Aydınlıq layihəsi: "Azərsu" 20 il sonranı necə qurur?

 

"Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər"

 

 

"Milli Su Təchizatı Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində 2007-ci ildə Azərbaycan hökuməti Dünya Bankı arasında Kredit Sazişi imzalanır. Məqsəd şəhər rayon mərkəzlərində, o cümlədən, onlara yaxın kəndlərdə etibarlı davamlı su təchizatı kanalizasiya xidmətlərinin təmin etməkdir.

 

Layihə çərçivəsində cəbhəyanı rayonlardan biri olan Tərtərin su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması da nəzərdə tutulub. "Tərtər şəhərinin içməli su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Tərtərdə 26 min nəfərin içməli su kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanıb. Layihə çərçivəsində gələcəkdə 21 min nəfərin yaşadığı rayonun 11 kəndinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Ümumilikdə bu layihədən 47 min nəfər faydalanacaq.

 

Layihəyə əsasən, rayon mərkəzini ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün 9 ədəd subartezian quyusunun qazılması layihələndirilib. Tərtər şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə 3,6 km uzunluğunda magistral su xətti 2 su anbarı tikiləcək. Şəhərdə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yenidən qurulması məqsədilə 110 km uzunluğunda paylayıcı şəbəkə yaradılacaq, 2959 ünvana birləşmə veriləcək hər bir abonent smart-kart sayğacla təmin olunacaq.

 

Layihəyə uyğun olaraq Tərtər şəhərində kanalizasiya şəbəkəsi yaradılacaq. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün kanalizasiya xətti, 2672 kanalizasiya quyusu tikiləcək, 2900-dən çox ünvana birləşmə veriləcək, tullantı sularının kənarlaşdırılması məqsədilə kanalizasiya kollektoru inşa ediləcək. Tərtər şəhərində yaranacaq tullantı suları gələcəkdə Bərdə şəhəri yaxınlığında inşa ediləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulub.

 

Bundan başqa "Milli Su Təchizatı Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində daha 9 rayonda milli su təchizatı kanalizasiya sistemi yenidən qurulacaq. Astara, Daşkəsən, Gədəbəy, Tərtər, Samux Qazax şəhərlərinin su təchizatı kanalizasiya infrastrukturlarının yenidən qurulması "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi "Azərbaycanın 6 rayonunda milli su təchizatı kanalizasiya proqramı layihəsi" çərçivəsində həyata keçirilir. 2011-ci ildə Azərbaycan hökuməti İslam İnkişaf Bankına (İİB) layihənin maliyyələşdirilməsi üçün rəsmi müraciət edib. Həmin ilin dekabrında İİB tərəfindən təqdim edilmiş İstisna Sazişi Agent Saziş Azərbaycan hökumətinə təqdim edilib. 2012-ci ilin aprelində hər iki saziş Azərbaycan hökuməti İslam İnkişaf Bankı tərəfindən imzalanmış, avqustun 25-də qüvvəyə minib.

 

"Gədəbəy şəhərinin su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəyin 1500 sakininin içməli su təchizatı kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü, Qaradağ) 12 min sakini içməli su ilə təmin olunacaq. Ümumilikdə, layihədən 23 mindən artıq insan faydalanacaq. İstehlakçıların keyfiyyətli dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Südlübulaq seçilib. Su mənbəyindən şəhərə magistral su kəmər çəkiləcək, 7 anbar tikiləcək. Şəhər ərazisində paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana ev birləşmələri veriləcək hər bir abunəçi sayğacla təmin olunacaq.

 

Layihə çərçivəsində ilk dəfə Gədəbəydə kanalizasiya şəbəkəsi yaradılacaq. Şəhərdə yaranan tullantı sularının idarə edilməsi üçün 66,2 km uzunluğunda kanalizasiya şəbəkəsi, 1,5 km uzunluğunda kanalizasiya kollektoru, 2050 kanalizasiya quyusu tikiləcək. Şəhərdə yaranacaq tullantı sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu layihələndirilib. Layihə bu il başa çatacaq.

 

2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Astarada 28,5 min nəfərin içməli su kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına da hesablanıb. Gələcəkdə bu layihədən rayonun 27 kəndi daxil olmaqla, ümumilikdə 102 min sakin faydalanacaq. Astara şəhəri ətraf kəndlərin sakinlərinin keyfiyyətli dayanıqlı içməli su ilə təmin edilməsi üçün su mənbəyi Xanbulan anbarının sahilində tikilmiş sutəmizləyici qurğu seçilib. Lənkəran şəhəri ətraf kəndlər bu mənbədən istifadə edir. Mənbədən Astaraya 24,8 km uzunluğunda magistral su kəməri çəkiləcək, 2 su anbarı tikiləcək. Şəhər ərazisində 112,8 km paylayıcı su şəbəkəsi inşa ediləcək, 5120 ünvana ev birləşmələri veriləcək hər bir abunəçi sayğacla təmin olunacaq. Layihə çərçivəsində ilk dəfə Astarada kanalizasiya şəbəkəsi yaradılacaq. Şəhərdə yaranan tullantı sularının idarə edilməsi üçün 70,5 km uzunluğunda kanalizasiya şəbəkəsi, 8 km mikrotunel tipli kanalizasiya kollektoru, 2000 kanalizasiya quyusu, 2 nasos stansiyası tikiləcək. Şəhərdə yaranacaq tullantı sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada 16 min kubmetr olan çirkab sutəmizləyici qurğunun tikintisi layihələndirilib.

