“Naxçıvan” Universitetində soyqırım qurbanları anılıb

 

 

Martın 30-da “NaxçıvanUniversitetindəXalqımıza qarşı erməni daşnaklarının bolşeviklərin birgə həyata keçirdiyi soyqırım-31 mart” mövzusunda konfrans keçirilib.

 

Universitetdən verilən məlumata görə, konfransda giriş sözü ilə çıxış edən ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev “Böyük Ermənistan” yaratmaq ideyalarından bu gün də əl çəkməyən ermənilərin iki əsr ərzində Azərbaycan xalqına qarşı yönəldilmiş vəhşiliklərindən, törətdikləri  faciələrdən, deportasiya  və soyqırım siyasətlərindən, eləcə də ermənilərin Naxçıvanda törətdikləri qırğınlardan söz açıb.

 

Sonra tərbiyə işləri üzrə prorektor Əli YusifovunMart soyqırımının –tarixi siyasi səbəbləri”, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun “XX əsr Azərbaycanlıların soyqırım və deportasiyası” mövzularında məruzələri dinlənilib.

 

Qeyd olunub ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmayıb. Bunun müqabilində isə ermənilər ötən illər ərzində saxta iddialarını ictimaiyyətə  “erməni soyqırımı” adlı avantüranı geosiyasi faktlara çevirməyə ciddi cəhdlə çalışıblar.

 

Ümummilli lider Heydər Əliyevin bu məqsədlə 1998-ci ilin mart ayının 26-da  imzaladığı  “Azərbaycanlıların  soyqırımı haqqında” Fərmanına toxunan məruzəçilər bu dövlət aktının ermənilərin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi  mart qırğınına  verilən obyektiv, tarixi, siyasihüquqi qiymət olduğunu vurğulayıblar.

 

Konfransın sonunda “Soyqırım və deportasiya tarixi” adlı slayd nümayiş olunub.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2016.- 31 mart.- S.4.