Mələk timsallı

 

 

Uca Tanrının verdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib, xeyirxah əməllərdə görən,  xalqımıza xas yüksək əxlaqı, mənəvi dəyərləri parlaq xarakterində cəmləşdirən Tükəzban Cahangirova sözün həqiqi mənasında cənüb bölgəsinin nur çeşməsidir.

 

Bu işıqlı insanın öz vətəninə, millətinə bəxş etdiyi töhfələr sonsuzdur. O, təhsil elm sahəsində fəaliyyəti olan dəyərli alim, nəcib ziyalıdır. Keçdiyi şərəfli həyat yolunun hər günü öz şirinliyi ilə qəlblərə sevinc xoşbəxtlik gətirir. Eşqi, muradı yaratmaq olan  yurdumuzun alim qızının büllur kimi saf əməlləri dünyanı gözəlləşdirməklə ürəklərdə xalqın səadəti naminə  sevgi göyərdir. Elə yaxşılıq etmək Tükəzban xanımın ömür qismətinə Böyük Yaradan tərəfindən pay düşüb. Günəş nəfəsi aləmi isitdikcə, özü kamillik mənəviyyat zirvəsində daha parlaq görünür.

 

 Zəka  məşəli ilə  həyatlara  şölə  saçan  Tükəzban  Cahangirova  Lənkəran  şəhərindəndir . O dil ədəbiyyat  müəllimi  kimi fəaliyyətinə Lənkəran şəhər  6 saylı  məktəbdə  başlayıb. İlk  gündən  müəllim  adı ona  hər şeydən  uca  əziz olub. Qəlbinin  odunu  şagirdlərin  mənəvi  dünyasına  hopdura-hopdura millətin gələcəyi üçün çalışır. Tez geniş dünyagörüşü, biliyi, gözəl əxlaqı, sözə elmə olan sevgisi ona uğur qazandırır. Ən əsası dərs adlı sənət əsərində özünün bənzərsiz dəst-xəttini yaradır. Qəlbində gəzdirdiyi həyat eşqi, yaşatmaq, yaratmaq həvəsi hər an onu müşayiət edir. Bir müddət məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. O rahatlığı , həyatın  gözəlliyini şagirdlərinin uğurlarında, yeniyetmələrinin firavanlığında axtarır. Bir qayda olaraq geniş, çoxcəhətli pedaqoji fəaliyyəti, sənətinə vurğunluğu Tükəzban Cahangirova həmişə nüfuz gətirir. yurdu üçün qəlbində günəş odu yaşadır ki, dünyanın gözəlliklərini görməklə ömrümüz, günümüz mənalı olsun. Bütün bunlara görə Lənkəran elində böyük , kiçik   onun zəngin daxili aləminə , davranış ünsiyyət mədəniyyətinə, vətəninə olan sonsuz məhəbbətinə heyran kəsilir. Tükəzban xanımın ürəyindən keçən bütün işlər el-obasına , millətinə mənəviyyatına olan sevgidən başlayır. Yəni həyatda edirsə sevgi ilə edir.

 

T .Cahangirova 1999-cu ildə Pedaqoji  elmlər namizədi elmi dərəcəsini alıb. Lənkəranın ilk alim qadınıdır. Parlaq istedad böyük ürək sahibi olan Tükəzban xanım 15 il Lənkəran Pedaqoji Texnikumunda çalışıb. Həmişə tələbələrinə qayğı göstərib, arxa durub, uğurlarına sevinməklə onları xoşbəxt gələcəyə həvəsləndirib. Bəli, Tükəzban xanımın elmə sonsuz məhəbbəti , doğma yurduna qəlbən bağlılığı , xalqına təmənnasız xidməti texnikumda ondan layiqli nişanələr saxlayır. İndinin özündə onun qoyduğu yadigarlardan  yetərincə faydalanan müəllimlər çoxdur.

