Mənəviyyatdan qaynaqlanan multikulturalizm  

 

 

Tolerantlıq da, multikulturalizm hələ leksikonumuza daxil olmadan, bu sözlərin mənasına varmadan Azərbaycan xalqı, sadə camaat tolerantlıq şəraitində yaşayırdı multikultural idilər.

 

Yəni ölkə başçısının da dediyi kimi bu bizim həyat tərzimizdir. 60-70-ci illərdə belə olub, bu gün , yarın da belə olacaq, çünki başqa xalqları, millətləri, dinləri, adət-ənənələri sevmək, onlara hörmətlə yanaşmaq, onlara qoşulub şad günlərini, bəd günlərini özümüzünkü kimi qeyd etmək, amma heç bir vəchlə onların olana sahiblənməmək bizim mənəviyyatımızdadır.

 

Ədəbiyyatımıza nəzər salmaq yetər ki, bunun deyildiyi kimi olduğuna əminlik yaransın.

 

Füzulidən tutmuş

 

Ey, cəfaçı dünya!

Bildim qəmini sənin ki, çoxdur,

Qəm çəkməyə bir hərif yoxdur.

Gəldim ki, olam qəmin hərifi,

Gəl, təcrübə eylə mən zəifi!

Hər qanda qəm ola, qılma ehmal,

Cə'm eylə, dili-həzinimə sal!

Həm ver mənə qəm yemək kəmali,

Həm aləmi qəmdən eylə xali!

 

Vaqif Bayatlı Odərə qədər

 

Min ildi, milyon ildi

Sənə sarı qaçıram

ayaqlarım sevinir,

yolum sevinir, Allah.

hər gün Sənin Göyünə

mismarlanır qollarım

mismarlanır, dincəlir,

qolum sevinir, Allah.

Sevgin, yalnız sevgin var,

qollarımın gözündə.

Bəs nədən əzab gəzir,

qolumu dəlib yaran

mismarların üzündə?!..

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü iləMultikulturalizmə girişAzərbaycan multikulturalizmifənləri üzrə tədris proqramları Təhsil Nazirliyində tez bir zamanda təsdiq olundu. İşlərin həyata keçirilməsi özünü çox gözlətmədi.

 

Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı artıq 15-dən artıq xarici ölkə ali məktəblərində multikulturalizm fənni tədris olunur.

 

Fənnin ötən ildən tədris edildiyi Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Gürcüstanın İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Rusiya Federasiyasının Ural Federal Universitetinin Yekaterinburq filialı, Litva Pedaqoji Universiteti, Çexiya Respublikasının Praqa Karlov Universiteti , İtaliyanın Roma Sapienza Universiteti Belarus Dövlət Universitetinə bu ilki tədris ilindən daha 4 xarici ölkə universiteti - Portuqaliyanın Lusofona Humanitar Texnologiya Universiteti, Ukraynanın Poltava İqtisadiyyat Ticarət Universiteti, İsveçrənin Frayburq Universiteti Türkiyənin Erciyez Universiteti sair əlavə edilib.

 

2015-2016-cı tədris ilində isə Azərbaycanın 40-a yaxın ali təhsil ocağında - Bakı Slavyan Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Memarlıq İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Mədəniyyət İncəsənət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Dənizçilik Akademiyası, Dövlət Sərhəd Akademiyası, FHN Akademiyası, Koorperasiya Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Qafqaz Universiteti Qərb Universitetinin bakalavr magistr pillələrində tədrisə başlanılıb.

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin tövsiyəsi ilə Mərkəz ölkəmizdəMultikulturalizmə girişAzərbaycan multikulturalizmifənlərinin daha çox texniki yönümlü, qeyri-humanitar ixtisaslı mütəxəssislər hazırlayan universitetlərdə geniş tədris edilməsinə üstünlük verir: “Texniki universitetlərdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı incəsənəti haqda ümumi biliklərin bir fənn - “Azərbaycan multikulturalizmiçərçivəsində əhatəli tədrisinə nail olmaq lazımdır”.

