Əyyub Quliyev beynəlxalq müsabiqənin münsiflər heyətində

 

 

Astanada görkəmli qazax bəstəkarı, tanınmış ictimai xadim pedaqoq Erkeqali Raxmadiyev adına dirijor vokal ifaçılarının birinci beynəlxalq müsabiqəsi keçirilib.

 

Müsabiqə Qazaxıstanın Mədəniyyət İdman Nazirliyi, Astana şəhər meriyası, bu ölkənin Elmlər Akademiyası Dövlət İncəsənət Universitetinin təşkilatı dəstəyi ilə reallaşıb.

 

Beynəlxalq müsabiqədə Rusiya, Qazaxıstan, Qırğızıstan digər ölkələrdən 104 gənc dirijor müğənni iştirak edib. Müsabiqənin təşkilat komitəsinə Xalq artisti, professor, Qazaxıstan İncəsənət Universitetinin rektoru, tanınmış skripka ifaçısı Ayman Musaxodjayeva sədrlik edib. Müsabiqənin münsiflər heyətində tanınmış sənət adamları ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev təmsil olunub.

 

Ə.Quliyev AZƏRTAC-a bildirib ki, münsiflər gənc ifaçıları dinləyib ən layiqlilərini qiymətləndirib.

 

Qaliblərin təqdimat mərasimi yekun konserti Qazaxıstan Dövlət İncəsənət Universitetinin böyük zalında keçirilib. Mərasimdə Əyyub Quliyevin dirijorluğu ilə Qazaxıstan Dövlət İncəsənət Universitetinin orkestri müsabiqənin laureatları çıxış edib.

 

Müsabiqə proqramı çərçivəsində musiqişünas alimlərin Beynəlxalq elmi-praktiki konfransı münsiflər heyəti üzvlərinin ustad dərsləri keçirilib.

 

525-ci qəzet.- 2016.- 30 mart.- S.4.