Vaqif Sultanlının hekayələri Ukrayna mətbuatında

 

 

Bu günlərdə Kiyevdə nəşr olunanVsesvitjurnalının 7-8-ci nömrələrində azərbaycanlı yazıçı-ədəbiyyatşünas Vaqif SultanlınınDərvişQütb gecəsihekayələri dərc edilib.

 

AZƏRTAC xəbər verir ki, hekayələri Ukrayna dilinə Zaporojye Universitetinin müəllimi Nina Belokopıtova çevirib. Nəşrdə, həmçinin Vaqif Sultanlının həyat yaradıcılığı haqqında yığcam məlumat verilib.

 

1925-ci ildən yayımlanan Ukraynanın populyar dərgilərindən biri olanVsesvitdünya ədəbiyyatının nəşri tədqiqi ilə bağlı materialları dərc edir.

 

Qeyd edək ki, bu, Vaqif Sultanlının Ukrayna mətbuatında dərc olunan ilk yazısı deyil. Bundan əvvəl onun hekayələri Ukrayna mühacirətinin Münxendə çıxan “Kreşatik” jurnalında nəşr olunub. Kiyevdəki “Zadruqa” nəşriyyatı isə bu ilin əvvəllərində yazıçının hekayələr toplusundan ibarət kitabını çap edib.

 

525-ci qəzet.- 2016.- 3 noyabr.- S.7.