"Könüldən-könülə yollar görünür"

 

 

Vyaçeslav Ar-Serqi tanınmış udmurt söz ustası, Udmurtiyanın Xalq yazıçısı, qırxdan çox kitabın müəllifidir.

 

Udmurt etnosu böyük türkdilli dünyanın birşaxəli qoludur, uqro-fin qrupuna aid edilir. Azərbaycan ədəbi aləminə Ar-Serqini bir çox yaradıcı insani tellər bağlayır.

 

Bu ülfət Nizami irsindən başlayaraq - Vyaçeslav Nizaminin "Leyli Məcnunu"nu öz ana dilinə çevirib - başqa klassik ustadlarımızın adlarıyla zənginləşib.

 

Onu vətənimizlə bağlayan görkəmli şairimiz Sabir Rüstəmxanlı ilə tanışlığı, dostluğu olub; Sabirin dəvəti təşviqi ilə udmurt qələm ustası Azərbaycana dəfələrlə gəlib, Bakıda olub, Şamaxıda Sabir poeziya günlərində iştirak edib Sabir Rüstəmxanlı ilə onun doğma yurdu Yardımlı rayonuna qonaq gedib.

 

Vyaçeslav, bir sıra milli müəlliflər kimi, öz sənətkar cığırını zəngin Rusiya ədəbi polifoniyasında uğurla açır, eşidilir tanınır. Onun özünüifadə vasitəsi kimi rus dilini seçməsi Oljas Suleymenovun seçimini xatırladır; - səbəbi Vyaçeslavın tərcümə olunan əsərlərindən qane olmaması, orijinal mətninin çevrilmələrdə müəyyən itgilərə məruz qalmasıdır.

 

Biz Bakıda Sabir Rüstəmxanlının sayəsində tanış olduq, söhbətləşdik, bu sadədil, təvazökar, istiqanlı insan, necə deyərlər, ürəyimə yatdı. Mənə kitabını bağışladı. Bir neçə şeirini ana dilimizə çevirdim, "Ulduz"da çap etdirdim. İndi daha bir qismini çevirib oxucularımıza təqdim edirəm.

 

Səyavuş MƏMMƏDZADƏ

Oktyabr, 2016-cı il

 

525-ci qəzet.- 2016.- 1 noyabr.- S.7.