 

T.Cahangirova 2006-cı ildən Lənkəran Dövlət Universitetindədir. Vətənpərvər, milli qeyrət hissinə malik ziyalı, öz millətinin təəssübkeşi olduğuna görə burada böyük hörmət sahibidir. Həyatının mənasına nəcib xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr verir. Universitetdə baş müəllim, pedaqogika üzrə fəlsəfə doktoru kimi elmi fəaliyyəti çox dəyərlidir. Fəqət, bəşər övladına xas yüksək mənəvi əxlaqi dəyərlər onun xarakterinə, ruhuna elə hopub ki, hər əməli paklıq, saflıq dünyasından xəbər verir. Xalq üçün çalışmaq, yazıb-yaratmaq insanlara səmimi xidmət etmək istəyi Tükəzban xanımın dünyasından mənəvi aləmindən qaynaqlanır.

 

Tanınmış alim, pedaqoq, şair Tükəzban Cahangirova hər an fəaliyyətdədir. Məqamında öz sözünü deməyi bacarır. Sözə , elmə olan sevgisi onu həmişə uzaq edir. O , elə insandır ki, onunla ünsiyyətdə olmaq adama zövq verir. Həyatda çox alicənab, mehriban, sakit təbiətli, xeyirxah bir Azərbaycan xanımıdır. Onun haqqında bir şeirdə gözəl deyilir:

 

Qadınlıq nümunəsi, bizim səcdə yerimiz,

Ey gözəllər gözəli, əziz müəllimimiz.

Doğma bir ana kimi qəlbimizdə qor oldun,

Üzünüzdəki gülüş yolumuzda nur oldu.

 

Onu da deyim ki, pedaqogika elminin bütün incəliyinə dərindən bələd olan, ensiklopedik bilik, dərin zəka sahibi olan Tükəzban Cahangirova 2008-ci ildə fəxri professor adina layiq görülüb. O, iki kitabın ,1 dərs vəsaiti, ali məktəblər üçün pedaqogika proqramının, 5 metodik tövsiyənin, onlarla elmi məqalənin müəllifidir. Hazırda yeni dərslik üzərində çalışır. Tükəzban xanımın son aylar çapdan çıxmış dəyərli dərs vəsaiti olan kitabı "Müasir təlim texnologiyaları" adlanır. Vəsaitdə təhsilin orta, orta ixtisasali məktəb pillələrində müasir təlim texnologiyalarının tətbiqi imkanlardan  geniş bəhs edilir. Əsasən ali məktəblərdə "Müasir təlim texnologiyaları" adlı seçmə kursları aparanbu tipli fənlərdən dərs keçən müəllimlər üçün nəzərdə tutulub.  Kitabdan müəllimlər, tələbələr, dissertantlar, doktorantlar, pedaqojipsixoloji sahədə tədqiqat aparanlar istifadə edə bilərlər.

 

Ümumiyyətlə, dərslik yazmaq çətin işdir. Müəllifdən dərin bilik, yüksək təfəkkür, böyük pedaqoji ustalıq tələb edir. Tükəzban xanım alim-pedaqoq olmaqla bərabər, həm də həssas psixoloq olduğu üçün bu işi layiqincə görə bilir.

 

 Tükəzban xanımın bədii yaradıcılığı da zəngindir. Öz yaradıcılığında klassiklərə daim istinad edir. Odur ki , hər bir poetik əsəri oxucu qəlbinə tez yol tapa bilir. Millilik, dövlətçilik, vətənpərvərlik, doğma el-obaya sahiblik əsərlərinin ruhu və mahiyyətidir. Şeirləri, müxtəlif səpgili oçerkləri tez-tez mətbuatda dərc olunur. Bu da onu göstərir ki, xalqın tərəqqisi üçün Tükəzban xanım öz bacarığı, qabiliyyəti, eyni zamanda dərin zəkası ilə çox şeyə qadirdir. Gördükləri də ona xüsusi hörmət qazandırır. O, Yazıçılar Birliyinin, Azərbaycan Psixoloqlar Assosiasiyasının, Amerika " SORUS " proqramının, İstanbulda Azərbaycan Kültür Cəmiyyətinin üzvüdür.

 

Tükəzban xanım layiqli vətəndaş, nəcib ziyalı kimi bütün sevgilərə layiqdir. Tərbiyə etdiyi üç oğlu da öz xeyirxah, savab əməlləri ilə ananın adını ucaldırlar. Tükəzban xanım bütün işlərdə insanlara işıq tutur. Bu da çox gözəl ömürdür.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

525-ci qəzet.- 2016.- 29 mart.- S.8