Musiqi sahəsində Azərbaycan-İtaliya əlaqələri genişlənir

Bugünlərdə İtaliyanın Espressione d`Arte assosiasiyasının təşəbbüsü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Luigi Cherubini Konservatoriyası arasında ERASMUS proqramı çərçivəsində İtaliya ilə Azərbaycan musiqi mədəniyyəti təhsilinin mübadiləsinə əsaslanan layihə həyata keçirilib.

 

Layihədən məqsəd tələbə müəllimlərin mübadilə proqramı konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafıdır.

 

Layihə çərçivəsində İtaliya nümayəndə heyəti - Florensiyanın Luigi Cherubini konservatoriyasının prorektoru, I Briconcello Ensemble-nin üzvü, vokal ifaçısı professor Leonardo de Lisi (tenor), Espressione d`Arte assosiasiyasının direktoru, I Briconcello Ensemble-nin üzvü, violonçel ifaçısı Pierluigi Ruggiero konservatoriyanın tələbələri Daria Neçayeva (violin), Giuseppe Sturace (tenor), eləcə Luigi Cherubini konservatoriyasının tələbələri ilə BMA-nın professorları - Fidan Qasımova Fatima İdiatulina Akademiyanın tələbələrinin iştirakı ilə ustad dərsləri təşkil olunub.

 

BMA-nın Beynəlxalq əlaqələr tərbiyə işləri üzrə prorektoru, Xalq artisti Yeganə Axundova Akademiyanın professoru Zəhra Quliyeva İtaliya musiqiçiləri ilə birgə Azərbaycan, italyan digər Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Öncə Leonardo de Lisi, Giuseppe Sturace Yeganə Axundovanın müşayiəti ilə İtalyan bəstəkarı Francesso Paolo Tostinin romansları səsləndirilib. Vokalistlər solo duet şəklində olduqca təsirli romansları çox böyük ustalıqla ifa ediblər. F.P.Tostinin "Good-bye" əsəri isə italiyalı ifaçıların birgə ifasında səslənib. Violonçel ifaçısı Pierluigi Ruggieronun ifasında Xalq artisti Sevda İbrahimovanın "Əzizlərimin xatirəsinə" silsiləsindən violonçel piano üçün 2 pyesi ifa olunub. Azərbaycan musiqisini italiyalı ifaçının interpretasiyasında eşitmək dinləyicilərdə maraqlı təəssürat yaradıb. Konsertdə macar bəstəkarı F.Listin iki əsəri - "Rumın rəqsləri" Luigi Cherubini konservatoriyasının tələbəsi Daria Neçayevanın ifasında (violin), "Libestraum" isə vokal, violin, cello pianonun birgə təqdimatında dinlənilib. Tədbirin ən önəmli məqamlarından biri italiyalı ifaçıların dahi bəstəkar Ü.Hacıbəylinin "Sevgili canan" "Aşıqsayağı" əsərini səsləndirməsi olub. Bu, heç təsadüfi bir məqam deyildi. Hər iki konservatoriyanın birgə əməkdaşlığına həsr olunmuş konsert çərçivəsində Azərbaycan Dövlət Konservatoriyasının - indiki Bakı Musiqi Akademiyasının əsasını qoymuş dahi bəstəkar Ü.Hacıbəylinin əsərlərinə müraciət etməklə onun xatirəsi bir daha yad edilib. Səslənən ifalar auditoriya tərəfindən gurultulu alqışlarla qarşılanıb.

 

Sonda Leonardo de Lisi Pierluigi Ruggiero zalda əyləşən dinləyicilərə, eləcə BMA-nın rəhbərliyinə dərin minnətdarlıq bildirərək layihə barəsində qısa məlumat veriblər. Layihənin davamı olaraq azərbaycanlı musiqiçilərin İtaliyaya səfər edəcəkləri vurğulanıb. Bu səfərin 1-5 noyabr tarixlərində gerçəkləşməsi nəzərdə tutulur. Səfər zamanı professorlar Yeganə Axundova Zəhra Quliyeva Luigi Cherubini konservatoriyasının tələbələri ilə, BMA-nın tələbəsi Mahir Tağızadə isə Luigi Cherubini Konservatoriyasının professorları ilə ustad dərslərində olacaq. Həmin günlərdə Roma Florensiya şəhərlərində Azərbaycan İtaliya musiqiçilərinin birgə konsertinin keçirilməsi planlaşdırılıb.

 

Lalə NAMİQQIZI

 

525-ci qəzet.- 2016.- 1 noyabr.- S.7.