Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi

 

Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev kitaba və kitabxanaya da həmişə böyük dəyər vermişdir.

Kitabı mənəvi zənginliyin elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.

Məhz bu dəyər diqqətin nəticəsi olaraq Heydər Əliyev hətta Azərbaycan üçün çox ağır olan 1995-1997-ci illərdə 4 dəfə M.F.Axundov adına Dövlət Kitabxanasında olmuş həmin kitabxananın işləri ilə yaxından maraqlanmışdır. Bu səfərlər Milli Kitabxananın həyatında böyük dönüşlərlə yadda qalmış onun inkişafında əhəmiyyətli rol oynamışdır. Böyük fəxarət hissi ilə qeyd etmək lazımdır ki, hazırda özünün sürətli inkişafı modernləşmə dövrünü yaşayan Azərbaycan Milli Kitabxanasının yenidənqurma konsepsiyasının əsası da XX əsrin 90-cı illərinin ortalarında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. İlk dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanan Ulu Öndər özünün ciddi çətinlik dövrlərini yaşayan bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırmışdır.

Ulu öndər Heydər Əliyev 1995-ci il iyun ayının 3-də Milli Kitabxanaya gələrək Vətənə, dövlətə, xalqa sədaqət andı kitabının təqdimat mərasimində iştirak etmişdir. O zaman M.F.Axundov adına Dövlət Kitabxanasının fəaliyyətini orada çalışan insanların əməyini yüksək qiymətləndirən Ulu Öndər demişdir: Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən biri olan M.F.Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir... Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət ehtiram hissi duyuram. Kitabxanaya burada çalışan insanlara hörmət ehtiramımı bildirmək istəyirəm. Bu fikirlər Heydər Əliyevin kitaba, kitabxanaya bir elm məbədi, bilik xəzinəsi kimi necə dəyər verdiyini əyani şəkildə göstərir. Kitaba, mütaliəyə böyük maraq göstərən onlardan kifayət qədər bəhrələnən insan bu fikirləri söyləyə bilərdi.

Ümummilli liderimiz kitabxananın fondunun yeni ədəbiyyatla necə komplektləşdirilməsi ilə maraqlanmış bu işin çox vacib olmasını söyləmişdir. Ulu öndər kitabxanaya çox az sayda yeni ədəbiyyatın daxil olduğunu görərək demişdir: Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Ona görə bizim bu mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun. Eyni zamanda bunu nəzərə alaraq öz şəxsi kitabxanasından 300 nüsxəyədək çox qiymətli kitabı Milli Kitabxanaya hədiyyə etmişdir. Bununla da o, böyük şərəfli bir ənənəyə başlanğıc vermişdir. Ulu öndər kitabxanadakı çıxışı zamanı bu məsələyə toxunmuşdur: Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs davam edə bilər. Doğrudan da, xalqımızın böyük oğlunun bu dahiyanə çağırışı cavabsız qalmadı. Onun çağırışına səs verən görkəmli alimlərimiz ziyalılarımız mərhum akademiklərimiz Ziya Bünyadov Budaq Budaqov, Xalq yazıçısı Elçin, teatrşünas-alim Ədalət Vəliyev başqaları Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli miqdarda kitablar bağışladılar.

Heydər Əliyev M.F.Axundov adına Milli Kitabxanaya növbəti dəfə 1997-ci il noyabrın 5-də Azərbaycan qaçqınları fotoalbomunun təqdimat mərasimi zamanı gəlmişdir. O vaxt ulu öndər Milli Kitabxananın fondundakı xarici ədəbiyyatlarla da maraqlanmışdır və məlum olmuşdur ki, bir neçə ildir, Milli Kitabxananın fonduna xarici dillərdə yeni ədəbiyyat daxil olmur. Diqqəti bu məsələyə çəkən ulu öndərimiz oradaca Baş nazirə göstəriş vermişdir ki, Milli Kitabxanaya xarici dillərdə yeni ədəbiyyatın alınması məqsədilə 5000 ABŞ dolları həcmində əlavə vəsait ayrılsın və bu vəsait hər il nəzərdə tutulsun. Ulu öndərin bu göstərişinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin gün dərhal bu barədə müvafiq qərar qəbul etmiş və həmin ildən başlayaraq hər il kitabxanaya xarici ədəbiyyat və xarici dövri nəşrlər almaq üçün 5000 ABŞ dolları həcmində vəsait ayrılmışdır. Bu gün bu məbləğ hamı üçün kiçik görünsə də, o zaman üçün çox böyük məbləğ hesab olunurdu. Nəzərə alsaq ki, həmin dövrdə Milli Kitabxananın illik büdcəsi bütövlükdə heç beş min dollar deyildi, bu zaman bu məbləğin kitabxananın fondunun xarici kitablardövri nəşrlərlə komplektləşdirilməsində böyük rol oynadığı daha aydın görünər.

Ulu Öndər Heydər Əliyevin Milli Kitabxananın fonduna öz şəxsi kitabxanasından bağışladığı kitablar bu gün həmin kitabxananın Nadir kitablarKitabxana muzeyi şöbəsində böyük qayğı ilə mühafizə olunurkitabxana fondundakı ən qiymətli kolleksiya kimi oxuculara, gənclərə, kitabxananın qonaqlarına və kitabxanaya ekskursiyaya gələn məktəblilərə və universitet tələbələrinə böyük fəxrlə nümayiş olunur.

