qədər davam edən sərgidə rəssamın sürrealizm abstraksionizm janrında əsərləri təqdim olundu. Bu tablolar ilk baxışdan rənglər rəsmlər barədə təcrübəsiz bir izləyici üçün bir az naməlum qalır. Şəxsən mənim üçün belə oldu. Rəssamın özü ilə həmsöhbət olduqdan sonra tablolardakı bu gizlilik, anlaşılmazlıq ortadan qalxdı. Çünki hər tablonun öz ideoloji qatı var.

 

Rizvan İsmayıl öz əsərləri haqda danışarkən qeyd edir ki, onu ən çox insan maraqlandırır, çünki insan Allahın şah əsəridir, bu səbəbdən insanın daxili dünyası onun əsərlərinin əsas predmetidir. Bununla yanaşı, rəssamın tablolarında ictimai- sosial, mənəvi- əxlaqi mövzulara da rast gəlirik.

 

Rizvan İsmayıl 1969-cu ildə Gürcüstanın Bolnisi rayonunun Zol- Güvəc kəndində doğulub. Orta təhsilini elə həmin rayonda alıb. 1986-90-cı illərdə isə Bakıda Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində tərtibatçı rəssam ixtisasına yiyələnib. Rəssamın iki yüzdən artıq yağlı boya qrafik əsəri var...

 

Sərgiyə aid kataloqu varaqladıqda, ekspozisiyanı dolaşdıqda iki tablo xüsusən yaddaşıma həkk olundu. Bu əsərləri müəllifin dilindən eşitmək tabloların mahiyyətinin açılmasında yardımçı oldu. Bunlardan biriQərblə Şərqin dialoqu (Pikasso Mircavad, yaxud...) adlanır. Dinamik bir mənzərədir - Mircavad -  Şərq danışır, Pikasso - Qərb isə onu dinləyir. Bu iki qütbün bir-birilə əlaqəsi, bu iki fərqli mədəniyyətin bir- birinə nələrisə çatdırma cəhdləri tarixən olub davam edəcək. Rəssam bu tabloda sözü Mircavada verərək bir az da bizə mənəvi üstünlük qazandırır. Texnoloji baxımdan biz Qərbdən geridəyik onlardan yararlanmaq məcburiyyətindəyik. Ancaq fəlsəfi mənəvi anlamda sahib olduqlarımıza baxsaq, Qərbin bizə çox ehtiyacı var Pikasso Mircavadı dinlədiyi kimi, Qərbin Şərqi dinləməsi zəruridir.

 

Diqqətimi çəkən ikinci tablo isə “Bəsirət gözüdür. Ümumiyyətlə, Rizvan İsmayılın bir çox tablolarında sufizmin, ilahi rahatlığın nişanələri var. Bunlar sanki rənglərlə kodlaşdırılıb: İnsanın əslində dörd gözü var. Bunlardan ikisi zahiri, ikisi isə batinidir. Tabloda hər göz üçün ayrıca sahə var. Mərkəzdə isə daha iri planda verilmiş tək göz dayanır. Bu, insanın sirlərdən agah olduğu, dünyaya gerçək məna verə bildiyi həqiqi gözüdür ki, bunsuz insanın mənəvi korluğu qaçılmazdır.

 

Eşqin üç dili”, “Oyuncaqlarda kodlaşmış xatirələr”, “Qapılar”, “Dənizdə ilahi parad”, “19-ların təzadı”, “Özünü tapmaq”, “Yaşıl həyat - ölüm”, “Qəlbin paklanması” kimi tablolar rəssamın istedadını, ustalığını açıq-aydın göstərir.

 

Sərgidə rəssamın qırx səkkiz tablosu nümayiş olundu. Tablolarda milli düşüncə üzərində qurulan mövzular üstünlük təşkil etsə də, bu millilik sərhədlərini ümumbəşəri planda aşa bilir.

 

Çıxışında Rizvan İsmayıl sərginin təşkilində rolu olan hər kəsə minnətdarlığını bildirdi. “Qalereya-1969”un sahibi Elçin Orucovun iştirakçılar üçün çox səmimi, isti bir mühit yaratdığını qeyd edən rəssam, açılışda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşova, dünya şöhrətli rəssam Sakit Məmmədova, eləcə də dəstək gördüyü hər kəsə, o cümlədən, rəsm kataloqunun hazırlanması işini öz öhdəsinə götürmüşParlaq imzalar” nəşriyyatına təşəkkürünü çatdırdı.

 

Sonda R.İsmayılın yaradıcılığı ilə bağlı daha bir sevindirici xəbər: bu ilin yayında Parisdəki Luvr muzeyində rəssamımızın  fərdi sərgisinin keçirilməsi planlaşdırılır.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 12 mart.- S.15