Azərbaycanqəzetində parlament hesabatları şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Vinoqradov - Bu gün bən iki pək ağır məsələ münasibətilə danışıram. Əvvəla insan qanı axıyor. Bu qanlı qitala xitam verməlidir. Biri budur ki, biz rus nümayəndələri burada olduğunu, danışıldığını anlamıyoruz. Fəqət hiss ediyoruz ki, müdhiş bir vaqeə var, qardaş qanı axıdılıyor. Biz təvəqqe ediyor, yalvarıyor, qışqırıyoruz: bəsdir ədavət, bəsdir qan axıdılması, yetər artıq! Bizə artıq qan tökmək lazım degildir. Biz çox məmnun oluyor, təbrik ediyoruz ki, nəhayət parlaman bu məsələyi açdı, ciddən əzm etdiniz, lazım gələrsə rus nümayəndəsi olan bu xırda bir dəstə dəxi bu məsələnin sülh təriqilə həlli üçün sizinlə gedəcəkdir. Gediniz onlara deyiniz: bəsdir bu müqəddəs qanı axıtdınız! Hər bir məsələyi sülh ilə həll etmək olar. Bizim bu xırda dəstəmiz lazım olarsa hazırda sizinlə gedib desin: Bəsdir qan, aralanın! (Alqışlar).

 

Şeyxülislamov - Möhtərəm Məclisi-Məbusan əzası! Sosialist yoldaşlarım öhdəmə ağır bir vəzifə atmışlardır. Bu vəzifə bir milləti töhmətləndirib digərini müdafiədən ibarət olmayıb, həqiqətin ayaqlar altına atıldığını kimlər tərəfindən icra edildigini aydın göstərməkdir. Qafqasiya millətləri Rusiya inqilabından sonra öz muxtariyyətlərini əllərinə aldıqda bir yerə toplanaraq öz müqəddəratlarını qüvvətli bir əsas üzərinə qurmalı idilər. Fəqət böylə olmadı. Qafqasiya millətləri arasında milli təəssüb başını qaldırdı. Yenə qanlar çay kibi axıdıldı. Biz sosialistlər bu qiyaməti qoparanlar əleyhinə protesto elan ediyoruz. Əgər bu fəlakətlərin qabağı alınmazsa Qafqasiyamız Balkan yarımadası kibi qan dəryasına dönə bilər. Görünür ki, burada xırda millətlər cahangirlik məqsədi təqib ediyorlar. Necə ki, yoldaşım Əhməd Cövdət də dedi. Burada adi müharibə yoxdur. Yekdigərini anlamamazlıq müşahidə olunur. Rəisi-Vükəla burada diyor ki, hökumət çalışıyor. Amma biz bunu qəbul etmiyəcəgiz. Çünki çalışılmış olsaydı qitala xitam verilərdi. Əsl məsələ hüdud məsələsidir. Qanlar bunun üçün axıdılıyor. Hökumət rəisi diyor ki, biz Andronikin erməni hökumətilə heç bir əlaqəsi olmadığı həqqində məlumat aldıq. Lakin bən bu fikrə iştirak edəməm. Zira dağlar başında yaşayan xüsusi dəstələrin bir-birilə dava edib qan tökmələrinin özü-özündən vücuda gəlməsinə inanılmaz. Məlum oluyor ki, bu hərəkətin hazırlanmış bir layihəsi vardır ki, Sinayin dağlarından Şuşa dağlarınadək toplar gurulduyor, qanlar sel kibi axıyor. Bu layihə ermənilər içində böyük mövqe tutanDaşnaksütyun” firqəsi tərəfindən hazırlanmışdır. Burası Tiflis demokrasi müşavirəsində də aydın oldu. Burada məzkur firqənin sərhəd proqramı göstərildi: baxıldı qəbula keçmədi. O zaman daşnak nümayəndəsi Karçikyan bu proqram qəbul edilməsə bir daha müşavirəyə iştirak etməyəcəklərini söylədi. Şimdi Azərbaycan və Sinayin dağlarında tökülən qanlar haman bunun nəticəsidir. İnsaniyyət nöqteyi-nəzərindən “daşnak”ların bu proqramı qeyri-məqbul bir şeydir. Biz dəxi heç vəqt razı olmarız ki, bu proqram üzərinə Azərbaycan ərazisi Ermənistana verilsin. Zənnmizcə bu qanların günahı tamamilə milli firqələrin, xüsusən özünə sosialist adı verən firqələrin öhdəsinə düşüyor. Hamansosialist” firqələri ümum demokratiya hüzurunda cavabdehdirlər. Biz çalışmalıyız ki, sərhəd məsələsi qan tökülmədən sülh təriqilə həll edilsin. Bu yolda işləməyi gələcək hökumətdən də tələb edəcəgiz. Bu qiyaməti qoparan, ümumqafqasiya asayişi pozan, dağları al qana boyayan ancaqDaşnaqsütyun” firqəsidir. Məəttəəssüf burada daşnaq yoxdur ki, sözümü açıq onun üzünə deyəm. Azərbaycan hökuməti ermənilər ilə əlaqə bağlamalı, bunun üçün Ermənistana səfir təyin etməli və çalışmalıdır ki, buraya da erməni səfiri təyin edilsin.