Bu kolleksiyanın tərkibinə nəzər salarkən

oradakı çoxsahəlilik və yüksək mütaliə mədəniyyəti diqqəti cəlb edir. Həmin kitabların içərisində incəsənətə, mədəniyyətə, arxitekturaya, Azərbaycan tarixinə, coğrafiyasına, Türkiyə və cənubi Azərbaycan ədəbiyyatına, ədəbiyyatşünaslığa, milli adət və ənənələrimizə, kənd təsərrüfatına, islam dininə və müxtəlif dinlərə, dünya ölkələrinin tarixinə və ictimai həyatına, Qarabağın tarixi və probleminə dair Azərbaycan, rusdünya klassiklərinin və müasir yazıçıların əsərlərinə, uşaq ədəbiyyatı nümunələrinə və digər nəşrlərə rast gəlmək olur. Bütün bunlar bir tərəfdən Ulu Öndərin mütaliə dairəsinin genişliyinin bariz nümunəsi olduğunu göstərsə də, digər tərəfdən bu böyük şəxsiyyətin bütün elmlərə marağının nümunəsi kimi qiymətləndirilməlidir. Ulu Öndərin bütün elmlərə vaqif olduğunun hər birimiz dəfələrlə şahidi olmuşuqbir sıra xarici jurnalistlərin ona verdikləri Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsinizbu qabiliyyət Sizdə haradandır? sualına Heydər Əliyev cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır. Doğrudan da bu kitablara, onların geniş tematikasına və həmin kitabların içərisində aparılan qeydlərə nəzər yetirərkən dahi şəxsiyyətin bu fikrinə tam əmin olursan. Yaxşı bir deyim var: Nə oxuduğunu de, mən deyim sən kimsən. Bu deyim kitabın, mütaliənin Ulu Öndərin həyatında oynadığı rola əyani misal ola bilər.

Xalqımızın Ümummilli Liderinin Milli Kitabxanaya bağışladığı kitabları vərəqləyərkən və orada Ulu Öndərin öz əli ilə apardığı qeydlərlə tanış olarkən bu dahi şəxsiyyətin mütaliə qabiliyyətinə və məsələlərə düşüncəli şəkildə müdaxilə etmə qabiliyyətinə valeh olmamaq olmur. Tarixi hadisələrə tarixçi kimi müdaxilə etmək, ədəbiyyat məsələlərinə ədəbiyyatşünas alim kimi münasibət göstərmək, incəsənət əsərlərinə və arxitekturaya böyük zərgər dəqiqliyi ilə yanaşmaq, Nizaminin, Füzulinin, Sabirin, Cəlil Məmmədquluzadənin, Şəhriyarın, Məmməd Arazın və başqa şair, yazıçı və dramaturqlarımızın əsərlərinə yaradıcı yanaşaraq müəyyən qeydlər etməsi Ulu Öndərin sadəcə mütaliəçi deyil, həm də geniş təxəyyülə malik bir insan olmasına dəlalət edir.

Bu qiymətli kolleksiyada diqqəti çəkən bir kitab da var ki, o da Ulu Öndərin Müqəddəs Həcc ziyarəti zamanı ona bağışlanan Qurani Kərim kitabıdır. Dahi Heydər Əliyev onun üçün çox əziz olan bu kitabı da Milli Kitabxanaya bağışlayarkən demişdir ki, ...Orada-islam dininin mərkəzi olan Məkkədə mənə Quranın nüsxəsini bağışlamışlar. Çox nəfis şəkildə buraxılmış bu nüsxələrdən birini də Dövlət Kitabxanasına verirəm. Bu faktın özüUlu Öndərin Milli Kitabxanaya müqəddəs bir elm və mənəviyyat məbədi kimi yanaşmasının bariz nümunəsidir.

Milli Kitabxana Ulu Öndərin onun fonduna bağışladığı qiymətli kitabları zaman-zaman bu fenomen şəxsiyyətin yubileyləri münasibətilə keçirilən tədbirlərdə böyük fəxrlə nümayiş etdirir və gənclərə onlar haqqında böyük məhəbbətlə danışır. Həmin kitabları seyr edən gənclər bu dahi şəxsiyyətin elmi və təfəkkür dairəsinə, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasında kitabların və mütaliənin roluna, elmi biliklərə yiyələnməyin məhz kitablardan keçməsinə bir daha əmin olurlar. Bu kitab kolleksiyası bugünədək DİN-in Polis Akademiyasının və Sumqayıt Dövlət Universitetinin kursantlarına, tələbə və müəllim heyətinə nümayiş olunmuşdur.

Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə həmin kolleksiya ilk olaraq cəbhə bölgəsində Tərtər rayonundakı Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyəti ilə Milli Kitabxananın birgə təşkil etdiyi sərgi-konfransda nümayiş olunmuşdur. Bu tədbirlərin davamı olaraq bu həftə Ulu Öndərin 93 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə - Milli Kitabxananın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə keçirəcəyi Kitabxanaşünaslıq elmi və təcrübəsi:gələcəyə çağırışlar mövzusunda Beynəlxalq Elmi konfransda, habelə Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin Milli Kitabxana ilə birgə keçirdiyi Sərgi-Konfrans çərçivəsində nümayiş olunmuşdur.

 

 

Kərim TAHİROV

M.F.Axundzadə adına Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor

525-ci qəzet.- 2016.- 7 may.- S.7