 

Bu fənlərin ölkəmizdə tədrisinin inkişafı özündə yalnız onun tədris olunduğu universitetlərin say artımını etiva etmir, həmin universitetlərdə bu fənlərin kafedralarının yaradılması istiqamətində fəal işlər görülür.

 

Bu istiqamətdə ilk addım Bakı Slavyan Universitetində atılmışdı. Bu elm ocağında akademik Kamal Abdullayevin təşəbbüsüləAzərbaycan multikulturalizmikafedrası ötən tədris ilindən fəaliyyətə başlayıb.

 

Prezident İlham ƏliyevinAzərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaqtəşəbbüsünün reallaşması üçün yaxın gələcəkdə həm xaricdə, həm ölkəmizdəki ali təhsil ocaqlarında qeyd edilən fənlərin tədrisi daha da genişləndiriləcək.

 

Qafqaz Universitetində 16 noyabrBeynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir çərçivəsində həm Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin açılışı oldu.

 

Mərkəzin yaradılmasının məqsədi Qafqaz UniversitetindəMultikulturalizmə girişAzərbaycan multikulturalizmifənlərini tədris etməklə yanaşı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə birgə ölkədaxili xarici universitetlərdə bu fənlərin tədris olunması üçün kadr hazırlığının təşkili, Azərbaycan dünya multikulturalizm modellərinin azərbaycançılıq ideologiyasının elmi əsaslarla öyrənilməsi bu istiqamətdə yazılmış əsərlərin oxucusuna çatdırılmasını təmin etməkdir.

 

Tədbirdə çıxış edənlər bu barədə söhbət açdılar. Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov 2016-cı ilin Azərbaycan RespublikasındaMultikulturalizm ilielan edildiyini xatırladaraq vurğuladı ki, bu gün xalqımızın multikultural ənənələrinin qorunması inkişafı sahəsində çox mühüm tədbirlər həyata keçirilir. Rektor universitetdə yaradılanAzərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzini mühüm hadisə kimi əhəmiyyətləndirib.

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanda multikulturalizmin inkişaf mərhələlərindən danışdı: “Heydər Əliyev multikultural dəyərləri çox yüksək səviyyədə qiymətləndirərək onun siyasi, hüquqi bazasını yaradıb. Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Ümummilli liderin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev bu gün Azərbaycan multikulturalizmini dövlət siyasəti səviyyəsinə yüksəltməyə nail olub. Bu, Azərbaycan ideologiyasının çox böyük qələbəsidir. Azərbaycanda keçirilən Humanitar Forum digər beynəlxalq tədbirlər ölkəmizi dünya multikulturalizminin mərkəzlərindən birinə çevirib”.

 

Dövlət müşaviri Qafqaz Universitetində yaradılanAzərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

 

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, təhsil nazirinin müavini Firudin Qurbanov, BBMM-in icraçı direktoru Azad Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, “Multikulturalizmjurnalının baş redaktoru Fəxri Uğurlu digər çıxış edənlər Azərbaycan multikulturalizminin əhəmiyyətindən söhbət açdılar.

 

Hamılıqla müasir avadanlıqla təchiz edilmişAzərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzi ilə tanış olduq. Mərkəzin rəflərində multikulturalizmlə bağlı xeyli elmi-kütləvi ədəbiyyat nümunələri var. Bu Mərkəzin yaradılması üçün Qafqaz Universitetinin seçilməsi təsadüfi deyil, Qafqaz müxtəlif xalqların bir yerdə yaşadığı qədim məkandır. Sonda isə tələbələrin ifasında müxtəlif xalqalrın mahnı rəqslərindən ibarət bədii hissəyə tamaşa elədik. Bir multikulturalizm, bir tolerantlıq.

 

Ramilə QURBANLI

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparıcı məsləhətçisi

 

525-ci qəzet.- 2016.- 3 noyabr.- S.4.