 

Biz məsləkcə müharibəyə zidd olmaqla bərabər rəsmi davaya şükr edəriz. Çünki orada dinc əhalinin hüququnu mühafizəedici qanunlar var, burada isə müharibə, degil qətliam olaraq qoca qarılar, uşaqlar qırılıyorlar. Dinc əhalinin xanimanları dağılır, özləri səfil sərgərdan çöllərdə qalıyorlar. Bizim parlamana qəti təklifimiz budur ki, hökumət Ermənistan ilə münasibatı aydınlaşdırıb bu məsələyi həll etsin. Ümidvarız ki, yaxın zamanda Qafqasiya millətlərinin konfransı dəvət edilərək millətlər əlaqəsi sazlaşarbirkonfederatsion” (hökuməti-müştərəkə) vücuda gətirilər. Böylə olursa nahaq qan tökülməz. Bunu da xahiş edirəm ki, kənardan qüvvə almağa çalışılmasın.

 

Qarabəyli Qarabəy - Möhtərəm məbuslar! Rəisi-Vükəlanın bəyanatından anlaşılıyor ki, hökumətimiz lazım gələn tədbirləri görmüşdür. Biz buna inanmalıyız ki, hökumət bu işlərə etidali-dəmlə baxa bilməzdi. Fəqət Rəisi-Vükəla diyor ki, “əlimizdə olan qüvvə ilə nə qədər mümkündür çalışdıq və çalışacağız”. Doğrudan da əllərində nə qədər qüvvələri varsa çalşıblar. Lakin bununla bərabər Qarabağda Andronikin dəstəsi tərəfindən müsəlman kəndləri dağıdılmaqda, evlər, xanimanlar bərbad edilməkdədir. Arvad, uşaq dağlara, meşələrə qaçıyor. Rəisi-Vükəla bu işlərin bir daha olmayacağına təminat vermədi, verə də bilməzdi. Bizbundan artıq tələb edə bilməriz. Çünki bir adam, bir hökumət ancaq əlində olan qüvvəsi qədər görə bilər. Böylə qüvvənin olmadığını bilməklə bərabər bən vətənimi də çox istiyoram, millətimi də çox seviyoram, vətənimin bir qarış toprağının ermənilərə verilməsini istəmiyoram. Gördünüz ki, Qarabağa ingilis heyəti-mürəxxəsəsi göndərilməsindən bir şey çıxmadı. Deməli bizim öz qüvvəmiz olmalıdır və əlimizdə olan qüvvənin həpsini toplamalıdır ki, bu hərəkətlərin qabağını öz qüvvəmizlə alalım. Hökumətə deməliyiz ki, hazırda onun əlində bir qüvvə olmalı idi. Gərək bu vəqtədək bir tədarük görülmüş olaydı. Görülməmişsə, barı bundan sonra tədbirlər görülməlidir. Rəisi-Vükəlayə verdigi bəyanata qarşı razılığımızı bəyan etməklə bərabər parlamanımız hökumətdən tələb etməlidir ki, hökumət qüvvə düzəltsin ki, Andronikonun kimiləri tərəfindən baş göstərən hərəkətlərin qabağı alına bilsin. Böylə hərəkətlərin önü imdidən alınmazsa mümkündür ki, “daşnaqsütyun” proqramının tələb etdigi çay hüdudilə də qənaətlənməyərək gələcəkdə bəriyə də atlasınlar, sonra gəlib Gəncəyi də almaq istəsinlər ki, o surətdə artıq istiqlaliyyətimizdən bir əsər qalmaz. Binaənileyh bu uğurda imdidən qəti surətdə hazırlıqlar görülməlidir. (Sağdan və mərkəzdən alqış).

 

Bitmədi.

 

Azərbaycan Məclisi-Məbusanının Gürcüstan və Ermənistan Məclisi-Məbusanlarına müraciəti

 

Məclisi-Məbusanda qəbul edilmiş qətnamə mövcibincə Heyəti-rüəsa tərəfindən Tiflis və İrəvana işbu məzmunda teleqram göndərilmişdir:

 

Gürcü və erməni parlamanları sədrlərinə: Bütün cahan millətləri qanlı müharibədən sonra silahı buraxıb sülhi-ümumiyə tərəf getdiyi bir halda öz istiqlaliyyətlərini elan etmiş Qafqasiya millətlərinin sülh ilə yaşamaları onların istiqlaliyyətə layiq olduqlarını göstərmək üçün ən birinci dəstavüz olduğu bir halda Azərbaycan Məclisi-Məbusanı dərin bir yəs və hüzn ilə qonşu Gürcüstan və Ermənistan cümhuriyyətləri miyanındakı qanlı toqquşmalar xəbərini aldı.