 

"Daşkəsənin içməli su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsəndə 16,2 min nəfərin içməli su kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə rayonun Alunitdağ Mədənçilər qəsəbələrinin içməli su təchizatı yaxşılaşdırılacaq ümumilikdə 17,8 min sakin bu layihədən faydalanacaq.

 

Daşkəsən, həmçinin Mədənçilər və Alunitdağ qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Qarainək və Gurbulaq bulaqları seçilib. Su mənbələrindən Daşkəsənə 20 km uzunluğunda magistral kəmər çəkiləcək, 4 su anbarı tikiləcək və 3 nasos stansiyası quraşdırılacaq, paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Daşkəsəndə kanalizasiya şəbəkəsi də yaradılacaq. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün kanalizasiya xətti, 410 ədəd kanalizasiya quyusu tikiləcək, 2560 ev birləşməsi veriləcək. Daşkəsəndə yaranan tullantı suların təmizlənib kənarlaşdırılması çirkab sutəmizləyici qurğu tikiləcək.

 

"Azərsu" ASC" regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. "Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində "Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmaqla 3 mərhələdə həyata keçirilir.

 

İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Pirsaatçay seçilib. Layihənin I mərhələsi çərçivəsində çayın məcrasında 2441 metr uzunluğunda drenaj tipli suqəbuledici və xlorator qurğuları, 2 su anbarı, 3 su nasos stansiyası tikilib. Su mənbəyindən anbarlara qədər özüaxımlı magistral və anbarlararası kəmərlər çəkilib və laboratoriya binası inşa edilib. Layihənin II mərhələsində Şamaxının içməli sukanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilib. Su təchizatının dayanıqlığını və özüaxımlı rejimdə nəqlini təmin etmək üçün 4 anbar inşa edilib. Şəhər üzrə layihələndirilmiş 131 km içməli su  şəbəkənin 125 km-lik hissəsində işlər başa çatdırılıb, 7 minə yaxın ünvana  birləşmə verilib. Eyni zamanda 130 km kanalizasiya şəbəkəsinin 114 km-lik hissəsində işlər yekunlaşıb, şəbəkə üzərində 2692 ədəd kanalizasiya baxış quyusu inşa edilib. Kanalizasiya şəbəkəsinin hazır hissəsinə 4100 ünvan qoşulub. Yaranacaq tullantı suların təmizlənməsi layihənin sonuncu mərhələsi çərçivəsində hazırda inşası davam etdirilən və sutkalıq məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyci qurğuda həyata keçiriləcək.

 

Qəbələ üçün supaylayıcı sisteminsugötürücü qurğuların tikintisinin I mərhələsi üzrə keçirilmiş beynəlxalq rəqabətli tenderin qalibi "AS Tikinti" MMC şirkəti arasında 2011-ci ildə müqavilə imzalanıb. Layihə çərçivəsində Qəbələdə 6 subartezian quyuların qazılması, xarici elektrik təchizatı, 1177 metr magistral suyığıcı boru kəməri, 15600 metr magistral su xətləri, 9 su anbarının tikintisi nəzərdə tutulub. Bütün qurğular üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb.

 

Qəbələnin su təchizatı sistemiçirkab su kollektorlarının tikintisinin II mərhələsi üzrə keçirilmiş beynəlxalq rəqabətli tenderin nəticəsi olaraq "Azərsu" ASC ilə Almaniyanın "PWT Wasser- und. Abwassertechnik GmbH." şirkəti arasında 2012-ci ildə müqavilə imzalanıb, Qəbələdə 94102 metr su şəbəkəsi xətlərinin və 95104 metr kanalizasiya şəbəkəsi xətlərinin tikintisi nəzərdə tutulub. Qəbələdə çirkab su təmizləmə qurğusunun və əlaqəli qurğuların tikintisinin III mərhələsi üzrə keçirilmiş beynəlxalq rəqabətli tenderin nəticəsi olaraq "Azərsu" ASC ilə "Alke - Alkataş Birgə Müəssisəsi" (Türkiyə) arasında 2012-ci ildə müqavilə imzalanıb. Həmçinin, çirkab su təmizləmə qurğusu da tikiləcək.

 

Saatlının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə də beynəlxalq rəqabətli tenderdə "Azərsutəchizattikinti" ASC rayonun su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə qalib elan edilib. Dünya Bankından müvafiq razılıq alındıqdan sonra "Azərsu" ASC ilə "Azərsutəchizattikinti" ASC arasında müqavilə imzalanıb. 2012-ci ildə layihəsinin təməlqoyma mərasimi keçirilib. Bu məqsədlə Saatlıda 2 su anbarı, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması, 134062 metr şəhərdaxili paylayıcı su xətlərinin çəkilməsi, 5500 ev birləşmələri, 660 yanğın hidrantı, əsas və ikinci dərəcəli çirkab su kollektorları, 111738 metr kanalizasiya şəbəkəsi xətləri, 15 ədəd çirkab su nasos stansiyasının tikiləcək.

 

"Sabirabadın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanıb. Sabirabad və Saatlı şəhərlərində istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda magistral su kəməri tikilib. Rayonda 2 su anbarı, içməli su laboratoriyası və əməliyyat mərkəzinin yaradılması, bununla yanaşı, paylayıcı su xətti, kanalizasiya xəttinin çəkilməsi, 8 çirkab su nasos stansiyasının tikintisi nəzərdə tutulub.

 

Ləman Mustafaqızı

Lent.az

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

525-ci qəzet.- 2016.- 19 may.- S.6.