“Ənənədən gələcəyə”də milli geyimlər nümayiş etdirilib

 

 

Martın 17-də Muzey Mərkəzində Bakı Milli Geyim EvininƏnənədən gələcəyəadlı milli geyim dəfiləsi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, geyim evinin bədii rəhbəri Könül Vəlibəyli hər il Novruz bayramından əvvəl ənənəvi olaraq bu layihəni həyata keçirdiklərini deyib. Bildirib ki, dəfilədə Azərbaycanın bütün bölgələrinə xas olan 20-dən çox qadın, kişi uşaq geyimləri nümayiş olunacaq. Geyimlərin hər biri əl işidir geyim evinin kollektivi tərəfindən hazırlanıb.

 

K.Vəlibəyli onu da diqqətə çatdırıb ki, bir neçə ildir bu layihə ilə yanaşı, Bakı milli geyim evinin 50-dən çox geyimi ənənəvi olaraq hər il keçirilən Novruz bayramı şənliyində sərgilənəcək.

 

Dəfilədə qız oğlanlar milli geyimləriSarı gəlin”, “Azərbaycan maralıLaçınxalq mahnılarının, Ü.HacıbəylininArazbarıritmik muğamı, Q.QarayevinYeddi gözəlbaletindən valsın sədaları altında rəqs edərək nümayiş ediblər.

 

Balacaların milli geyimdə bayram ab-havalı mahnı oxuyaraq rəqs etməyi dəfiləyə xüsusi rəng qatıb.

 

Qeyd edək ki, Bakı milli geyim evi 2009-cu ildə təsis olunub. Geyim evindən Azərbaycanın bütün bölgələrinə məxsus milli geyimləri əldə etmək mümkündür.

 

525-ci qəzet.- 2016.- 19 mart.- S.13