Akademik Əbdülkərim Əlizadənin 110 illiyi qeyd olunub

 

 

AMEA-nın Şərqşünaslıq İnstitutu görkəmli şərqşünas alim, akademik Əbdülkərim Əlizadənin 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirdi.

 

AMEA-nın əsas binasında keçirilən tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva akademik Əbdülkərim Əlizadənin İnstitutun ilk direktoru olduğunu qeyd edərək, görkəmli alimin həm Azərbaycan mətnşünaslığının banisi hesab olunduğunu söylədi. Məhz Əbdülkərim Əlizadənin rəhbərliyi altında ilk dəfə mətnşünaslıq sahəsində başlanıb.

 

Akademik Əbdülkərim Əlizadənin SSRİ- xaricdə tanınan alimlərimizdən olduğunu, elmi əsərlərinin hazırladığı elmi-tənqidi mətnlərin bir çox xarici ölkələrdə onu məşhurlaşdırdığını deyən G.Baxşəliyeva, böyük alimin "XIII-XIV yüzillikdə Azərbaycanın sosial-iqtisadi siyasi tarixi" adlı monoqrafiyasının Azərbaycanın monqol istilası dövrünü əks etdirən qiymətli bir əsər olduğunu qeyd etdi, tənqidi mətnlərini hazırladığı əsərlərdən, o cümlədən, Rəşid-əd-dinin "Came-ət-təvarix", Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur-əl-katib fi təyin-əl-məratib" əsərlərindən söz açdı.

 

G.Baxşəliyeva Nizaminin "İsgəndərnamə" poemasının "Şərəfnamə" hissəsinin elmi-tənqidi mətnini yüksək elmi səviyyədə hazırladığı üçün Ə.Əlizadəyə əsərin redaktoru professor Y.E.Bertelsə Nizaminin 800 illik yubileyi münasibəti ilə 1948-ci ildə SSRİ Dövlət Mükafatı verilməsini xatırlatdı.

 

Əbdülkərim Əlizadənin eyni zamanda fəal bir təşkilatçı ictimai xadim olduğunu söyləyən Gövhər xanım akademikin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə görülən işlərdən söz açdı.

 

Sonra Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək akademik Əbdülkərim Əlizadəni bir universal alim kimi dəyərləndirdi. İ.Həbibbəyli universal düşüncəyə malik olmasının Ə.Əlizadəni fərqləndirən ana keyfiyyət olduğunu bildirdi.

 

Əbdülkərim Əlizadənin bu gün şərqşünas alimlər üçün bir örnək olduğunu deyən İ.Həbibbəyli onu ilk növbədə bir mətnşünas kimi xarakterizə edərək, alimin Azərbaycanda mətnşünaslıq məktəbini yaratdığını, elmimizə bir çox qiymətli əsərlər bəxş etdiyini vurğuladı.

 

İ.Həbibbəyli Ə.Əlizadənin mətnşünas kadrların yetişdirilməsində, xidmətlərindən, təşkilatçılıq fəaliyyətindən söz açdı.

 

Sonra məruzələr dinlənildi.

 

AMEA Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev "Akademik Əbdülkərim Əlizadə Azərbaycan şərqşünaslığı" mövzusunda məruzə etdi. Akademik Əbdülkərim Əlizadənin müasir şərqşünaslıq tarix elminin inkişafında müstəsna yer tutan alimlərdən biri olduğunu bildirən Ş.Mustafayev məruzəsində onun həyat yolundan ətraflı söz açdı, şəxsi elmi taleyini öz dövrünün, xalqının ölkəsinin taleyinin güzgüsündə dəyərləndirdi, akademik Əlizadənin Azərbaycan şərqşünaslıq elminin formalaşması inkişafındakı rolu haqqında fikirlərini bölüşdü.

 

Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq yazılı abidələrin tədqiqi nəşri şöbəsinin müdiri professor Mehdi Kazımov "Akademik Əbdülkərim Əlizadə mətnşünas alim kimi" mövzusunda məruzə etdi. M.Kazımov məruzəsində Ə.Əlizadənin mətnşünaslıq sahəsində xidmətlərindən söz açaraq, akademikin elmi-tənqidi mətnlərini hazırladığı əsərlərdən ətraflı danışdı.

 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi professor Şahin Fərzəliyev "Akademik Əbdülkərim Əlizadə necə varsa" mövzusunda məruzə etdi. Məruzədə akademikin şəxsi elmi keyfiyyətlərindən söz açan Ş.Fərzəliyev, Ə.Əlizadəyə ithaf etdiyi bir neçə şeirini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

 

Sonda məruzələr ətrafında çıxışlar oldu alimlərin akademik Ə.Əlizadə haqqında xatirələri dinlənildi.

 

525-ci qəzet.- 2016.- 18 may.- S.2.