 

Qanuni-əvvəlin 20-də fövqəladə surətdə dəvət edilmiş Azərbaycan Məclisi-Məbusanı iclası ümumiyyətlə qəbul etmişdir ki, Ermənistan və Gürcüstan parlamanlarına bəradəranə müraciətlə qanlı toqquşmaların önünü almaq üçün öz hökumətləri nəzdində iqdamat və təşəbbüsatda bulunmalarını rica etsin.

 

Bütün Qafqasiyanın demokratiyasının arzusu budur ki, ixtilaflı məsələlər sazişlə və ya hökm vasitəsilə həll edilsin. İşbu qərardan kənar çıxmış hər hanki tərəf olursa-olsun cahan demokratiyası nəzərində məsul olmaqla Ermənistan, Gürcüstan demokratiyası ilə bərabər ümumi Qafqaz millətləri ittifaqını fəlakət və zillətə düçar etmiş olur.

 

Azərbaycan Parlamanı, qardaş səsilə siz, həqiqi xəlq nümayəndələrinə müraciətən qan tökməgin önünü almağa, Zaqafqasiya millətlərini yeni qan dəryasına salmamağa dəvət ediyor. Zira ki, bu qan və yanğınında bizim hürriyyət və istiqlalımız dəxi məhv və tələf olacağı şübhəsizdir”.

 

“Azərbaycan”, 23 dekabr 1918, ¹71

 

İrsal-mərsul - məktublaşma

Təəssüb - fanatizm

Şükr - razılıq bildirmə

Yəs - məyusluq

 

Azərbaycan Məclisi-Məbusanında 4-cü (fövqəladə) iclas (keçən nömrələrdən mabəd) Qarabağ həqqində

 

Abdulla bəy Əfəndiyev - Möhtərəm məbusan! Aləmşümul müharibə yavaş-yavaş qurtarmağa üz qoyaraq mütarikə elan edilən zaman vətənimiz müharibə yükü altında inliyordu. Mütarikə hələ vətənimiz tamamilə bizə qarşı ədavət göstərən taifəhlərdən təmizlənməmiş elan edildi. Fəqət bununla bərabər millətimiz mütarikə qanununa tabe oldu: bu fikirlə ki, qonşularımızla həll edilməmiş qalan ixtilaflı məsələlərimizi sülh konfransında həll edəriz. Zira böyük millətlərin Avropanın möhtəşəm əskəri və texnika qüvvəsilə həll edəmmədigi məsələləri bittəbii biz dəxi silah gücilə həll edəmməzdik. Biz böylə zənn etdik ki, qonşularımız da mütarikəyə tabe olacaq və amali-milliyyələrinə tamamilə nail olmamışlarsa, istəkləri bilkülliyyə əllərinə çatmamışsa, böylə məsələlərin həllini konfransa mühəvvəl edəcəklərdir. Məəttəssüf zənnimiz yanlış çıxdı, bir qədər keçməmiş ixtilaflı məsələlərin həlli və ümumi sülh konfransında Zaqafqasiya millətlərinin müttəhidən fəaliyyətdə bulunaraq istiqlalımızı müttəfiqən müdafiə və mühafizə etmələri üçün zəminə hazırlamaq qəsdilə gürcü hökumətinin təşəbbüsilə Tiflisdə sülh konfransı dəvət edildikdə erməni hökuməti nümayəndə göndərmədi və konfrans baş tutmadı. Aşkar oldu ki, erməni hökuməti Qafqasiya millətlərinin sülhcuyanə siyasətinə ziddir. Biz yenə inanıyorduq ki, bir qədər danışıqdan sonra saziş hasil olar. Lakin zənnimiz batil oldu. Son hadisat göstəriyor ki, onlar saziş axtarmıyor, ixtilafı sülh ilə yatırmaq istəmiyorlar. Açıq deyəlim ki, hazırda vaqe olan hadisə quldur işi olmayıb ən adi, müəyyən plan üzərinə müəyyən məqsədlə icra edilən bir müharibədən ibarətdir. Sinayindən Qarabağadək bir xətt boyunda dağlar uzunu təcavüz hərəkatı açmaq adi bir müharibədir. Bunu başlayanlar fürsətdən bilaistifadə naili-məram olmaq istiyorlar. Biz böylə hərəkətlər müqabilinə protesto edərək hökumətimizdən dəxi lazımınca tədbir görməsini, mümkün olan qədər məsələnin sülh təriqilə həllinə çalışmasını və mümkün olmazsa sair çarələrə təvəssül qılmasını tələb ediyoruz. Bəziləri diyorlar ki, hazırda bizim qüvvəmiz yoxdur. Yanlış bir fikirdir. Millət böyük bir qüvvədir. Millət görsə ki, vətən, istiqlal müdafiəsinə qalxışmaq lazımdır, dərhal çətəçilər müqabilində cümhuriyyətimizi müdafiə və mühafizəyə hazırdır. Hökumətimiz millətin böylə hazırlığına istinad edərək, məsələyi sülh ilə həll etmək mümkün olmazsa, qüvvə müqabilinə qüvvə çıxara bilər.

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 7 may.- S.21